Baxın ki, Xankəndidə rus sülhməramlılarının təzə komandanı Lentsovun əraziyə gələr-gəlməz rəsmi Bakını "unudaraq" yalnız separatçılarla və İrəvan rəsmiləri ilə sıx ünsiyyətlərdə olmasına cənab Putinin yanında Millətlərarası münasibətlər Şurasının üzvü Boqdan Bezpalko (Palkasız) erməni mediasında necə izah verib?! "Görünür bu onunla bağlıdır ki, general Lentsov Azərbaycan silahlı qüvvələrinin rus sülhməramlılarına qarşı mütəmadi təxribatlar törətdiyindən xəbərdardır"... Sitatın sonu...
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Bezpalkonun (Palkasız) Rusiya hakimiyyət kuluarlarına yaxın birisi olduğunu nəzərə alsaq gözümüz önündəki mənzərəni belə təsvir etmək olar: "General Lentsovun içini o ki var, doldurub göndəriblər. Bezpalkonun da dedikləri elə onun düşüncələridir. Ona öncədən təlimat verilib ki, Azərbaycan ordusu mütəmadi təxribatlar törədir"...
Tahir TAĞIYEV