Azərbaycan Ermənistanla münasibətlərin normallaşması prosesinə beynəlxalq ictimaiyyətin töhfəsini yüksək qiymətləndirir.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslandiyanın Reykyavik şəhərində Avropa Şurasına üzv ölkələrin dövlət və hökumət başçılarının dördüncü Zirvə Görüşündə deyib.
"Son aylar ərzində aparılan bir sıra danışıqlara baxmayaraq, vəziyyət əvvəlki kimi gözləntilərimizə cavab vermir. Azərbaycan normallaşma prosesinə beynəlxalq ictimaiyətin töhfəsini və bu kontekstdə Ermənistanla Azərbaycan arasında etimadın möhkəmləndirilməsi üzrə Aİ Şurası çərçivəsində göstərilən səyləri yüksək qiymətləndirir", - o deyib.