çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Vaşinqton görüşündən Moskvaya qədər - Ermənistanın dəyişməz "status-kvo" tərsliyinə qarşı Əliyevin "altda qalanın canı çıxsın" taktikası... - Aydın QULİYEV yazır...

Image


Azərbaycan - Ermənistan münasibətlərində problemlərin aradan qaldırılması prosesi tarixdə ən mürəkkəb mərhələlərdən birini yaşayır. Heç keçmiş "Dağlıq Qarabağ münaqişəsi" mövcud olduğu vaxtlarda da belə mürəkkəblik və çətinlik yox idi. Dünyanın 3 güclü dövləti sayılan ABŞ, Rusiya və Fransanın hər biri problemin üstündə öz maraqlarını güdsələr də, formal olaraq birlikdə idilər.

Vaxtilə onları formal bir araya gətirmiş MQ-nin həmsədrlik institutu indi daha mövcud deyil, üstəlik bu üç ölkə "ikisi birinə qarşı" prinsipi ilə açıq mənafe davasına başlayıblar. Yəni ABŞ və Fransa təxminən eyni mövqe göstərməklə tam fərqli prinsiplərlə hərəkət edən Rusiyanın hegemonluğuna son  qoymağa çalışırlar. Ən fəlakətli mənzərə isə odur ki, belə mürəkkəb və çarpaz münasibətlərin içində olan hər 3 ölkə Bakı-İrəvan münasibətlərinin tənzimlənməsində üstün vasitəçilik səyləri göstərirlər. Hər kəs öndə və aparıcı olmağa çalışır. Aydın məsələdir ki, onlardan hansısa birinin təklif etdiyi sülhə doğru yol xəritəsi və ya ideya dərhal digərləri tərəfindən süngülənir və pozulur .Başqa cür mümkün də deyil. Vəziyyəti dramatikləşdirən həm də odur ki, bu mürəkkəb və çarpaz geosiyasi münasibətlərin içində Ermənistan ənənəvi oyunbazlığından qalmır və o da əslində öz mənafelərinə uyğun olaraq sülh pozuculuğu taktikasının fəal aparıcılarından birinə çevrilir. Nəzərə almalıyıq ki, indiki geosiyasi və diplomatik şərtlər çərçivəsində Ermənistan rəhbərləri özlərinə tam sərfəli heç bir normallaşma modeli görmürlər, görmək istəmirlər, ortaya qoyulan hər bir modeli açıq və ya diplomatik üsullarla sabotaj edirlər. Yəni ABŞ bir model irəli sürəndə Ermənistan onu bir bəhanə ilə pozur, ya ləngidir. Rusiya da təklif verəndə eyni ssenarilər işə düşür. Çünki Ermənistanın məqsədi hazırkı status-kvonu nəyin bahasına olsa uzatmaqdır. Bunu açıq deyirlər. Paşinyan bu günlərdə özünün məhdud çevrəsində indiki "status-kvonun" uzadılmasını erməni dövlətçiliyinin mövcudluq şərti adlandırıb, əlavə edib ki, növbəti üç il bu bizim mövcudluq şərtimizdir və bundan istifadə edərək güclənməliyik. Demək, revanş planları yaşayır, yaşadılır, hazırlıq gedir. Laçın yolunda Azərbaycan ekofəallarının aksiyası fonunda yaranmış durumda Ermənistan dekabrda nazirlərin Moskva görüşünü pozdu, Rusiya iki ölkə rəsmilərinin yüksək görüşlərinin necə olursa olsun təşkili iddiasını yenidən açıq ortaya qoydu, proses 6 aydır gedir, görüşün vaxtı hələ dəqiqləşməmiş bu dəfə Paris və Vaşinqton aktivləşdilər, Fransanın XİN başçısı Kolonna Bakıya və İrəvana gəldi, ABŞ Dövlət katibi Blinken "KPP məsələsindən" sonra daha aktivləşərək  Azərbaycan və Ermənistan liderləri ilə danışdı, ardınca isə Vaşinqtonda Mirzoyanla Bayramovun mərhələli görüşlərini təşkil etdi. Sözsüz ki, nazirlərin Vaşinqton görüşünün hansı konkret nəticələr verəcəyini hətta ən skeptik adamlar da gözləyir.

  • 6 aydır tərəflər arasında təmaslar yoxdur...

Çünki tərəflərin arasında düz 6 aydır heç bir təmas yoxdur, Ermənistan sərhədlərdə vəziyyəti gərginləşdirən addımlardan bir an çəkilmir, xoşməramlı bir jest göstərmir, Azərbaycana qarşı "Xankəndidə genosiddən tutmuş etnik təmizləməyə qədər" ifrat böhtanlarını davam etdirir.

Mürəkkəb münasibətlərin içində sülhə doğru yeganə ardıcıl, xalis və aydın siyasət aparan tərəf Azərbaycandır. Azərbaycanın aydın və xalis siyasətinin kökləri Prezident İlham Əliyevin o məntiqli bəyanatlarına söykənir ki, biz hər yerdə, istənilən səviyyələrdə, istənilən formatlarda (ömrünü başa vurmuş MQ-dan başqa) sülh dialoquna hazırıq. İlham Əliyevin dialoq məntiqinin gücü və ardıcıllığı Azərbaycanın özünün güclü, doğru mövqelərdə olması ilə bağlıdır. İlham Əliyev 44 günlük müharibənin nəticəsi olaraq  dünyada çoxlarını inandırdı ki, sülh Azərbaycandan çox Ermənistana lazımdır, çünki kapitulyant və təcrid vəziyyətində olduğu üçün dövlətçiliyi və mövcudluğu təhlükəyə girmiş tərəf Ermənistandır. Azərbaycanın isə həm Rusiya, həm Qərb, həm də Cənub geosiyasi məkanı üçün əhəmiyyəti durmadan artır. Sadə desək, bu gün Ermənistana münasibətdə İlham Əliyevin mövqeyi "altda qalanın canı çıxsın" prinsipinə söykənib. Məhz buna görə Azərbaycan Prezidenti Ermənistanla normallaşma danışıqlarının hansı dünya paytaxtında keçirilməsindən çəkinmir. Bütün görüşlərə hazır və həvəslə gedir. Məkandan asılı olmayaraq bütün görüşlərdəki mövqeyi eyni prinsiplərə əsaslanır. Bir paytaxtda dediklərini digərində gizlətmir və ya ab-havaya uyğun dəyişmir. Bu günlərdə Vaşinqtonda davam edən Bakı-İrəvan danışıqlarından sonra Moskvada, Brüsseldə hansısa görüş təşkil olunacaqsa ,özü və ya naziri həmin görüşlərdə də iştirak edəcək. Azərbaycan Prezidenti üçün gizlətməli və ya manevr edəcəyi bir mətləb yoxdur. ABŞ, Fransa, Rusiya rəsmilərinin üzlərinə şax deyir ki, Xankəndiyə gedən hər şeyi yoxlamaq bizim suveren hüququmuzdur, Laçın yolunda " KPP" yaratmaq  suveren hüququmuzdur, "Dağlıq Qarabağ bölgəsi"  və buna uyğun adda heç bir münaqişə artıq yoxdur, Azərbaycanın Qarabağ regionu var, Qarabağ regionunun erməni sakinlərinin hüquq və təhlükəsizlikləri Azərbaycanın daxili işidir, bununla bağlı müzakirələrə heç bir beynəlxalq qurum buraxılmayacaq, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıması hələ kifayət deyil, lazımdır ki, "Ermənistan keçmiş Dağlıq Qarabağ Azərbaycanın suveren ərazisidir" bəyanatını rəsmən səsləndirsin, Ermənistanla sülh sazişi yalnız o halda mümkün olacaq ki, bütün Qarabağ bölgəsi daxil Azərbaycanın suverenliyi tanınsın və buna əməl edilsin, Ermənistan bunlari tanımasa, biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq  və sair.

Azərbaycan Prezidentinin böyük qətiyyət və əzmlə səsləndirdiyi bu tezislərdən çıxan haqq və doğru məntiq Parisdə və Vaşinqtonda ən qatı senatorların və Azərbaycanda ən sadə insanların başa düşdüyü bu sadə formada ifadə oluna bilər: "Altda qalanın canı çıxsın"... Laçın yolunda nəzarət-buraxılış mexanizmini qurub möhkəmləndirəndən sonra Xankəndiyə gedib-gələn hər şey legitim əsaslarda yoxlanacaq, təhlükəli heç nə buraxılmayacaq, Araiklər və Rubenlər Xankəndi-Gorus yolunu daha heç vaxt "su yoluna" döndərə bilməyəcəklər. Bu şəraitdə sərhəd mübahisələrinin və sazişin imzalanmasının bütün məsuliyyəti artıq Ermənistanın üzərindədir. İmzalamaq istəyərlər, daha yaxşı. Azərbaycanın və İlham Əliyevin müharibə bitən gündən iradəsi zatən elə budur. İmzalamaq istəməzsə, yenə də... "Altda qalanın canı çıxsın"...

Ermənistan Vaşinqtonda sülh gündəminə uyğun konkret nəticələrə ulaşılmasına şans verəcəkmi? Bir gözünu Kremldən çəkə bilməyən Ermənistan rəsmilərinin Vaşinqtonda bölgənin sırf təhlükəsizlik tələblərindən çıxan müstəqil siyasi-diplomatik iradə göstərməyə gücü yetəcəkmi? Vaşinqtonda konkret  razılaşmalar olsa, Lavrovun və ya Putinin iştirakı ilə növbədəki  Moskva görüşlərinədək onları icra edə biləcəkmi? Etiraf edək ki, bunlar Ermənistanın əvəzindən cavab verilməsi çox çətin suallardır. İllah ki, artıq deyildiyi kimi, Ermənistan saziş və sərhəd dəqiqləşməsini yox, status-kvonun uzadılmasını hədəfləyib.

  • İlham Əliyevin gücü ilə dəyişdirildi...

Əslində Vətən müharibəsinə qədərki  Ermənistanın ümumən "status- kvolara" yanaşmaları  dəyişməyib. Ermənistan Vətən müharibəsinə qədər o zamankı status- kvonun, yəni işğal rejiminin saxlanmasına var güclə çalışırdı. Saxlaya bilmədi. İndi isə Vətən müharibəsindən sonrakı yeni "status- kvonun" uzadılmasına, yəni dəyişməməsinə çalışır, özlərini düzəldənə və ravanş gücünə yetişənə qədər... Demək, Ermənistanın niyyəti dəyişməyib. Dəyişən "status-kvodur". Müharibəyə qədər yalnız  Ermənistan üçün sərfəli "status-kvo" var idi, İlham Əliyevin gücü ilə dəyişdirildi. Müharibədən sonra Ermənistan üçün sərfəli olmayan yeni "status-kvo" yaratdıq...

Bəs Ermənistanın uzatmağa çalışdığı yeni "status-kvonun" mahiyyəti nədir və buna hansı üsullarla nail olmağa çalışır?

Ermənistanda yaxşı başa düşülür ki, müharibəyə qədərki "status-kvonu" qaytarmaq mümkünsüzdür. Təzədən Qarabağı işğal edə bilməzlər, heç Laçın "KPP"- dən bu yana icazəsiz keçə də bilməzlər. Qalan bircə odur ki, pis də olsa, heç olmasa mövcud şeyləri olduğu kimi saxlasınlar. Bu o deməkdir ki, saziş imzalanmasın, sərhəd gərginliyi və sərhəd qeyri-müəyyənliyi qalsın, Xankəndi və ətrafı Azərbaycanın suveren nəzarətindən kənar qeyri-rəsmi ərazi statusunu saxlasın.

Ermənistan bu hədəflərə nail olmaq üsullarını da müəyyənləşdirib. Bunlar:

1. Beynəlxalq birliyin diqqətini sülh sazişindən və sərhəd danışıqlarından mümkün qədər yayındırmaq...

2. Dünyanın diqqətini Azərbaycanın Laçın yolunda guya qanun-qaydasız "KPP" quraşdırmaqla Xankəndidə genosid və etnik təmizləmə aparmaq "planlarına"  yönəltmək...

3. Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi deyilən məsələnin hansısa beynəlxalq müzakirə formatına keçirilməsini dünyanın davamlı mövzusuna çevirmək...

Bu hədəflərdən çıxış edərək Vaşinqtonda Blinkenin vasitəçiliyi ilə keçirilən və gələcəkdə keçiriləcək bütün müzakirələrdə Ermənistanın hansı strategiyanı izlədiyi aydın görünür. Ermənistan nümayəndəsi Vaşinqtonda çalışacaq ki, Laçın yolunda "blokada və genosid hazırlıqları" ABŞ-ın siyasətində əsas məsələ kimi təsdiqlənsin və Qarabağ ermənilərinin hüquqları ilə bağlı beynəlxalq format(?) əsas gündəm mövzularından birinə çevrilsin...

Heç şübhə yoxdur ki, bu gün ABŞ-ın ən çox " döydüyü" birbaşa dialoq modelini məhz Ermənistan sabotaj edəcək. Bu modeldə Azərbaycanı qorxudacaq bir şey yoxdur. Tək bir halda Ermənistan sabotaj etməyə bilər - rəsmi Vaşinqton Laçın yolunda "KPP"-ni və ermənilərin hüquqlarının beynəlxalq müzakirəsini əsas mövzular kimi qəbul etsə...

Ermənistan bu məsələləri Vaşinqtondan sonra Moskva və ya Brüssel görüşlərində də önə çıxarmağa çalışacaq.

Bütün bunlar ABŞ-ın çox önəm verdiyi Vaşinqton danışıqlarının real perspektivlərini sıfıra endirir. Vaşinqton müzakirələrinin real perspektivlərə təkan verməsi o halda gerçək ola bilər ki, ABŞ  dövləti "KPP" və ermənilərin hüquqları məsələsində Azərbaycanın mövqelərinin real olduğunu qəbul etsin. ABŞ-da başa düşülməlidir ki, regionda sülh üçün "açar şərt"  birbaşa dialoqdan əvvəl bununla bağlıdır. Heç olmasa ona görə ki, Rusiya Azərbaycanla Ermənistan arasında birbaşa dialoqa imkan verməyəcək və bu işdə Ermənistan da ona "can-başla" dəstək verəcək...

Prezident İlham Əliyevin bu günlərdə Blinkenlə telefon danışığında əsas diqqəti "KPP"-yə və Qarabağ ermənilərinin Azərbaycanla inteqrasiyasına yönəltməsi məhz "açar rolu" oynayan bu amillərlə bağlıdır... Bu iki məsələdə ABŞ erməni lobbisinin təsirlərini kənara qoya bilsə, bölgəmizə sülh daha tez gələcək...

Rusiya ilə aparılacaq siyasətin isə öz "tezisləri" var və İlham Əliyev bunları da  əla bilir...

Aydın QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ