çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Mollalar təzə "tarix yazır" - Tomris Kiri öldürmədi, fars-türk ziddiyyəti olmayıb...

Image


Fars molla rejiminin yürütdüyü məkrli siyasət, riyakar və ikiüzlü mövqe bütün dünyaya məlumdur. Tehran rejimi bütün gücü ilə çalışır ki, Şimali Azərbaycanı özünün bir “parçası” kimi qələmə versin. Amma ortaya atdığı heç bir “tarixi mənbə” mollakratiyanın və onun əlaltılarının xeyrinə işləmir.

Azərbaycan türklərinə fars şovinstlərinin bəslədiyi kin, nifrət özünü o şəkildə göstərir ki, onlar bizim xalqımızı hər cür inkar etməyə cəhdlər edirlər. Çox təəssüf ki, molla rejiminin anti-Azərbaycan siyasətini Şimali Azərbaycandan qaçıb mollaların əbasının altına sığınmış bəzi kəslər həyata keçirir. Öz millətinə, tarixinə düşmən olub başqasına yaltaqlananlar isə heç zaman uğur qazana bilmir.

Son zamanlar molla rejiminin əlaltıları orta məktəblərimiz üçün yazılan Azərbaycan tarixi dərsliklərimizi təftiş etməyə başlayıblar, onların ağlınca bizim tarixçilər tariximizi səhv yazırlar. Guya yazılanlar gerçək deyil. Tarix dərsliklərimizin milli ideologiya əsasında Azərbaycanın dövlət maraqlarına uyğun yazılması molla rejiminin muzdlu yotuberlərini yaman qəzəbləndirib.  Mələfəbaşlar Azərbaycan tarixi dərsliyini hədəfə alırlar, Tomris haqda, azərbaycanlılar barədə həqiqətə uyğun olmayan fikirlər bildirirlər. Guya farslarla türklər arasında heç zaman müharibə baş verməyib, Kiri Tomris öldürməyib. Guya Tomrislə bağlı əhvalatlar uydurmadır. Hətta daha irəliyə gedərək tarixi mənbələrdə  Araz adlı çay olmadığını və onun adının "Araks" olduğunu deyirlər.  Bir sözlə, Azərbaycan tarixi dərsliyinin milli ideologiya əsasında yazılması mollaları, Tehran rejimini ciddi narahat edir. Onu da deyək ki, elə Firdovsinin “Şahnamə”si İran-Turan müharibəsindən bəs edir. “Farslarla türklər arasında müharibə olmayıb” deyənlər heç olmasa o əsəri oxusunlar və fars babalarının işğalçılığını, türklərin işğalçıya qarşı mübarizəsini əxz etsinlər. Türklər işğalçı olmayıb və heç kəsin heç nəyinə tamah salmayıb. Fars şahları, hökmdarları hər zaman türk torpaqlarına göz dikib və cəzalarını da alıblar. 

Tomris anamızın da II Kiri məhv etdiyi məlumdur, bu barədə tarixi ədəbiyyatda kifayət qədər yazılıb.

Böyük Səməd Vurğun “Yandırılmış kitablar” əsərində bu anı belə təsvir edib:

Anam Tomris kəsmədimi Keyxosrovun başını?

Fars şovnistlərinə bu net cavabı S.Vurğun 1947-ci ilin yanvarın 20-də yazdığı bu şeirlə verib.

Molla əlaltıları heç olmasa bir az gözlərini açıb kitab oxuyaydılar...

  • “Bu kimi dairələrin məqsədi “sülhpərvər” libasına bürünüb bizim tariximizə ləkə atmaqdır”

Azərbaycan tarixi dərsliyinin həmmüəlliflərindən biri Hafiz Cabbarov “Bakı-Xəbər”ə bildirdi ki, bu gün sülhdən danışan bəzi kəsimlər əslində tariximizi qaralamaqla məşğuldur: “Bu kimi dairələrin məqsədi “sülhpərvər” libasına bürünüb bizim tariximizə ləkə atmaqdır. Əlbəttə, bizim dərsliklərimizin də, xalqımızın məqsədi də bütün qonşu və qonşu olmayan, bizdən uzaqlarda yaşayan xalqlarla dostluq əlaqələri saxlamaqdır. Məlumdur ki, tarix heç də yalnız dostluq əlaqələrindən ibarət olmur. Tarixin ən müxtəlif dövrlərində ölkəmizdə xarici hücumlar da olub. Bu xarici hücumlar, təbii ki, dostluq mahiyyəti daşımadığı üçün biz də onları dostcasına qarşılamamışıq. O ki, qaldı Tomris məsələsinə, Tomrisin tarixi mənbələrdə şəxsiyyəti, yaşadığı məkanla bağlı iki fikir var. Tomrislə bağlı danışılanda  burada Araks çayının adını çəkilir. Bu da onunla bağlıdır ki, yunanlarda Araz çayının adının tələffüz forması Araksdır. Amma Araz çayı nəzərdə tutulur. Buna görə də Tomrisin indiki Azərbaycan ərazisində olması bir çox tarixçilər tərəfindən qəbul olunub. Amma digər versiyaya görə isə, o, Mərkəzi Asiyada (Amudərya, Sırdərya ətrafında) olub. Nəticədə Mərkəzi Asiya da, Azərbaycan ərazisi də türk torpağıdır, türklərin yaşadığı, formalaşdığı ən qədim ərazilərdən biridir.  Burada kimliyini bilmədiyimiz iddiaçı İskitdən danışarkən özü özünü təkzib edir, gah onların fars olduğunu iddia edir, gah da Mərkəzi Asiya türkləri ilə eyni məişəti, adət-ənənəni bölüşdüyünü deyir.

Biz V sinif şagirdlərinə ilkin dövrdə tarixi biliklər deyil, tarixi rəvayətlər, əfsanələr təqdim edir, tarix elmində onların yaş səviyyəsinə uyğun məlumatlar veririk. Tarixi əfsanələr heç də kənara atılacaq, elmi əsası olmayan bir mənbə deyil. Hamı bilir ki, əfsanələr xalqın qədim tarixə söykənən yaddaşını da əks etdirir. Təbii ki, mənbələrdə və əfsanələrdə olan məlumatlar bir-birini tamamlayır. Hətta bir çox mənbələrdə Tomrisin qədim türk-Sak hökmdarı Alp-Ər Tonqanın-Əfrasiyabın nəvəsi olması haqda da məlumat var. Yeri gəlmişlən, Alp Ər Tonqanın da Azərbaycanda olması, hətta Azərbaycan adının onunla bağlı olması ehtimalı var. Türk tarixçisi Mahmud Kaşğarlı bu barədə bir tarixi məlumatı paylaşmışdı. Sakların türk olduğunu həm yazılı, həm arxeoloji mənbələr, həm də onların məişəti, adət-ənənələri isbatlayır. Onların döyüş qaydaları, atlıların olması tamamilə qədim türk döyüş ənələrinə əsaslanır. Bu da onların türk olduğunu sübut edən amillərdən biridir. Onlar əgər İrandilli olsaydı, onların döyüş tərzləri, məişəti, adət-ənənələri tamamilə fərqli olardı. Azərbaycan tarixi dərsliyində hər hansı bir xalqa qarşı düşmənçilik yoxdur, əksinə, xalqımızın işğalçı düşmənlərimizə müqavimət göstərməsi verilib. Amma nədənsə, Azərbaycan tarixinə, Azərbaycan xalqına qarşı əsassız iddia irəli sürən tanımadığımız müəllif o məsələni görməzdən gəlir ki, Tomris Kirə bu işğaldan vaz keçib geri qayıtmağı təklif edir, bu da onun sülhpərvər olduğunu göstərir. Təbii ki, işğalçı Kir bu təklifi qəbul etmir və nəticədə Tomris tərəfindən cəzalandırılır. Həmçinin Tomrisinin adının mənşəyi də dərslikdə izah olunub ki, bu, dəmir deməkdir”.

H.Cabbarov qeyd edir ki, dünyada Saklarla bağlı iki fikir var, bəziləri onları İrandilli, bəziləri isə türkdilli hesab edir. H.Cabbarovun sözlərinə görə, amma dərindən təhilil etdikdə onların türk olması ehtimalı təsdilənib. Onun bildirdiyinə görə, dünyanın mötəbər mənbələri, o cümlədən, yunan müəllifləri və bizans tarixçiləri də ilk dəfə Göy türklərlə, qlıpçaqlarla qarşılaşarkən onların İskitlərlə eyni adət-ənənələrə, geyimə, məişətə malik olduqlarını görərək onları da İskitlər, saklar adlandırıblar. Onların da türk olması heç mübahisə predmeti deyil.

Türk-fars müharibəsinə gəlincə, müsahibmiz vurğuladı ki, bütün bu məsələlər barədə məlumatlar mövcuddur. İranın mövqeyini təmsil edən “sülhpərvər” şəxs isə bütün mənalarda qərəzli davranır: “Qərəzli davranırlar və məsələyə qərəzli baxış bucağından yanaşırlar. Azərbaycan xalqı işğalçılara qarşı mübarizə aparıb. Dünyanın heç bir xalqı işğalçıya “buyur gəl keç başa” demir, ona qarşı müqavimət göstərir. Tomris və Kir arasında müharibə barədə tarixin atası sayılan, ilk tarixi əsərlərdən birini yazan Herodotun yazdıqlarına əsasən danışılır. O ki qaldı tarixi mənbələrə, ən müasir dövrdə belə tarixi mənbələrlə bağlı birmənalı fikir olmur, onlar müxtəlif rakurslarda təhlil olunur. Ancaq tarixi gerçəklik dəyişmir. Gerçəkliklər hər zaman bizi müşaiət edir. Bir çox tarixi mənbələrdə də təsdiq olunduğu kimi, Azərbaycanın Araz çayı sahillərndəki torpaqlarında məskunlaşan saklara hücum edən II Kir bu döyüşdə cəzalandırılır”.

Tarixçinin sözlərinə görə, baxmayaraq ki, II Kirə əvvəlcə sülh, müharibədən imtina etməsi təklif olunur, ancaq o qəbul etmir. O qeyd etdi ki, bu baxımdan molla rejiminin əlaltıları özlərini çox yormasınlar, tarixi faktlar dəyişməzdir. O bir daha vurğuladı ki, Azərbaycanda saklarla bağlı yer-yurd adları, toponimlər mövcuddur. Onun dediynə görə, Araz və Kür çayları arasındakı ərazilər, indiki Gəncə tərəf vaxtilə Sakasen adlanırdı, bu, sakların yaşadığı yer mənasını verir. Həmçinin Ərsaq sözünün mənası da ər, igid sak mənasını verir. Tədiqiqatçı hesab edir ki, həm ölkəmizdəki yer-yurd adları, həm sakların adət-ənənələri, məişəti haqda mənbələr onların türk olduğunu, onların əsas ana vətənlərindən birinin Azərbaycan olduğunu  təsdiqləyir.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ