Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında ikitərəfli görüşü başlayıb.
Trend xəbər verir ki, görüş ABŞ-ın Arlington şəhərində keçirilir.
Qeyd edək ki, mayın 1-də də Vaşinqtonda ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olub. Daha sonra Corc Şultz adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində iki ölkənin xarici işlər nazirlərinin ikitərəfli görüşü keçirilib.
XİN rəhbərlərinin danışıqlarının bir neçə gün davam edəcəyi bildirilib.