çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Separatçılar özləri Sərsəngi yaman günə qoydular - məsuliyyəti Azərbaycanın üstünə atırlar...

Image


Sərsəng su anbarını çirklədən də, onu fəlakətli vəziyyətə gətirən də Ermənistan olub. Torpaqlarımız işğalda olduğu zaman Ermənistanın Sərsəng su anbarını ekoloji silaha çevirdiyi bütün dünyaya məlumdur.

Təəssüf ki, dünyanın aidiyyəti qurumları Ermənistanla bağlı heç bir tədbir görmədi və uzun illər bu ölkə su terrorunu davam etdirdi. İllər əvvəl haqlı olaraq qeyd edilirdi ki, ermənilərin Sərsəng su anbarı vasitəsilə həyata keçirdikləri ekoloji fəlakət dünya miqyasında aparılan ən böyük humanitar böhranlardandır. Bu böhranı, fəlakəti ermənilər yaratdığı halda, bu gün Qarabağdakı sepratçılar “Sərsəng su anbarının ekoloji böhranı mikroiqlimin kəskin dəyişməsi, bulaqların tükənməsi və müxtəlif bitki və heyvan növlərinin nəslinin kəsilməsi təhlükəsi ilə özünü göstərir”- deyə haray çəkirlər. Bu iddianı separatçıların “Təbiəti Mühafizə Komitəsi” irəli sürüb ki, bəs “Sərsəngdə ekoloji böhran yaranıb”.  Erməni mediası yenə də saxta “blokada”dan dəm vurur, yenə də insanların guya “əziyyət çəkdiyini” yazır. Erməni mediası əsassız olaraq iddia edir ki, guya Azərbaycan “yerli mikroiqlimin kəskin dəyişməsinə, yeraltı su ehtiyatlarının azalmasına və tükənmə risqinin artmasına səbəb olan enerji, iqtisadi, humanitar və ekoloji terroru həyata keçirir”. Guya buna görə də “Artsax Respublikasının” yeganə böyük su anbarı bu gün ciddi ekoloji problemlərlə üzləşib.

Baş verənlərə görə Azərbaycanı hədəfə alan separatçılar unutmalı deyillər ki, bu problemin səbəbkarı, Sərsəng su anbarında yaranan ekoloji böhranın, habelə flora və faunaya vurulan ziyanın və sairin bir nömrəli müəllifi Ermənistandır.

  • “Separatçılar şou yaratmaqdansa, ekologi terror “qəhrəman”ı Ermənistana hesab sorsunlar, çünki baş verənlərin günahkarı odur”

Ermənilərin iddiası ilə bağlı “Bakı-Xəbər”ə şərh verən Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun  Geobotanika şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Sadıq Qarayev bildirdi ki, sepratçıların ittiham etməli olduğu dövlət Ermənistandır, çünki 30 il müddətində bu ölkənin həyata keçirdiyi su terroru nəticəsində vəziyyət belə şəkil alıb. Sərsəng su anbarı ilə əlaqədar uzun illər böhran yaşandığını deyən S.Qarayevin sözlərinə görə, Ermənistana təsir etmək imkanında olan dövlətlər və beynəlxalq təşkilatlar 30 il müddətində heç bir iş görmədilər. “Heç bir beynəlxalq təşkilat, yaxın-uzaq dövlətlər Ermənistandan ekoloji terroru dayandırmasını tələb etmədi. Bu ölkənin həyata keçirdiyi işğal nəticəsində təbii bulaqlarımız, artezianlarımız, çaylarımız, göllərimiz, su ehtiyatlarımız təhlükə altına düşdü, ekoloji terrora məruz qaldı.  Amma o təşkilatlar susdular və məsələyə ikili standartlarla yanaşdılar. Sərsəng su anbarı ilə bağlı Ermənistanın bütün terror əməlləri məlumdur. Biz bu problemi dünya miqyasına çıxarmışıq. Ermənistanın Sərsəng su anbarına qarşı etdiyi terror yalnız Azərbaycana deyil, bütövlükdə Cənubi Qafqaza, onun flora və faunasına, təbiətinə, ekologiyasına yönəldi. O bütün Qafqaza düşmənçilik edib. Təbiət bütövdür, Qafqaz təbiətinə bütöv yanaşmaq lazımdır. Ermənistan 30 il Sərsəng su anbarının ağzını kəsib bizə su buraxmadı və nəticədə də suyun axdığı ərazilərin mikroflorasına, yosununa, ağacına, fauna və florasına, suda, quruda yaşayan canlılara qarşı ekoloji terror etdi. Bu səbəbdən də mövcud durum yaranıb. Separatçılar şou yaratmaqdansa, ekologi terror “qəhrəman”ı Ermənistana hesab sorsunlar, çünki baş verənlərin günahkarı odur”.

S.Qarayev qeyd etdi ki, Vətən müharibəsindən əvvəl də, sonra da Azərbaycana qarşı ekoloji terror davam etdirilir və ermənilər təbii sərvətlərimizi talan edib, yataqlarımızı qanunsuz olaraq istismar ediblər. Azərbaycan ekofəalların haqlı mübarizəsini xatırladan S.Qarayevin sözlərinə görə, bizim ekofəallar öz sərvətlərimizin qanunsuz istismarına, talanmasına, Ermənistana daşınmasına etiraz edirdi və bu aksiya dünyaya səs saldı. Bu gün separatçılarının “ekoloji” aksiya keçirib Azərbaycana qarşı əsassız iddialar irəli sürməsinin yolverilməz olduğunu deyən alimin sözlərinə görə, Azərbaycan alimləri və jurnalistləri ermənilərin qanunsuz əməllərini dünyaya davamlı olaraq çatdırmalıdır. “Bu gün separatçılar Sərsəng su anbarının “ekoloji böharan” içində olduğunu deməklə beynəlxalq aləmin diqqətini cəlb etmək istəyirlər ki, guya bunları Azərbaycan törədib. Əlbəttə, bu yalandır. Biz həqiqətləri dünyaya çatdırmaqda davam etməliyik. Əlimizdə saysız faktlar var. Azərbaycan heç zaman Qarabağda yaşayan ermənilərə hər hansı bir pis niyyət sərgiləməyib, əksinə, onları öz vətəndaşlarımız sayıb və hər cür problemlərini qarşılamağa hazır olduğunu bəyan edib. Sərsəng su anbarından onlar istifadə edir. Hətta keçən il  "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin nümayəndələri yerli mütəxəssislərin iştirakı ilə Qarabağ iqtisadi rayonunda yerləşən Sərsəng su anbarına baxış keçirib”-deyə S.Qarayev əlavə etdi.

Məlumat üçün bildirək ki, mühüm starteji əhəmiyyətə malik olan Sərsəng su anbarı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilib. 1976-cı ildə Heydər Əliyev su anbarının açılışında şəxsən iştirak edib. Azərbaycanın ölkə daxilində yaranan ən bolsulu çaylarından biri olan Tərtərçayın üzərində olan Sərsəng su anbarının ümumi həcmi 560 milyon kubmetrdir. Qarabağ iqtisadi rayonunun ən iri su hövzəsi olan Sərsəng su anbarı vasitəsilə 96 000 hektar ərazi (Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboy) suvarılır. Su anbarı bəndində ümumi gücü 50 mvt olan su eletrik stansiyası tikilib.

Əli TURABOV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ