çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Mətbuat Şurası və MEDİA 3 may Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı konfrans keçirdi... - FOTO

Image


Mətbuat Şurasının və Medianın İnkişafı Agentliyinin birgə təşəbbüsü ilə “Azərbaycanda media azadlığı: plüralizm prinsipləri və vətəndaş cəmiyyəti quruculuğuna dəstək” mövzusunda konfrans keçirilib. 3 may Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş toplantı Mətbuat Şurasında təşkil olunub. Tədbirdə ulu öndər Heydər Əliyevin, şəhid jurnalistlərin və torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla anılıb.

MŞ sədri Rəşad Məcid çıxışında toplantı iştirakçılarına 3 may Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə təbrikini çatdıraraq, əvvəlcə bu tarixin yaranmasından söz açıb. O bildirib ki, 1993-cü ildə BMT-nin Baş Məclisi YUNESKO-nun təklifini nəzərə alaraq, may ayının 3-nü “Ümumdünya Mətbuat Azadlığı günü” elan etdi.

MŞ sədri ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanda mətbuat azadlığının təmin edilməsi sahəsində gördüyü işlərdən söz açıb, onun iradəsi nəticəsində senzuranın rəsmən aradan qaldırılmasını önəmli cəhət kimi vurğulayıb. Ulu öndərin media qanunvericiliyinin təkmilləşdirilməsinə və zənginləşdirilməsinə yönələn, mətbuat işçilərinə diqqət və qayğını nəzərdə tutan tədbirlərini sadalayan R.Məcid bildirib ki, Heydər Əliyev medianın özünütənzimləmə strukturunun olmasına ciddi önəm verirdi: “Təsadüfi deyil ki, Mətbuat Şurasının təsis edildiyi Azərbaycan jurnalistlərinin 2003-cü il martın 15-də keçirilmiş birinci qurultayına təbrik məktubu da ünvanlamış, qurultayın işinə uğurlar arzulamışdı. Ulu öndər Heydər Əliyev mətbuata dəstəyinə görə “Jurnalistlərin dostu” adını qazanmışdı”.

R.Məcid bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Ulu öndərin media siyasətinə sadiqliyini nümayiş etdirməkdədir. Buna görə üç dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülüb: “Media təmsilçilərimiz bu fikrə gələrkən, dövlətimizin başçısının ölkədə bütün sahələrdə olduğu kimi, media sahəsində də apardığı geniş miqyaslı islahatları nəzərə alıblar. İsahatlar bu gün də davam edir. Məlum olduğu kimi, ötən il “Media haqqında” Qanun qəbul edildi. Medianın İnkişafı Agentliyi sənədin icrası istiqamətində mühüm addımlar atmaqdadır. Bu addımlar, həm media fəaliyyəti ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini, həm də mövcud sahədə nizam-intizam mühitinin formalaşdırılmasını rəhbər tutmaqdadır”.

R.Məcid çıxışında, həmçinin, yaşadığımız dövrdə informasiyanın cəmiyyətin mütəhərrikliyini təmin edən alət olmaqla yanaşı, eyni zamanda, onun təhlükəsizliyinə də, ayrı-ayrı fərdlərin yaşam tərzinə də təsir göstərən mühüm amil olduğunu diqqətə çatdırıb: “Biz jurnalistlər çalışmalıyıq ki, ölkəmizdə söz və ifadə azadlığı ilə bağlı mövcud əlverişli mühit xalqımızın, dövlətimizin inkişafı naminə ayrı-ayrı məqamların nəzərə alınmasını şərtləndirsin. Söz azadlığından sui-istifadə meylləri aradan qalxsın. Hesab edirəm ki, mənfi halların aradan qalxması sözün çəkisini daha da artıracaq və onunla daha çox hesablaşanlar olacaqdır. Nəzərə alaq ki, bu hesablaşma, eyni zamanda, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsi baxımından müstəsna əhəmiyyət daşıyan faktordur”.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Konstitusiyada söz, fikir və məlumat azadlığına dair konkret müddəalar öz əksini tapıb. O, bu müddəaların ölkəmizdə media sahəsində həyata keçirilən tədbirlərin çıxış nöqtəsi olduğunu vurğulayıb. Ötən il Milli Mətbuat Günündə Şuşa şəhərində keçirilən Beynəlxalq Media Forumunda Prezident İlham Əliyevin Azərbaycan jurnalistlərinə müraciətində qlobal informasiya məkanında ölkəmizin yüksək beynəlxalq nüfuzuna xələl gətirmək, daxili həyatına təsir göstərmək cəhdlərini doğuran səbəblərin və çıxış yolları barədə tövsiyələrin əksini tapdığını diqqətə çatdıran Ə.İsmayılov vurğulayıb ki, Azərbaycan müstəqil siyasət yürüdən, müasir, güclü, dövlətə çevrildiyi üçün müxtəlif səviyyələrdə dezinformasiya savaşının hədəfinə gəlir: “Çıxış yolu isə Azərbaycan mediasının güclü olması, ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılmasında, milli maraqlarımızın müdafiəsində sayıqlığımızı və fəallığımızı artırmaqdır”.

İcraçı direktor qeyd edib ki, rəhbərlik etdiyi qurum media sahəsində institusional quruculuq işlərinin davam etdirilməsi məqsədilə yaradılıb. “Mediaya yanaşmada dövlətin siyasi xəttinin fəlsəfəsi “Media haqqında” Qanunun ruhunda əks olunub. Belə ki, Qanunun “Media azadlığı” adlı 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında media azaddır. Media sahəsində dövlət senzurası, habelə bu məqsədlə dövlət orqanlarının (qurumlarının) və ya vəzifələrin yaradılması və maliyyələşdirilməsi qadağandır. Media sahəsində fəaliyyət azadlığı hər kəsin qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır”, - deyə Ə.İsmayılov fikrinə aydınlıq gətirib.

MEDİA-nın icraçı direktoru çıxışında, həmçinin, “Media haqında” Qanundakı bir sıra məsələlərə toxunub, Agentliyin öz işini media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, müvafiq sahədə yeni iqtisadi modelin formalaşdırılması, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması üzərində qurduğunu vurğulayıb.

Konfrans iştirakçıları tərəfindən 3 may Ümumdünya Mətbuat Azadlığı Günü ilə həmrəyliyini ifadə edən bəyanat qəbul edilib. Bəyanatı MŞ sədrinin müavini, ATV telekanalının prezidentinin müşaviri Səadət Məmmədova səsləndirib.

Toplantıda çıxış edənlərdən MŞ sədrinin müavini Vüqar Zifəroğlu, Şuranın İdarə Heyətinin üzvləri – Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu, Bayraqdar Media-nın baş redaktoru Azər Həsrət, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, həmçinin, “Azpost.info” saytının baş redaktoru Xaqani Səfəroğlu, “Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı və başqaları Azərbaycan jurnalistikasının beynəlxalq miqyasda söz və ifadə azadlığı ilə bağlı platformalarda iştirakının, jurnalistlərin xarici dil biliklərinin gücləndirilməsinə yönələn işlərin reallaşdırılmasının, ali məktəblərdə jurnalist ixtisası üzrə tədrisin daha da müasirləşdirilməsinin zəruriliyindən söz açıblar. Konfransda, həmçinin, ölkəmizdə media sahəsindəki bir sıra problemlərin, o cümlədən, jurnalist peşəkarlığı ilə bağlı məsələlərin geniş müzakirəsi aparılıb. 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ