Polis əməkdaşları növbəti əməliyyatla külli miqdarda narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.
DİN Mətbuat xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Biləsuvar rayonu ərazisində keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Mübariz Həziyevdən çəkisi 2 kiloqram 450 qram tiryək və 4 qramdan artıq heroin götürülüb.
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində isə Şamaxı rayon sakini Xalis Hüseynovdan 2 kiloqram 775 qram marixuana aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı