çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Sovet dövründə Qərbi azərbaycanlıların siyahıyaalınmasında əsl cinayətə yol verilib...

Image


“Mən Qərbi azərbaycanlıyam” rubrikasında Qərbi azərbaycanlıların demoqrafik mənzərəsinə diqqət yetirəcəyik. Azərbaycanın tarixi ərazilərindən olan Qərbi Azərbaycanın əhalisinin etnik tərkibi də XIX yüzilliyə qədər Azərbaycan türklərindən ibarət olub.

Sonrakı mərhələdə bu ərazinin etnik tərkibinin süni şəkildə dəyişdirilməsi üçün mübarizə aparılıb. Şübhəsiz, burada ermənilərin və erməniləri bizim ərazimizə köçürən qüvvələrin əli olub. Çar Rusiyası başda olmaqla, bu qüvvələr Azərbaycan türklərinin sayının azaldılmasına nail olmaq üçün çox çalışıblar. Etnik təmizləmə siyasətindən, deportasiyadan, terror aktlarından tutmuş başqa daha dəhşətli əməllərə qədər əl ataraq demokrafik mənzərəyə təsir etməyə çalışıblar. Ermənilərin cinayət əməlləri əsasən Sovet dövründə və ondan sonra geniş vüsət alıb.

Qərbi azərbaycanlılarla söhbətlərimiz zamanı onlar qeyd edirlər ki, Sovet dövründə ermənilər gah gizlin, gah da aşkar şəkildə anti-azərbaycanlı mövqelərini ortaya qoyublar. Hətta bəzi Qərbi azərbaycanlıların sözlərinə görə, Ermənistan SSR-də əhalinin siyahıyaalınması zamanı azərbaycanlıların sayına sənədlərdə müdaxilə edilirdi, müəyyən qədər insanlar siyahıdan kənarda qalırdı. Azərbaycanda, eləcə də başqa respublikalarda yaşayan erməniləri “vətəndaş” kimi siyahıya daxil edirdilər. İnsanlar danışırlar ki, siyahıya Ermənistan vətəndaşı olmayan erməniləri daxil etməklə ermənilərin sayını çox göstərməyə çalışırdılar.

Tədiqatçı Şəfayət Fərəcov “Qərbi Azərbaycan əhalisinin tarixi haqqında”  məqaləsində maraqlı faktlara diqqət çəkib. “Qərbi Azərbaycan əhalisi tarixinin öyrənilməsi həm elmi-dərki, həm də praktik baxımdan vacibdir. Qaynaqların araşdırılmasının bu problemlərin dolğun nəticələr verməsində xüsusi yeri var…Azərbaycanda olduğu kimi, Rusiya imperiyası tərkibində olan İrəvan quberniyası əhalisinin ilk müasir əhali siyahıyaalması anlayışına uyğun əhali siyahıyaalması 1897-ci ildə olmuşdur. Baxmayaraq ki, bu siyahıyaalmada müəyyən dərəcədə təhriflər müşahidə olunur və bu günə qədər mühüm əhəmiyyətə malikdir. 1926, 1937, 1939, 1959, 1970, 1979 və 1989-cu illərdə Sovet İttifaqında, o cümlədən, Ermənistan SSR-də siyahıyaalmalar keçirilmişdir. 1989-cu ildə keçirilən siyahıyaalma sovet əhali siyahıyaalması tarixində sonuncu siyahıyaalma olmuşdur. 1989-cu il siyahıya almasının tarixdə mühüm yeri var. Onu da qeyd edək ki, bu siyahıyaalma bütün ərazidə vahid proqram və vahid qayda prinsipinə əməl etmədi. Belə ki, 1988-ci ildən başlamış "Genosid" siyasəti siyahıyaalmanın düzgün aparılmasına imkan verməzdi. Əhali haqda verilən məlumatların çoxu saxtalaşdırılmışdır. Daha doğrusu, 1988 - 1989-cu illərdə Ermənistan SSR-də baş verən hadisələr zamanı ölkə ərazisində yaşayan azərbaycanlıların əksəriyyəti öz yurd-yuvalarından qovulmuşlar.

 Bütün dövrlərdə əhali ilə bağlı olan problemlər ölkənin sosial-iqtisadi və siyasi inkişafına təsir göstərir. Bu baxımdan hər bir ölkənin ərazisində keçirilən siyahıyaalma müvafiq dövrdə sosial-iqtisadi, siyasi və mədəni dəyişiklikləri özündə əks etdirir.

 Böyük Vətən müharibəsində SSRİ tərkibində olan millətlər kimi Ermənistan SSR ərazisində yaşayan azərbaycanlılar da fəal iştirak etmişlər. Cəbhəyə gedənlərin əksər hissəsi geri qayıtmamış, itkin düşmüş, şikəst halda geri qayıtmışlar. Əlbəttə, bu hallar Ermənistan SSR-də yaşayan azərbaycanlıların demoqrafik vəziyyətinə ciddi təsir göstərmişdir. Repressiya dövründə də soydaşlarımızın demoqrafik vəziyyətində azalma müşahidə olunurdu.

Böyük Vətən müharibəsi SSRİ-nin qələbəsi ilə başa çatdı. SSRİ-nin qalib gəlməsinə baxmayaraq siyasi sistemdə Yenilik baş vermədi.

Dünyanın əksər dövlətlərində siyahıyaalma keçirilsə də SSRİ-də siyahıyaalmalar aparılmadı, halbuki, belə bir siyahıyaalmanın keçirilməsi II Dünya müharibəsinin nəticələrinin müəyyənləşdirilməsində böyük rola malik ola bilərdi.

1948-1953-cü illərdə Ermənistan SSR-dən azərbaycanlıların deportasiyası, II Dünya müharibəsindən sonra Ermənistan ərazisində yaşayan azərbaycanlıların həyatında acınacaqlı hadisə olmuşdu. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Prezidenti 1997-ci il dekabrın 18-də sərəncam vermişdir. Sərəncamda 1948 - 1953-cü il deportasiyasını kompleks şəkildə öyrənmək vacib şərt sayılır. Deportasiyanın kompleks şəkildə öyrənilməsi, onun tarixi-demoqrafik səpkisi nəzərə alınmadan mümkün deyil. Deportasiya ilk dəfə məhz bu baxımdan araşdırılmışdır. Deportasiyanı törədən təkzibedilməz faktlar onun sovet deportasiya tarixində yerini müəyyənləşdirmişdir. 1948-1953-cü illər deportasiyasını dərindən təhlil etmək deportasiyanın ideya rəhbərlərini, təşkilatçılarını və həyata keçirilməsinin bütün məsuliyyətini aydınlaşdırır.

Ümumiyyətlə, əhaliyə aid məlumatlar içərisində əhalinin say dinamikasının müəyyənləşdirilməsi əsas yer tutur. 1941-1945-ci illər müharibəsi, müharibədən az sonra 1948 - 1953-cü illər deportasiyası Ermənistan azərbaycanlılarının say dinamikasında əsaslı sarsıntı yaratdı. Bu dövrdə Qərbi Azərbaycan əhalisinin sayı kəskin azalmışdı.

 Əhalinin siyahıyaalmalarının ən müsbət cəhətlərindən biri də odur ki, burada əhalinin demoqrafik göstəriciləri dəyərli məlumatlardır. Burada əhalinin cins və yaş-cins tərkibi digər demoqrafik proseslərə də təsir göstərməsi etibarilə əhəmiyyətlidir. Ümumiyyətlə, müharibələr əhalinin cins tərkibinin dəyişməsinə böyük təsir göstərir. Bu baxımdan 1941-1945-ci illər müharibəsi SSRİ-nin digər respublikaları kimi, Ermənistan SSR ərazisində yaşayan azərbaycanlıların da cinsi tərkibinə təsir göstərmişdir. 1939-cu il siyahıyaalmanın nəticələrinə görə Qərbi azərbaycanlıların cinsi tərkibində kişilər 52,30%, qadınlar 47,70% təşkil edirdi (4, s. 132). 1959-cu il əhalini siyahıyaalma zamanı bu rəqəmlər müvafiq olaraq 48 % və 52 % təşkil etmişdi (1, s. 235). Müharibə dövründə kişilərin sayı 3,7 % azalmışdırsa, qadınların sayı isə 4,3 % çoxalmışdı. 1970, 1979 və 1989 – cu illər siyahıyaalmalar zamanı kişilərin sayı cüzi artsa da, yenə də qadınlara nisbətən azlıq təşkil edirdilər”.

Tədqiqatçı qeyd edib ki, 1959, 1970, 1979 və 1989-cu illərin əhali siyahıyaalmalarına əsasən, Ermənistan SSR-də yaşayan azərbaycanlı ailələrinin sayında artım müşahidə olunur. Bununla bərabər, ailənin həcmində də artım müşahidə olurdu. Şəhər yerində 3-4 uşaqlı ailələr, kənd yerində 5-6 və daha çox uşaqlı ailələr üstünlük təşkil edirdi.

 “Tənha ailələrin sayı az miqdarda idi. Tənha ailələr şəhərə nisbətən kənd yerlərində üstünlük təşkil edirdilər.

Siyahıyaalmalar zamanı əhalinin etnik tərkibi müəyyən olunur. Sovet hakimiyyətinin 1920 - 1950-ci illərdə apardığı siyasəti nəticəsində Ermənistan SSR ərazisində yaşayan azərbaycanlıların sayı kəskin azalmışdı. 1948 - 1953-cü illərdə isə azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirilmişdir. Sovet dövlətinin qərbi azərbaycanlılara qarşı apardığı siyasətin nəticəsini rəqəmlərlə ifadə edək. 1919-cu ilin 16/19 avqust ayında Dünya Sülh konfransına göndərilən ərizənin bir hissəsində belə deyilirdi: "Göstərilən rayonların əhalisi müsəlman - azərbaycanlılardır. Bir xalqdan ibarətdirlər, Azərbaycanın yerli əhalisi ilə eyni kökə, eyni dinə malikdirlər. Etnik tərkibi, dili, mənəviyyatı və məişəti Azərbaycan əhalisi ilə tam eynidir.

Yuxarıda göstərilən rayonların əhalisinin etnik tərkibini 1919-1990-cı illərdə əhalinin sayını nəzərdən keçirdikdə aydın olur ki, əvvəllər əhalinin tam əksəriyyət təşkil etdiyi əzəli Azərbaycan torpaqlarında sürməli və İrəvan ərazisində indi bir nəfər olsun belə azərbaycanlı qalmamışdır”.

O vurğulayır ki, müharibədən sonrakı illərdə, daha doğrusu, 1959-cu il siyahıyaalmalarının nəticələrini araşdırarkən Qərbi azərbaycanlıların demoqrafik vəziyyətində artım müşahidə olunur. Azərbaycan əhalisinin say artımı, əsasən, azərbaycanlı ailələrindəki təbii artımın hesabına olmuşdur: “Bu dövrlər ərzində yəni 1920 - 1990-cı illər dövründə Ermənistan SSR ərazisində yaşayan ermənilərin sayı süni surətdə artırılmışdır. Nəticədə, əzəli Azərbaycan torpağı ərazisində erməni dövləti yarandı. Onu da qeyd etmək lazımdır ki, Qərbi Azərbaycan əhalisinin ruslaşdırılması və erməniləşdirilməsi iflasa uğradı. Əhalinin siyahıyaalmalarının hamısında Qərbi Azərbaycanın azərbaycanlı əhalisi öz doğma dilini Azərbaycan dili hesab etdiklərini bildirirdilər. Ermənistan SSR - də savadsızlığın aradan qaldırılması problemi bütün siyahıyaalmalarda, 1959, 1970, 1979 – cu və 1989-cu il siyahıyaalmalarda göstərilmişdir. Ermənistan əhalisinin təhsil sahəsindəki göstəriciləri ildən-ilə artırdı. Digər millətlərlə yanaşı, azərbaycanlı əhalinin də savadlılıq dərəcəsində böyük artım müşahidə olur. Kişilərlə bərabər qadınlar arasında da savadlılığın bərqərar olması qeydə alınır.

 1979-cu il siyahıyaalınmasında və növbəti əhali siyahıyaalınmalarında təhsil səviyyəsinin müəyyənləşdirilməsi ön plana çəkilmişdir. Təhsilin bütün pillələri (ali, orta, tam, natamam və ibtidai) üzrə Ermənistan SSR üzrə irəliləyişlər olmuşdur. O cümlədən, azərbaycanlılar arasında bu artım müşahidə olunurdu.

 Əhalinin sosial-iqtisadi xarakteristikasına sovet əhali siyahıyaalınmalarında, o cümlədən 1959, 1970, 1979 və 1989-cu il əhali siyahıyaalınmalarda geniş yer verilmişdir. Adətən, belə siyahıyaalmalarda sosial-iqtisadi məsələlərə aid 5 sual həsr edilir. Qərbi azərbaycanlılar tərkibində fəhlə və kənd təsərrüfatı ilə məşğul olan kəndçilərin mövqeyi durmadan möhkəmlənirdi. Bunun əksinə olaraq, Ermənistan SSR - də yaşayan qulluqçuların mövqeyi zəifləyirdi. Bu, onunla izah olunur ki, orta məktəbi bitirənlərin əksəriyyəti Azərbaycan SSR ərazisində fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinə daxil olurdular. Ermənistan SSR-də olan ali və orta ixtisas məktəblərinə azərbaycanlıları çox az miqdarda qəbul edirdilər. Ziyalıların əksəriyyəti Azərbaycanda oxuyub. orada qalaraq işləyirdilər. Ermənistan SSR - də yaşayan azərbaycanlıların sayının azalmasının əsas səbəblərindən biri də budur. Belə bir mürəkkəb proses obyektiv qanunauyğunluqdan daha çox dövlətin subyektiv siyasəti ilə bağlı idi. Dövlət süni şəkildə azərbaycanlı gənclərin Ermənistan SSR ərazisində oxuyub işləmələrinə əngəl törədirdi.

Bu əngəlləmə siyasəti 1980-ci illərin ortalarında daha da aşkar forma aldı və nəticədə, Ermənistan SSR ərazisində fəaliyyət göstərən ali və orta ixtisas məktəblərində çalışan azərbaycanlı ziyalıların işdən qovulma prosesi gücləndi.

Əhalinin yaşayış vasitələri üzrə bölgüsü əhali sosial-iqtisadi inkişafının əsas göstəricilərindən biri hesab olunur. 1979-cu il siyahıyaalmasına görə məşğul əhalinin sayı artmışdır. 1989-cu il siyahıyaalmasında isə onların sayı 1979-cu il siyahıyaalması ilə müqayisədə xeyli azalmışdır. Demək olar ki, 30 % aşağı düşmüşdür. 1980-ci illərin II yarısında maddi istehsal sahəsində çalışan əhalinin sayı 2/3 dəfə azalmışdır. İşsizlərin sayı dinamikasında çoxalma tendensiyası müşayiət olunurdu.

Məşğul əhali arasında zehni əməklə məşğul olanların say dinamikasında da kəskin azalmalar hiss olunurdu. Miqrasiyaya dair ümumi məlumat əhali siyahıyaalmaların mühüm cəhətlərindən sayılır. Rusiya imperiyası dövründən fərqli olaraq sovet dövründə miqrasiyalar azalmışdı. 

Bu dövrdə ölkənin qapalılığı, güclü pasport sistemi və s. miqrasiyanın qarşısını tam almışdır. Bütün siyahıyaalmalarda aydın olur ki, Ermənistanda yaşayan Azərbaycan əhalisi yerdəyişməyə o qədər də güclü meyl göstərməmişlər.

Yalnız 1980-ci illərin sonlarında erməni millətçilərinin azərbaycanlılara qarşı apardığı soyqırımı siyasəti nəticəsində əhalinin məcburi yerdəyişməsi baş verdi”-deyə Ş.Fərəcov qeyd edib.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ