Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edən bir nəfər 13 qrama yaxın heroini könüllü olaraq polis əmakdaşlarına təqdim edib.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, aparılan araşdırmalarla həmin narkotik vasitəni satan şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni satmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Tahir Mirzəyev Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən saxlanıb.
Araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı