çərşənbə axşamı günü, 10 noyabr 2026
     

ABŞ-da ilkin sülh addımları atıldı, Ermənistan əndişədə...

Image


Amerika Birləşmiş Ştatlarında bu ölkənin dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü, bundan sonra davam edən proseslər Cənubi Qafqaza artıq sülh gələ biləcəyinin ilk işartıları hesab olunur.

Görüşə ev sahibliyi edən ABŞ müzakirələrin ilkin nəticələrindən artıq məmnun qaldığını bildirir. ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel görüşlə bağlı qeyd edir: “ABŞ Cənubi Qafqaz regionunda sülhsevər gələcəyə nail olmaq istəyir. Buna görə bu həftə danışıqları asanlaşdırmaq məqsədilə Cənubi Qafqaz regionunda dinc gələcəyi təmin etmək üçün birlikdə çalışan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul etməkdən məmnunuq”.

Onun sözlərinə görə, ABŞ Cənubi Qafqazda sülhün mümkün olduğuna inanır: “Dövlət katibi Blinken xarici işlər nazirlərini qarşılamaqdan və Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində keçirilən açılış plenar iclasında iştirak etməkdən şərəf duydu. Dövlət katibi hesab edir ki, birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır. Bu, onun dərindən məşğul olduğu şeydir. Burada ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono da fəal iştirak edir. Biz buna diqqət yetirməyə davam edəcəyik. Biz inanırıq ki, bu iki ölkə arasında sülh mümkündür və biz onları alqışlamaqdan məmnunuq. Nəticədə bunun necə olacağı iki ölkənin verəcəyi qərardan asılıdır. Son nəticədə biz Cənubi Qafqazda sülhün mümkün olduğuna inanırıq. Biz Cənubi Qafqazda regionunda iki ölkə arasında sülh və sabitliyin əldə olunması yollarını axtarırıq”. ABŞ dövlət katibi Entoni Blinken də görüşlə bağlı maraqlı açıqlamalar verib: “Dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardır. Bu həftə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla yeni Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində sülh danışıqlarına ev sahibliyi edirik. Dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardır”. Dövlət Departamentinin adının çəkilməsini istəməyən yüksək rütbəli rəsmilərindən biri qeyd edib ki, ABŞ-ın öhdəliyi Cənubi Qafqaz üçün dinc, demokratik və firavan gələcəyi təşviq etməkdir: “Biz uzun müddətdir deyirik ki, birbaşa dialoq davamlı sülhə nail olmaq üçün problemlərin həllinin açarıdır. Biz müzakirələrin həftə ərzində davam edəcəyini gözləyirik”.  Xatırladaq ki, görüşdən əvvəl Blinken Azərbaycan prezidenti İlham Əliyevə zəng vurub. Dövlət Departamentinin vebsaytında qurumun sözçüsü Metyu Millerin açıqlamasında bildirilib ki, Blinken Azərbaycan-Ermənistan sülh müzakirələrinin əhəmiyyətini vurğulayıb, ABŞ-ın dəstəyinin davam edəcəyini vəd edib. Blinken sülhüm mümkünlüyünə inandığını bildirib. ABŞ dövlət katibinin bu günlər eyni məzmunda Ermənistan baş naziri ilə də söhbəti olub. Bundan əvvəl, aprelin ortalarında isə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Azərbaycan və Ermənistanın danışıqların növbəti raundunun Rusiyada keçirilməsinə razılıq verdiyini bəyan etmişdi: “Bizim sülh müqaviləsinin hazırlanması ilə bağlı Azərbaycan və Ermənistana hərtərəfli köməyimiz azalmayıb. Tərəfdaşlarımız ikitərəfli danışıqların növbəti raundunun bizim ərazimizdə keçirilməsi ilə bağlı təklifimizi qəbul ediblər”. Amma prosesdə ABŞ qabağa düşüb və sülh üçün “yol xəritəsi” məhz ABŞ-da hazırlanır. “Yol xəritəsi”ndə söhbət yalnız sülh müqaviləsindən getmir. Ekspertlərin fikrincə, bununla yanaşı, kompleks məsələlər də var. Sərhədlərin dəqiqləşdirilməsi, delimitasiya, demarkasiya prosesi, nəqliyyat xətlərinin açılması məsələsi gündəlikdədir. Azərbaycan Qarabağ ermənilərin hüquqlarının qorunması ilə bağlı daxili müzakirələrə razılıq verib, o məsələ də gündəlikdədir. Ayrı məsələlər də ortaya çıxa bilər. Hər bir halda, bütün bu məsələlər bir sənədlə həll olunan deyil. Ona görə də “yol xəritəsi”ndən söhbət gedir ki, hansı ardıcıllıqla bu məsələlərin həlli nəzərdə tutulsun.

Dövlət Departamentinin adının açıqlanmasını istəməyən yüksək rütbəli rəsmisi bu fonda vurğulayıb ki, Vaşinqton Ermənistan və Azərbaycan nümayəndələrinin səmimi müzakirələr əsasında sülh üçün mühüm nailiyyət əldə edcəyinə inanır. “ABŞ özünü danışıqlar üçün yalnız platforma təmin etməklə kifayətlənən ölkə sayır, yoxsa Vaşinqtonun mümkün nəticə barədə planları var” sualına Dövlət Departamentinin sözçüsü belə cavab verib: “Məqsədimiz danışıqlar üçün platforma təqdim etməkdir. İkitərəfli müzakirələr və davamlı sülhə doğru irəliləyiş əldə etmək üçün birlikdə iş görülüb. Biz Ermənistan və Azərbaycanla bunu birlikdə edə bildiyimiz üçün çox xoşbəxt, qürurluyıq”. ABŞ-ın rəhbərlik etdiyi dialoqa Rusiyanın mövqeyi ilə bağlı agentliyin sualına cavab olaraq isə Dövlət Departamentinin digər rəsmisi deyib ki, ruslar bunu mənfi qəbul etsələr, məyus olarıq. Rəsmilərin dediyinə görə, ən vacibi tərəflərin, harada baş verməsindən asılı olmayaraq (Vaşinqtonda, Brüsseldə və ya Moskvada) bir-biri ilə əlaqə qura bilməsidir: “Burada məqsədimiz tərəflər arasında davamlı, balanslaşdırılmış və ləyaqətli sülhdür”. Xatırladaq ki, son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının  vasitəçiliyi ilə sülh danışıqları aparır. ABŞ Aİ formatını dəstəkləyir. Bakı bu durumda bildirir ki, Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyü və suverenliyə əsaslanan sülhün vaxtı çatıb. Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan isə hesab edir ki, Azərbaycan ABŞ-da istədiyini alacaq. Onun sözlərinə görə, görüşdən əvvəl Blinkenlə Paşinyan arasında telefon danışığı ilə bağlı yayılan bəyanat da bunu təsdiq edirdi: “Bəyanatda Qarabağın “statusu”, “öz müqəddəratını təyinetmə hüququ” haqqında bir kəlmə də yoxdur. Nə baş verir? Tərəflər müxtəlif problemləri həll edirlər. Müharibədə məğlub tərəf olan Ermənistan güzəştə gedəndir və Qarabağı vermək hesabına Ermənistanın öz əraziləri baxımından mümkün qədər az itki verməyə çalışır. Ermənistan, həmçinin, 2020-ci il noyabrın 10-da Paşinyan tərəfindən yüngül şəkildə, bəzilərinin fikrincə, xəyanətkarlıqla imzalanan Zəngəzur dəhlizindən dəhşətə gəlir. Hadisələrin gedişi, ABŞ görüşünün ilkin nəticələri göstərir ki, Azərbaycan məqsədinə çatır”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ