Türkiyə Səfirliyi Azərbaycanda seçici kimi qeydiyyatda olan Türkiyə vətəndaşlarını prezident seçkilərinin ikinci turu üçün səsverməyə dəvət edib.
Bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyi öz rəsmi "Twitter" hesabında məlumat verib.
Məlumata əsasən, prezident seçkilərinin ikinci turu üçün səsvermə 20-21-22 may tarixlərində saat 08:00-dan 22:00-dək səfirliyin binasında keçiriləcək.