çərşənbə axşamı günü, 10 noyabr 2026
     

İrəvanlı məşhur alim, Cümhuriyyətin xaricdə oxutduğu 100 tələbənin biri - daşnak repressiyasının qurbanı...

Image


"Mən Qərbi azərbaycanlıyam" rubrikasında əslən İrəvandan olan görkəmli elm xadimi Əhməd Rəcəblidən danışacağıq. İrəvanda doğulan azərbaycanlı seleksiyaçı alim, genetik, professor, aqronom, pedaqoq, cümhuriyyət tələbəsi, Cumhuriyyətinin ali təhsil almaq üçün xaricə göndərdiyi 100 tələbədən biri, Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının (VASXNİL) akademiki, Stalin repressiyalarının qurbanlarından olan Əhməd Rəcəblinin çox keşməkeşli həyat, ömür yolu olub.

Tədqiqatçıları yazır ki, Stalin repressiyalarının qurbanlarından olan Əhməd Rəcəbli 100-dən çox elmi məqalənin və 24 monoqrafiyanın müəllifidir. O, Azərbaycanda ilk dəfə meyvə və dənli bitkilərin xalq seleksiyasının əvvəllər məlum olmayan nadir sortlarını qeydə alıb təsvir etmiş, onların istehsalata tətbiqini tövsiyə etmişdir. Ə. Rəcəbliyə məxsus sənədlər hazırda Azərbaycan Dövlət Elm və Texnika Sənədləri Arxivində mühafizə edilir.

  • Gümüş medalı Əhməd Rəcəbli... 

Əhməd Rəcəbli 1898-ci il sentyabrın 28-də İrəvan şəhərində Məşədi Cabbar Məşədi Cəfər oğlunun və Kübra xanım Hacı Xəlil qızının ailəsində anadan olub. Barəsində internet resurslarında əks olunan məlumatlara görə, 1907-ci il sentyabrın 15-də İrəvan şəhərindəki Klassik Rus Gimnaziyasına daxil olub və 1916-ci il iyunun 1-də tam səkkizillik kursu bitirib. Hələ 1916-cı il yanvarın 1-də gimnaziyanın pedaqoji şurasının qərarı ilə nümunəvi davranışı və təhsildə qazandığı uğurları ilə əlaqədar Əhməd Məşədi Cabbar oğlu Rəcəbliyə gümüş medal verilib. O, elə həmin il Moskva Dövlət Universitetinin tibb fakültəsinə daxil olub.

  • Cumhuriyyətin yüz  tələbəsindən biri...

Rəsmi məlumatlara görə, 1918-ci ildə o, "Azərbaycan füqərası" qəzetinin redaksiyasında korrektor işləyib. 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yüz nəfər tələbənin xarici universitetlərdə təhsil almasının təmin edilməsi üçün Təhsil Nazirliyinin büdcəsinə 7 milyon rubl pul köçürülməsinə dair qərarından sonra Azərbaycan Xalq Cümhuriyyətinin dəstəyi ilə təhsilini davam etdirmək üçün Avropaya göndərilib. Bioqrafiyasında bildirilir ki, rus, italyan, alman, ispan, yunan və fars dilini bilən  Əhməd Rəcəbli İtaliyanın Peruca şəhərində yerləşən, 1896-cı ildə əsası qoyulmuş Ali Kral Eksperimental Aqrar İnstitutunun məzunudur. 1936-cı ildə həmin institutun əsasında Peruca Universitetinin Kənd Təsərrüfatı, Ərzaq və Ətraf Mühit Fakültəsi təşkil edilmişdir.

  • Zaqatala Kənd Təsərrüfatı Texnikumunun təşkilatçısı... 

Qeyd edilənə görə, İtaliyada təhsilini başa vurduqdan sonra 1923-ci ildə Bakıya qayıdan Rəcəbli torpaq komissarlığından iş təklifi alır. Ancaq bioloq özünün xahişi ilə seleksiya fəaliyyəti üçün əlverişli şəraiti olan Zaqatalaya göndərilir və burada aqronom kimi işə başlayır. O, 1924-cü ildə Zaqatala Kənd Təsərrüfatı Texnikumunu təşkil edir və 1937-ci ilə qədər təhsil müəssisəsinə rəhbərlik edir, eyni zamanda Zaqatala fındıqtəmizləmə zavodunda məsləhətçi kimi işləyir. Onun təşəbbüsü və iştirakı ilə Zaqatala-Car tütünçüləri yoldaşlıq kooperativi yaradılır. Həmçinin, Rəcəblinin təşəbbüsü ilə 1926-cı ildə Zaqatalada təcrübə-sınaq stansiyası qurulur və 1937-ci ilin iyuluna kimi özü həmin stansiyaya rəhbərlik edir.

Zaqatalada olarkən Əhməd Rəcəbli maarifçi-pedaqoq Firidun bəy Köçərlinin həyat yoldaşı Badisəba xanımın vasitəçiliyi ilə ömür-gün yoldaşı Fəhimə xanım Mehdibəyova ilə tanış olub ailə həyatı qurur. Cütlüyün 1928-ci ildə Nigar, 1930-cu ildə isə Xalidə adlı qızları dünyaya gəlir. Əhməd Rəcəblinin bacısı isə cümhuriyyət tələbələrindən Baxşəli bəy Sultanovla evlənir.

  • Əksinqilabçı damğası vuruldu, "QULAQ" düşərgəsində əziyyət çəkdi, Babəkə əsər həsr etdi... 

Daşnakların iştirakı və Stalinin rəhbərliyi ilə keçmiş SSRİ-ni bürüyən repressiya tufanından Rəcəbli də kənarda qala bilmir, o da repressiya qurbanlarından biri olur. Rəcəliyə həsr olunmuş vikipediya məqaləsində qeyd edilir ki, 1930-1936-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dosent və kafedra müdiri, 1931-1934-cü illərdə isə həm də institutun cənub torpaqları üzrə bölməsinin rəhbəri kimi çalışan Əhməd Rəcəbli sonralar respublika torpaq komissarlığında dövlət müşaviri vəzifəsində fəaliyyətini davam etdirir. 1935-ci ildə Ali Attestasiya Komissiyasının qərarı ilə professor adı alan alim daha sonra Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasında akademik Nikolay Vavilovun rəhbərlik etdiyi subtropik bitkilər bölməsinin üzvü seçilir.

1937-ci ildə namizədlik dissertasiyasını müdafiə edən Əhməd Rəcəbli elə həmin ilin avqustunda xaricdə təhsil alması əsas gətirilərək əks-inqilabçı fəaliyyətdə ittiham edilir və QULAQ düşərgələrindən biri olan Maqadan şəhərinə 8 illik sürgünə göndərilir. Üç il Kolımada, beş il Maqadanda SSRİ Xalq Daxili İşlər Komissarlığının yardımçı təsərrüfatında aqronom işləyən Rəcəbli sürgündə olarkən yeni pomidor sortları da yetişdirir. Maqadanda ikən həmçinin bədii yaradıcılıqla məşğul olan Əhməd Rəcəbli "Babək" tarixi romanını yazır və ayrı-ayrı kağızlarda qələmə aldığı əsərini azadlığa çıxan məhbuslarla birlikdə hissə-hissə evə göndərir. Bu roman Azərbaycan nəsr ədəbiyatı tarixində Babəkə həsr olunmuş ilk bədii əsər hesab olunur.

Rəcəblinin həbsindən sonra Bakıya gələn Fəhimə xanım bir müddət Azərbaycan Dövlət Universitetində fizika müəllimi işlədikdən sonra universitetdən xaric olunur. Hətta onun orta məktəbdə fəaliyyət göstərməsi də qadağan edilir, bununla belə, 1945-ci ildə Əhməd Rəcəblinin sürgündən qayıtması ilə vəziyyət dəyişir. Qeyd olunana görə, Fəhimə xanım "Monokristallar və onların temperatur rejimindən asılılığı" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək Azərbaycanda fizika sahəsində ilk elmlər namizədi olan qadın olur. Eyni vaxtda Əhməd Rəcəbli də Azərbaycanda meyvəçiliyin inkişafı sahəsində aktual mövzular üzərində işləyir.  Şirvan, Naxçıvan, Quba, Xaçmaz və Qarabağ bölgələrində yeni meyvə sortları tətbiq edən alim konserv sənayesi üçün meyvələr hazırlayır, həmçinin "Azərbaycanda meyvə bitkilərinin sortları" adlı monoqrafiyasını yazır və Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə dərslik tərtib edir. Həmin monoqrafiya seleksiyaçı alimin yalnız vəfatından sonra - 1966-cı ildə çap olunur. 

  • Yenidən həbs, yenidən sürgün... 

Tədqiqatçıları yazır ki, zəngin elmi fəaliyyətinə baxmayaraq, Əhməd Rəcəbli 1950-ci il martın 22-də yenidən həbs edilərək Qazaxıstanın Cambul vilayətinə göndərilir və dörd ildən sonra - Stalinin ölümünün ardınca bəraət alması nəticəsində Azərbaycana qayıdır. Məlumatlara görə, Qazaxıstandan sürgündən qayıtdıqdan sonra Əhməd Rəcəbli Azərbaycan Elmi-Tədqiqat Çoxillik Bitkilər İnstitutunun meyvəçilik şöbəsinin rəhbəri təyin olunur. O zamanlar Azərbaycan SSR-in daxili işlər naziri olan Ağasəlim Atakişiyevin imzaladığı order əsasında "xalq düşməni" adı altında həbs olunmasına baxmayaraq, Əhməd Rəcəbli, qızı Xalidənin nazirin oğlu Tofiqlə ailə həyatı qurmasına razılıq verir və gənclər 1952-ci ildə gizlicə nikah bağlayırlar. 1958-ci ildə Əhməd Rəcəbli Azərbaycan Kənd Təsərrüfatı Elmlər Akademiyasının akademiki və akademiyanın bitkiçilik bölməsinin akademik katibi seçilir. 

Əhməd Rəcəbli 1963-cü ilin dekabrın 15-də Moskvada ürək tutmasından vəfat etmiş və nəşi Bakıya gətirilmişdir. 1970-ci ildə vəfat edən qudası - general-mayor Ağasəlim Atakişiyev isə Əhməd Rəcəbli ilə eyni qəbiristanlıqda, Maştağada alimin məzarının yaxınlığında dəfn olunub.

Böyük alimin xatirəsinin əbədiləşdirilməsi istiqamətində işlər görülüb. Belə ki, 1992-ci ildə Qubadakı Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutuna Əhməd Rəcəblinin adı verilmiş və foyedə büstü qoyulmuşdur. Eyni ildə Bakı şəhəri Nərimanov rayonunda yerləşən küçələrdən biri Əhməd Rəcəblinin şərəfinə adını daşıylr. Qeyd olunana görə, 1998-ci ildə isə Əhməd Rəcəblinin anadan olmasının 100 illiyi ərəfəsində vaxtilə yaşadığı, indiki Mirzəağa Əliyev küçəsi ev 126 ünvanında yerləşən binaya xatirə lövhəsi vurulub. 

İrəvanda doğuldu, Moskvada vəfat etdi, Bakının Maştağa kəndində dəfn olundu. Həyatının ağırlığına, məşəqqətlərə baxmayaraq, akademik Rəcəbli yazdı, yaratdı, tədqiqatlar apardı. Yeni meyvə sortları yetişdirdi, özündən sonra zəngin bir irs qoydu. İnanırıq ki, çox da uzaq olmayan bir zamanda bu böyük alimin doğulduğu İrəvan şəhərində də abidəsi qoyulacaq və adı əbədiləşdirilək. Bütün bunlar Qərbi Azərbaycana dinc və təhlükəsiz şəraitində qayıdışdan sonra baş verəcək. Qərbi Azərbaycanın böyük şəxsiyyətlərin ana yurdunda haqları özlərinə qaytarılacaq. Buna şübhəmiz yoxdur.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ