Azərbaycan və Ermənistan Naxçıvanla dəmir yolu əlaqəsinin bərpasına dair razılaşmaya yaxındırlar.
Bu barədə jurnalistlərə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel deyib.
"Nəqliyyat əlaqəsinə gəldikdə, tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin qarşısının alınmasına yönəlmiş müzakirələrdə aydın irəliləyiş əldə ediblər. Hazırda bu məsələdə, xüsusən də Naxçıvanla dəmir yolu əlaqəsinin bərpası ilə bağlı mövqelər bir-birinə çox yaxındır. Onların müvafiq komandalarına konkret qrafiklə yanaşı, dəmir yolu əlaqəsinin açılması şərtləri və zəruri tikinti işlərinin aparılması ilə bağlı prinsipial razılaşmanı yekunlaşdırmaq tapşırılıb. Onlar həmçinin bu işin dəstəklənməsi üçün Ümumdünya Gömrük Təşkilatının dəstəyini cəlb etmək barədə razılığa gəliblər," - deyə o bildirib.
Xatırladaq ki, mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşüb.