çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Brüssel və Kişinyov görüşləri ərəfəsində erməni ordusu hücuma keçdi - Paşinyan xəbərsiz davranır...

Image


Ermənistan sərhəddə növbəti silahlı təxribat həyata keçirib. Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Mahmudlu Müslüm Vidadi oğlu isə düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd edilir ki, Ermənistan Respublikası sərhədyanı bölgələrdə Azərbaycana qarşı hərbi təxribatlarını artırır:“Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumata əsasən, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib və bu təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu ağır yaralanıb. Ermənistan tərəfinə təxribatlarına son qoyulması və qəsdən vəziyyətin gərginləşdirməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Azərbaycan Ordusunun mövqelərini minaatanlardan atəşə tutub, təxribatlar nəticəsində bir nəfər hərbi qulluqçumuz həlak olub”.

Nazirlik bəyan edir ki, Ermənistanın təxribatlarının hər zaman olduğu kimi sülh sazişi üzrə danışıqların intensivləşdiyi, eləcə də liderlər arasında gözlənilən danışıqlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir: "Ermənistanın danışıqlar prosesinə xələl gətirən bu kimi əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanmalıdır. Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri bütün lazımı tədbirləri görür. Vəziyyətin qəsdən gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Təxribat baş verdiyi saatlarda Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasını keçirib. O, hökumətin iclasında sərhəddə baş verənlərlə bağlı danışarkən deyib ki, Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə üçtərəfli görüşün planlaşdırıldığı Brüsselə səfərini ləğv etmək niyyətində deyil.

Xatırladaq ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında bundan əvvəl Vaşinqtonda danışıqlar aparılıb, müzakirələr 4 gün davam edib. Nazirlər iki dəfə ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüblər. Danışıqlardan sonra ABŞ dövlət katibi Ermənistan və Azərbaycanın sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə edildiyini bildirib. Paşinyanla Əliyev arasında növbəti görüş Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə mayın 14-də Brüsseldə keçiriləcək.

Məlum olduğu kimi, Brüssel və Kişinyov görüşləri ərəfəsində erməni ordusu hücuma keçdi və Paşinyan da özünü elə aparır ki, rəhbərlik etdiyi ordunun hücum əməlindən guya xəbəri yoxdur. O halda Ermənistanın növbəti sərhəd təxribatı necə baş verib?

  • “Yaxın günlər açıq şəkildə göstərəcək ki, Azərbaycan-Ermənistan sərhədində bu təxribatı törədən Ermənistandakı hansı qüvvələrdir,  Rusiyanın və İranın burada iştirakı nə qədərdir”     

Siyasi ekspert Abutalıb Səmədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, sülh sazişinin yaxın müddətdə imzalanması üçün Avropa İttifaqı və ABŞ əlindən gələni edir. “Bir ildən bir az artıq müddətdə Avropa İttifaqının vasitəçiliyi ilə dörd görüş keçirilib, beşincini Ermənistan pozub. Növbəti görüş də mayın 14-nə nəzərdə tutulub. Son altı ayda ABŞ-ın Dövlət katibi Blinkenin vasitəçiliyi ilə üç görüş  keçirilib. Eyni zamanda Sallivanın vasitəçiliyi ilə də bir neçə görüş keçirilib və orada müzakirələrin gedişi, təbiidir ki, Ermənistanı çox ciddi şəkildə narahat edir. Baxmayaraq ki, Paşinyan reallıqların qəbul olunmasının tərəfdarıdır, Qarabağ üçün heç bir status tələb etmir, Azərbaycanın Qarabağ üzərində suverenliyini qəbul etdiyini Soçidəki və Praqadakı imzası ilə təsdiq edib və əsas məqsəd kimi Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin olunması məsələsini qoyur. Azərbaycan bununla razıdır. Paşinyanla Azərbaycan hakimiyyətinin münasibəti arasında bir fərq var. Azərbaycan bu prosesi özünün suveren hüququ hesab edir və Qarabağ erməniləri ilə danışıqları özünün təşkil edəcəyini dəfələrlə bəyan edib, bir neçə dəfə də görüşlər olub. Paşinyan bu prosesə beynəlxalq mexanimzləri qoşmaq istəyir”.

A.Səmədovun sözlərinə görə, Ermənistan ilk növbədə bu prosesə Fransanı qoşmaq istəyir, Azərbaycan isə bunu qətiyyən qəbul etmir. “Ancaq Paşinyanın bu mövqeyini həm Ermənistanda, həm Qarabağda, həm də Rusiyada qəbul etməyənlər kifayət qədərdir. Son təxribatı onların hansı törədib? Bu təxribatı danışıqların gedişindən narahat olan Paşinyanmı törədib, Paşinyanı çıxılmaz vəziyyətdə qoymaq istəyən Ermənistandakı və Qarabağdakı rəqiblərimi törədib? Paşinyanın orduya tamamilə nəzarət edə bilməməsi dəfələrlə sübut olunub.          

Yoxsa burada Rusiya barmağı da varmı?  Çünki Rusiya rəsmi təmsilçiləri həm Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən görüşlərdən, həm sonuncu Vaşinqton görüşlərindən narahatlıqlarını gizlətməyiblər və etiraz ediblər. Ümumiyyətlə, Rusiya sülh sazişinin yaxın müddətdə imzalanmasını qətiyyən istəmir, eyni zamanda başa düşür ki, o proseduru uzatmaq da mümkünsüzdür. Ona görə, həm də vasitəçiliyi əlində saxlamaq üçün istəyir ki, özü sülh sazişinin imzalanmasına vasitəçilik etsin. Moskva görüşündə, ola bilsin ki, ondan sonra keçirməyi planlaşdırdığı digər görüşlərdə də əlindən gələni edəcək ki, vasitəçilik missiyasını özünə qaytara və burada monopolyasını bərpa edə bilsin. Bu da həddindən artıq çətindir. Ancaq bir şey ortadadır, Rusiya keçən ilin avqustunda təqdim etdiyi, lakin Azərbaycanın qəbul etmədiyi layihədən imtina edib, Azərbaycanın mövqelərinə yaxın layihə hazırlayıb. Lavrovun Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında Rusiyanın mövqeyini dilə gətirməsi ermənilərə çox böyük şok yaşadıb. Bir neçə gün bundan əvvəl Paşinyan “Azadlıq” radiosuna müsahibəsində Rusiya rəhbərliyinə müraciətlə xahiş edib ki,  keçən ilin avqustunda ortaya qoyulan və sonradan müzakirəyə çıxarılmayan layihənin şərtlərini Rusiya  yenidən müzakirəyə təqdim etsin.  Dedi ki, biz Rusiyanın təqdim etdiyi layihəni müzakirə etmək istəyirdik, amma Rusiya o layihədən imtina edib. Belə bir vəziyyət yaranıb. Təbiidir ki, təxribat törətmək və bu danışıqları pozmağa  çalışmaq istəyən qüvvələr kifayət qədərdir. Paşinyanın Brüssel görüşündən imtina etməyəcəyi barədə verdiyi bəyanat göstərir ki, bu təxribat onların arzuladığı nəticəni verməyib, yaxud Paşinyan izi itirmək üçün belə bir bəyanat verib. Hər halda, yaxın günlər açıq şəkildə göstərəcək ki, Azərbaycan-Ermənistan sərhədində bu təxribatı törədən Ermənistandakı hansı qüvvələrdir, Rusiyanın və İranın burada iştirakı nə qədərdir. Ən əsası, sülh sazişinin imzalanması istiqamətində proses sürətlənib və bu prosesin qarşısını almaq həm Ermənistanın, həm İranın, həm Rusiyanın imkanları xaricindədir. Əgər Rusiya prosesdə iştirak etmək istəyirsə, Qərbdən daha əlverişli şərtlər təqdim etməlidir və təbii ki, bu, Azərbaycanın istəklərinə uyğun şərtlər olmalıdır. Çünki kimin vasitəçi olacağını Azərbaycan müəyyənləşdirir”.

A.Səmədovun sözlərinə görə, ötən ilin avqustunda verilən Rusiya layihəsinin tamamilə  uğursuzluğa məhkum olmasından Rusiya rəhbərliyi ciddi nəticə çıxarmalıdır və görünən odur ki, artıq çıxarıb.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ