Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundu keçiriləcək.
Görüş Moskvada baş tutacaq.
Artıq hər iki ölkənin XİN başçıları artıq Moskvadadırlar.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bildirib ki, Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Həmçinin Bakı ilə İrəvan arasında ayrıca danışıqlar aparılacaq.
TAHİR