Fransa prezidenti Makron Azərbaycan və Ermənistan rəhbərlərinin Brüsseldə Mişelin vasitəçiliyi ilə mayın 14-də keçirilmiş görüşündə iştiraka nə qədər can atsa da, bütün səyləri uğursuz olub. İlham Əliyev buna necə imkan verə bilərdi?!
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Makron Ermənistanı yeni silahlarla təmin etmək üçün İrəvandakı səfirliyə hərbi attaşe təyin etməyə çalışdığı bir vaxtda İlham Əliyev onun vasitəçi qismində Brüsseldə peyda olmasına heç bir halda imkan verməzdi. Zatən, Prezident Əliyevdən gözlədiyimiz də bu idi. Yəqin ki Makron iyunun 1-də Kişinyovdakı görüşdə də iştiraka can atacaq, yəqin ki, yenə uğursuz olacaq.
Makronun iyulda Brüsseldə təkrar Əliyev-Paşinyan görüşündə də iştirak edə biləcəyinə ehtimal çox aşağıdır.
Günahkar özüdür. Bu qədər ermənipərəstliyin bir bədəli olmalıdır...
Tahir TAĞIYEV