Mayın 19-da Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək, həmçinin Bakı ilə İrəvan arasında ayrıca danışıqlar aparılacaq.
Trend çərşənbə günü xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova məlumat verib.
"Mayın 19-da Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycanın XİN başçısı və Ermənistanın xarici işlər naziri ilə üçtərəfli və ayrılıqda ikitərəfli görüşləri keçiriləcək. Həmçinin Ermənistanla Azərbaycan arasında sülh sazişi üzrə ikitərəfli danışıqlar aparılacaq", - deyə o əlavə edib.