çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Azərbaycan ekofəalları rus sülhməramlılarının çiyninə böyük məsuliyyət qoydular...

Image


Azərbaycanlı ekofəallar Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyasını aprelin 28-də saat 18:00-dan müvəqqəti dayandırıb. Aksiya başa çatandan sonra Laçın-Xankəndi yolu Şuşa polisi və Daxili Qoşunların əməkdaşları tərəfindən nəzarətə götürülüb.

138 gün davam edən və beynəlxalq miqyasda böyük reaksiya qazanan aksiyada ekofəalların əsas tələbləri Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması, habelə Laçın yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin yaradılması və sair ilə bağlı olub.

Ekofəalların aksiyanı dayandırmasının səbəbi nədir? 138 gündə ekofəallar nəyə nail oldular?

  • Aydın Quliyev: “...Ekofəallar böyük qələbə çaldılar, Azərbaycanın dövlət və ictimai mənafelərinin Laçın yolunda müdafiəsi naminə şanlı bir tarix yazdılar”

“Bakı-Xəbər” media qrupunun rəhbəri, siyasi ekspert Aydın Quliyev bizimlə söhbətində bildirdi ki, Laçın yolunda ekofəalların 138 günlük aksiyası Azərbaycanda dövlət və ictimai mənafelərin vəhdət şəklində mövcud olduğunu və inkişaf etdiyini bir daha sübut etdi: “Ekofəalların aksiyasının dayanması Azərbaycan cəmiyyətinin dövlətin siyasətini və dövlətimizin mənafelərini çox yaxşı başa düşdüyünü göstərir. Eyni zamanda ekofəalların aksiyasının başlanması və müəyyən vaxtdan sonra dayanması həm də onun təsdiqi, sübutu oldu ki, Azərbaycan dövləti də hər zaman ictimaiyyətin ən ümdə məsələlərlə bağlı tərpənişlərinə, hərəkətinə və fəaliyyətinə dəstək verməyə hazırdır. Bu aksiyanın 138 gündən sonra könüllü olaraq dayanması həm də onun təsdiqidir ki, Azərbaycan hakimiyyəti, şəxsən Prezident və Azərbaycan cəmiyyəti arasında başadüşülən bir anlaşma mövcuddur. O anlaşma dövlətimizin və cəmiyyətimizin qarşısında duran istənilən problemi, məsələni həll etmək gücündədir. Ekofəalların aksiyası öz məntiqi sonluğuna aid olan bir hədəfi vurdu. Bu da ondan ibarətdir ki, Laçın yolunda ekofəallara Azərbaycan dövləti tərəfindən verilən dəstəyin nəticəsi olaraq Azərbaycanın suveren hüquqları tam şəkildə bərpa olundu. Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qoyulması bu yolda təhlükəsizliyə və Azərbaycan dövlətinin suveren hüquqlarının qorunmasına artıq böyük bir təminatdır. Artıq Azərbaycanın suveren parçası olan Xankəndi və onun ətrafına qanunsuz yüklərin daşınması və bütünlüklə bu prosesin üzərində şəffaflığın təmin olunmasına şərait yarandı. Belə şəraitdə nəzarət-buraxılış məntəqəsinin yaradılmasının ekofəallar tərəfindən anlayışla qarşılanması bir daha sübut etdi ki, ekofəallar həm özlərinin missiyasını, həm bu aksiyanın hədəflərini  gözəl dərk edirlər, həm də aksiyanın gələcəkdə hansı hədəflərə yönəldiyini lazımı şəkildə qiymətləndirirlər. Təsadüfi deyil ki, ekofəallar nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə Laçın yolunda Azərbaycanın suveren hüquqlarının və hərəkətin təhlükəsizliyinin təmin olunmasına lazımı qiyməti verdilər. Eyni zamanda onu da nəzərdən qaçırmırlar ki, Xankəndi ətrafında bizim təbii sərvətlərimizin talan edilməsinin dayandırılması, bu ərazidə monitorinqlərin aparılması üçün lazımı şəraitin yaradılması qarşıda dayanan ümdə vəzifələrdən biridir”.

A.Quliyevin fikrincə, ekofəallar aksiyanı dayandırmaqla bərabər, Rusiya komandanlığının üzərinə də böyük bir məsuliyyət qoydular. Bu da ondan ibarətdir ki, komandanlıq Xankəndi ətrafında təbii ehtiyatların qanunsuz talanmasının dayandırılması və ərazilərdə Azərbaycanın müvafiq dövlət orqanlarının monitorinqinin keçirilməsinə şərait yaratmalıdır. “Əgər bu şərait yaradılmayacaqsa. bizim ekofəalların sülhməramlı komandanlığın üzərinə qoyduğu öhdəlik, məsuliyyət, eyni zamanda bu aksiyanın müəyyən bir müddətdən sonra bərpa olunacağı ehtimalını da gündəmdə saxlayır. Çünki ekofəalların qoyduqları şərt, yəni təbii sərvətlərin, ehtiyatların talan edilməsinə son qoyulması və monitorinqlərə şərait yaradılması şərti yerinə yetirilməyəcəyi təqdirdə aksiya yenidən bərpa oluna bilər. Heç şübhəsiz, ekofəllar özləri də bu şərtin müəyyən müddət sonra yerinə yetirilməyəcəyi halda yeni aksiyaların başlanması üçün əsas olacağını istisna etmirlər. Ona görə də ekofəalların bu aksiyanı dayandırması, fikrimcə, müvəqqəti bir qərar da ola bilər və onun müvəqqəti qərar olub-olmayacağı Qarabağdakı rus sülhməramlı kontingentinin bundan sonrakı davranışlarından çox asılı olacaq. Amma bütün hallarda ekofəallar böyük qələbə çalıdılar, Azərbaycanın dövlət və ictimai mənafelərinin Laçın yolunda müdafiəsi naminə şanlı bir tarix yazdılar”-deyə A.Quliyev vurğuladı.   

  • Rauf Zeyni: “138 gün davam edən aksiya öz müsbət nəticələrini verdi və ekofəallar öz missiyasını uğurla başa çatdırdı”

Milli QHT Forumunun prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə “Təbii ki, 12 dekabrdan başlayan ekoaksiya dinc aksiya oldu. Bu aksiyanın məqsədi Azərbaycanın faydalı qazıntı yataqlarında qanunsuz istismara son qoyulması, ermənilərin ekoloji terroru dayandırmasına, ermənilərin həyata keçirdiyi eko terrorun dünyaya çatdırılmasına, eyni zamanda Laçın yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsi qurmasına nail olmaq idi. Bilirsiz ki, artıq Laçın yolunda nəzarət-keçid məntəqəsi qurulub və gömrük məntəqəsi qurulması da nəzərdə tutulur. Bununla da demək olar ki, ekofəallar  qarşılarına qoyduqları məqsədə nail oldular. Eyni zamanda da Volkov rus sülhməramlıları rəhbərliyindən azad olundu və onun yerinə başqası təyin edildi. Demək istəyirəm ki, bu aksiya bütün mənalarda özünün çox böyük tarixi missiyasını yerinə yetirdi. Mən o aksiyanın bütün iştirakçılarına öz təşəkkürümü bildirirəm. Qara, borana, yağışa baxmayaraq onlar istəklərinə nail olana qədər dinc mübarizə apardılar, Azərbaycanın haqlı mövqeyini, haqq səsini dünya ictimaiyyətinə çatdırdılar. 138 gün davam edən aksiya öz müsbət nəticələrini verdi və ekofəallar öz missiyasını uğurla başa çatdırdı”-deyə qeyd etdi.

O vurğuladı ki, Azərbaycanın milli dövlətçilik maraqlarına zidd olan hadisələr baş verərsə belə aksiyalar ölkəmizdə və ölkəmizdən kənarda davam edəcək. O qeyd etdi ki, vətəndaş cəmiyyəti, gənc fəallar və sair hər zaman xalqımızın və dövlətlərimizin maraqlarını müdafiə edir, bundan sonra da bu yolda davam edəcəklər.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ