Məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanıb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində noyabrın 27-nə keçən gecə Sarıcalar kəndi ərazisindəki oyun zallarının birindən 4 ədəd televizor, 10 ədəd oyun pultu və digər aksesuarlar oğurlamaqda şübhəli bilinən kənd sakini Mehman Nuriyev saxlanıb.
Daha 2 televizor oğurluğu Mingəçevir ŞPŞ və Yevlax RPŞ-nin əməkdaşları tərəfindən açılıb. Həmin şəhərlərdəki 2 evdən televizorları oğurlamaqda şübhəli bilinənlər, əvvəllər məhkum olunmuşlar - Mingəçevir şəhər sakini Sahil Hüseynli və Yevlax şəhər sakini Rizvan Abbasov saxlanıb.
Hər üç faktla bağlı müvafiq araşdırmalar aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı