çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Erməni siyasətçilər 44 günlük müharibəyə təzə ad qoyublar - Türk-Azərbaycan inqilabı...

Image


44 günlük müharibə zamanı həlak olmuş erməni hərbçilərin valideynləri və yaxınları, eləcə də bir qrup siyasi və ictimai xadim Ermənistanın hazırkı hakimiyyəti tərəfindən anım günü kimi elan edilmiş “Vətəndaş günü”nü – qeyd edirlər. Ermənistan parlamentinin binasından bu adla xatirə yürüşü başlayıb.

Yürüş başlamazdan əvvəl ictimai və siyasi xadim Edqar Qazaryan jurnalistlərə müsahibəsində qeyd edib ki, hakimiyyətin elan etdiyi “bayram” Ermənistan vətəndaşları tərəfindən tanınmır və qəbul edilmir:

“Hesab etmirəm ki, cəmiyyətimizdə bu gün bayram əhval-ruhiyyəsi olan vətəndaş yoxdur, bu gün kiminsə bayram əhval-ruhiyyəsində olduğunu təsəvvür edə bilmirəm. Amma Azərbaycan-Türkiyə inqilabına qədər bizim təqvimimizdə belə bir cəfəngiyat yox idi, əvəzində əsl bayramlar - 8 May – Şuşanın Qurtuluş Günü ( işğal günü-red) var idi ki, bu da Yerkrapa Günü kimi qeyd olunurdu. Təəssüf ki, bu, Nikol Paşinyanın ilk dəfə baş nazir seçildiyi günə təsadüf etdi.  Dövlət həqiqətən də bayramı öz vətəndaşları ilə qələbə, birlik şüarı altında qeyd etdi və indi, bu gün biz burada bu cinayətkar hakimiyyətin əməllərinin qurbanı olmuş vətəndaşların xatirəsini ehtiramla yad edirik”.

Diqqət çəkən vacib məqam odur ki, son vaxtlar erməni siyasilər 44 günlük müharibənin yekunu  nəticəsində yaranan geosiyasi vəziyyəti Azərbaycan-Türkiyə inqlabı kimi xarakterizə edir.

  • Aydın Quliyev:  “Bu inqilabın məzmunu ermənilərin təsəvvürlərindəki kimi deyil”

“Bakı-Xəbər” Media Qrupunun rəhbəri Aydın Quliyev məhz bu mövzuya öz sosial şəbəkə hesabında toxunub.

Onun sözlərinə görə, Ermənistanın bəzi ictimai-siyasi xadimləri daşnak rejiminin kapitulyasiyası ilə nəticələnmiş 44 günlük müharibəyə yeni ad veriblər - Azərbaycan-Türk inqilabı:

“Paşinyanın qatı əleyhdarları olan bu  şəxslərin məqsədi cəmiyyəti Paşinyanın üstünə daha da qızışdırmaq olsa da, müəyyən mənada haqlıdırlar. Çünki həqiqətən də Azərbaycanın Vətən müharibəsi inqilabdır. Lakin bu inqilabın məzmunu ermənilərin təsəvvürlərindəki kimi deyil. Yəni ermənilər Şuşanın işğal günü olan 8 mayı öz aləmlərində milli bayram kimi qeyd etdikləri halda, birdən-birə hər şey alt-üst oldu və ermənilərin içini yandıran  8 noyabr Zəfəri ortaya qoyuldu. Bunu Laçının işğal və azadolunma tarixləri barədə də demək olar. Ermənilər həqiqətən inqilab olan Vətən müharibəsinin inqilabi məzmununa çox kiçik bir deşikdən baxırlar. Halbuki, məzmun daha böyükdür.

44 günlük müharibənin Azərbaycan-Türk inqilabı olaraq əsl inqilabi məzmunu nədən ibarətdir?

1.Bu sadəcə inqilab yox, Azərbaycan- Türkiyə geosiyasi inqilabı idi…

2.Bu inqilab yeni geosiyasi reallıqlar yaratdı.

3.Bu inqilab saxta erməni iddialarının 100 illik "təntənəli yürüşünün" belini qırdı və İlham Əliyevin "Qarabağ Azərbaycandır" sözləri düyyanın dərk və qəbul  etdiyi yeni reallığa çevrildi.

4.Ermənistan dövləti-Diaspor-Lobbi üçlüyünün" məğlubedilməzlik və fövqəlbəşərilik" imici məhv edildi.

5.Azərbaycandan addım-addım torpaq qoparmaq siyasəti əbədi olaraq dayandırıldı və tarixlər boyu itirdiyimiz ərazilərə yenidən Qayıdış, eləcə də həmin torpaqların addım-addım qaytarılması dövrü başladı...

  • Tofiq Abbasov: “Azərbaycan öz gücü ilə, dost ölkələrin dəstəyi ilə öz müqəddəs torpaqlarını çirkin ayaqlardan təmizləməyə müvəffəq oldu”

Siyasi şərhçi Tofiq Abbasov isə “Bakı-Xəbər”ə bildirdi ki, erməni xalqının, xüsusilə də ictimai-siyasi sahələrdə fəaliyyət göstərən kəsiminin çox qəribə bir fantaziyası var: “Amma çox təəssüf ki, bu fantaziya ağıllı işlərə, faydalı proseslərə sərf olunmur, əksinə, özlərinin miflərini bir qədər də dərinləşdirirlər və yeni tarix yazırlar. Bu tarix ondan ibarətdir ki, ermənilərin guya Qarabağda buraxdıqları tutovka məhsulu, yəni arağın tarixi eramızdan əvvəl 326-cı ildən hesab olunur. Bu onların səfilliyindən xəbər verir. Halbuki, mən erməni xalqının nümayəndələri içində ağıllı, müdrik adamları da görmüşəm. Onlar birmənalı olaraq ermənilərin bu işğal, qarşıdurma siyasətini inkar edirlər. Deyirlər ki, bu erməni xalqının axırına çıxa biləcək bir ideologiyadır. İndi keçək əsas məsələyə. Birincisi, əgər burda inqilab olubsa, bu, Paşinyanın inqilabıdır. Çevrilişlər olubsa, parlamentdə gülləbaranla olan çevrilişlər idi. Prezident Ter-Petrosyanın hakimiyyətdən silah gücünə uzaqlaşdırılması və.s hamısı inqilabi proseslərdir. Azərbaycan isə öz gücü ilə, dost ölkələrin dəstəyi ilə öz müqəddəs torpaqlarını çirkin ayaqlardan təmizləməyə müvəffəq oldu. Bizim xilasımız bizim özümüzə olan inamın gücündən irəli gəlib. Ermənilər isə özləri inqilabın qurbanına çevriliblər. Nikol Paşinyanın hakimiyyətə gəlməsi inqilabi bir proses idi. Onunla müqayisədə Azərbaycan həmişə üstünlüyü təkamül proseslərinə verirdi. Vaxtında rəhmətlik Heydər Əliyev də deyirdi ki, zaman onsuz da bizə işləyir, bizə də işləyəcək. Onun müdrikliyi bir daha özünü onda təsdiq etdi ki, vaxt gəldi və biz gördük ki, zaman bizə işlədi və biz erməniləri yerlərində oturtduq. Ermənilər ancaq fantaziyalarla yaşayırlar. Skripkanın belə erməni kəşfi olduğunu deyirlər. Onlar özlərini nə hesab edirlər? Onlar belə bir təsəvvür yaradırlar ki, guya biz iki dövlət birləşib ermənilərin dərsini vermişik. Əlbəttə, bu belə deyil. Onlar nə qədər çalışdılar ki, türklərin bizim ordumuzda olmasına mane olsunlar, amma heç nə edə bilmədilər. Birinci müharibədə Rusiyanın məşhur jurnalisti özü danışdı. Azərbaycanlı döyüşçü Vəzirin qəhrəmanlığından danışırdı. Deyirdi ki, üzbəüzdən Pskovun desant batalyonları üzərimizə gəlirdilər. Məni görüb tanıyanda dedilər ki, sən burda xeyir ola? Bildirdim ki, mən bura jurnalist kimi gəlmişəm. Bu, adamın öz etiraflarıdır, bunu həm yazıb, həm də videoda yerləşdirib. Yəni siz özünüz üçüncü qüvvəni, kənar ölkəni həmişə havadar seçmisiz. Bunlar hamısı ondan xəbər verir ki, onlar o dərəcədə özlərindən bədgümandırlar ki, ömrü boyu kimlərinsə dəstəyindən istifadə edib, bizə qarşı işğal siyasətini yeridiblər. Sadəcə, bu etdiklərini pərdələmək üçün çalışırlar Azərbaycanı belə bir obrazda təqdim etsinlər dünyaya. Guya biz özümüz yox, bizim əvəzimizə Türkiyə savaşır. Əlbəttə bu, saxta yanaşmadır. Heç vaxt da həqiqət kimi qarşılanmayacaq. Azərbaycan ordusu çox güclüdür. Təsadüfi deyil ki, dünyada, bir çox ölkələrdə, aparıcı dövlətlərdə, ABŞ-da hərbi məktəblərdə Azərbaycanın tədbiq  etdiyi XXI əsr müharibəsinin metodikalarını yaxından öyrənirlər və çalışırlar ki, yiyələnsinlər. Odur ki, biz işlərimizlə onlara cavab veririk və verəcəyik də. Ermənistan bilməlidir ki, onlar bu bölgədə iki əsr bundan əvvəl yad element kimi qeydə alınıblarsa, gərək özlərini normal toplum kimi nümayiş etdirsinlər. Əks təqdirdə onların başı həmişə əziləcək. O ki qaldı bayramlara, bayramlarını keçirsinlər. Mən ermənilərin yerinə olsam, bir bayramın keçirilməsini üstün tutaram - 1828-ci ildə Qafqaz bölgəsinə köcürülmələrini. Təsadüfi deyil ki, 1978-ci ildə Marağa kəndində ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə bir memorial kompleks inşa edilmişdi. 80-cı illərin axırında bu abidəni özləri partlatdılar. Odur ki, bu proseslərdə onlar yalnız birinci köç edənlərin gününü bayram etsinlər”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ