Kremlin üstündə Ukraynaya məxsus olduğu deyilən iki dronun vurulması xəbəri 1989-cu ildə gənc bir Qərbi Almaniya vətəndaşının kiçik mühərrikli təyyarəni Kreml meydanına endirməsini yadıma saldı.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
“SSRİ imperiyasının çöküşünə başlanğıc olmuş hadisələrdən biri bu oldu... Kiçik təyyarə "məğlubedilməz" SSRİ-nin hava sərhədlərinin keçilməzlik mifini məhv etdi...
Bəs Ukraynaya məxsus olduğu deyilən dronlar nə etdi və ya edəcək?
Ya bəlkə indiki dronlar Rusiyanın özünün düzüb-qoşduğu hansısa əməliyyatın hissəsidir?...”
Tahir TAĞIYEV