Mayın 2-də ADA Universitetində 30-dan çox ölkənin 40-dək nümayəndəsinin iştirakı ilə “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
Trend xəbər verir ki, konfransda ADA Universitetinin rektoru səfir Hafiz Paşayev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, ABŞ dövlət katibinin sabiq köməkçisinin müavini, Özbəkistanın Ali Məclisi Senatı sədrinin keçmiş birinci müavini və digər qonaqlar iştirak edirlər.