çərşənbə axşamı günü, 18 avqust 2026
     

Azərbaycan bəzi beynəlxalq kreditlərdən imtina etmək gücünə çatdı

Image


İqtisadi müstəvidə həyata keçirilən siyasətin başlıca məqsədlərindən biri də ölkənin xarici maliyyə qurumlarına daha az miqdarda borclanmasını təmin etməkdir. Belə vəziyyət xarici borc məsələsində Azərbaycanın daha əlverişli mövqeyə çıxmasını da uğurla təmin edir.

Xatırladaq ki, elə hökumətin əsas məqsədlərindən biri də qarşıdakı dövr ərzində xarici borcun miqdarını əhəmiyyətli dərəcədə azaltmaqdır. Artıq bu xüsusda müvafiq addımlar da atılır. Belə ki, Azərbaycan hökuməti ölkədə məcburi köçkünlərin rifah halının yaxşılaşdırılması üzrə layihə üçün Dünya Bankından alınan kreditin qalan hissəsini istifadə etməkdən imtina edib və beləcə, layihənin başa çatma tarixi 31 dekabr 2020-ci ildən bu ilin sonuna dəyişdirilib.

Dünya Bankından verilən məlumata görə, Azərbaycan tərəfinin tələbi ilə bank kreditin 51,196 milyon dollarlıq istifadə olunmamış hissəsi üzrə ödənişi ləğv edib:"Layihənin dayandırılmasından sonra gələcək işlərin maliyyələşdirilməsi Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçiriləcək". Qeyd edək ki, Azərbaycan hökuməti hələ 2019-cu ilin yanvarında Dünya Bankından layihənin dayandırılmasını və qalan kredit məbləğinin qaytarılmasını istəmişdi. Bu müddət ərzində Dünya Bankı kreditin bir hissəsinin gözlənilən ləğvi nəzərə alınmaqla, kredit çərçivəsində tamamlanmalı olan işlərin həcmini hesablayıb. Bankdakı mənbə məsələ ilə bağlı bildirib: "Beləliklə, layihənin dörd komponentinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş 66,7 milyon dollarlıq kreditdən 15,504 milyon dollar istifadə edilib". Məlumat üçün bildirək ki, 2001-ci ildən bəri Dünya Bankı Azərbaycanda yaşayış şəraitinin yaxşılaşdırılması və 500 mindən çox məcburi köçkünün gəlirlərinin artırılması üçün ümumi dəyəri 128,2 milyon dollar olan üç kredit ayırıb. Amma artıq Azərbaycanın artan imkanları belə kreditlərin götürülməsinə hansısa ehtiyac yeri qoymur.

Digər tərəfdən, dünyada cərəyan edən proseslər fonunda da müxtəlif maliyyə qurumlarından alınan borcların azaldılması indi olduqca vacib sayılır. Əvvəla, qlobal iqtisadiyyatda yeni böhran təhlükəsinin meydana çıxması borc məsələsində də gərgin bir vəziyyət formalaşdırır. Artıq bu il dünya dövlətlərinin xarici borcları ticarət müharibələrinin artması və qlobal iqtisadi artım tempinin yavaşlaması fonunda bir qədər də artaraq yeni rekord hədd sayılan  69,3 trilyon dollara çatıb.  Beynəlxalq Valyuta Fondu bildirir ki, hazırda ən çox borcu olan dövlət ABŞ-dır. Bu ölkə 23 trilyon dollar borcla öndə gedir. Növbəti yerlərdə 11,8 trilyon dollar borcla Yaponiya və 6,8 trilyon dollar borcla Çin qərarlaşıb.  Hazırda qlobal borcun dünya üzrə ümumi daxili məhsulun dəyərinə nisbəti 82% təşkil edir ki, bu da bəşər tarixində rekord göstəricidir. Bu durumda hesab edilir ki, ayrı-ayrı dövlətlərin xarici borclarının artması onları iqtisadi cəhətdən daha asılı edir. Məsələn, işğalçı Ermənistanın timsalında xarci borc artımının necə iqtisadi asılılığa gətirib çıxardığını aydın görmək olar. Bu ölkənin müvafiq qurumlarının rəsmi məlumatına əsasən, Ermənistanın xarici dövlət borcu cari ilin ilk 10 ayının sonuna əsasən 5,5milyard dollar təşkil edir. Paralel olaraq həmin dövrdə daxili dövlət borcu 165,5 milyon dollar yüksələrək 1 milyard 478 milyon dollar təşkil edib. Beləliklə,  Ermənistanın ümumi dövlət borcu 7 milyard dollara çatır. Ermənistan rezidentlərdən və qeyri-rezidentlərdən, yəni ölkənin daxilində və xaricində olan fiziki və hüquqi şəxslərdən borc götürür. Daxili rezidentlər son 15 ay ərzində Ermənistan tərəfindən beynəlxalq bazarlara buraxılan qiymətli kağızlardan daha çox alıblar. Beləliklə, xarici dövlət borcunun müəyyən həcmi Ermənistan rezidentləri tərəfindən alındığı üçün avtomatik olaraq daxili borca çevrilib. Belə vəziyyət o deməkdir ki, əslində, daxili borclanmanın artımı, həm də xarici borclanma məbləğini yüksəldir. Dövlət borcunun bundan sonra da artacağını, hətta Ermənistanın Maliyyə Nazirliyi də etiraf edir. Amma məsələ burasındadır ki, Ermənistan daha əvvəlki kimi güzəştli şərtlərlə borc götürə bilmir. İndi Ermənistana borc verən qurumlar ona faiz, müddət və digər belə məqamlarda öz şərtlərini diqtə edir və ölkəni özlərindən daha asılı hala salır. Belə vəziyyətdə Ermənistanın xaricdən maliyyə asılılığı da güclənir.  İndi qarşıdakı dövr ərzində bu ölkə daha çox xarici maliyyə qurumlarının diqtəsi ilə hərəkət etməli olacaq. Amma Azərbaycanın artan maliyyə imkanları ölkə üçün tamam fərqli vəziyyət yaradır. Hazırda Azərbaycanın xarici dövlət borcunun ümumi məbləği 8,9 milyard dollardır. Bu isə ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu məbləğin daha da azaldılması üçün artıq indidən müvafiq addımlar atılır. Xatırladaq ki, hələ ötən il  “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” təsdiq edilib. Burada da əsas məqsədlərdən biri xarici borcun tədricən azaldılmasıdır. Belə ki, 2025-ci ildə Azərbaycanda xarici dövlət borcunun məbləğinin 6,5 milyard dollaradək azalması nəzərdə tutulur. Bu, ÜDM-də borc səviyyəsinin indiki 19 faizdən 12 faizədək azalması deməkdir. Hazırda 50 milyard dollar təşkil edən valyuta ehtiyatları isə borc məsələsində Azərbaycana yeni manevr imkanları qazandırır. Digər tərəfdən, dövlət zəmanəti altında götürülmüş xarici kreditlər iqtisadiyyatın real sektoruna yönəldilib ki, bu da son nəticədə Azərbaycan iqtisadiyyatının artım templərinin yüksəlməsinə səbəb olacaq. Belə vəziyyətdə dünya maliyyə qurumları artıq Azərbaycana ən güzşətli şərtlərlə kredit təklif edir. Amma Azərbaycan artıq buna da lüzum görmür.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

18.08.2026 / 09:03
Elbrusda 8 alpinist itkin düşdü

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

17.08.2026 / 15:23
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı

17.08.2026 / 15:15
Dövlət qulluqçularının adından kiberdələduzluq edən dəstə ifşa edildi - VİDEO

17.08.2026 / 14:57
Trampın "Hörmüzü işğal planı"nın görünməyən və görünən tərəfləri...

17.08.2026 / 14:41
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana onun adı verildi

17.08.2026 / 14:15
Netanyahu Qəzzanın qisasını İspaniyadan belə alır - Mərakeşdə nə baş verir...

17.08.2026 / 14:01
Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür etdi

17.08.2026 / 14:00
Gürcüstandan Azərbaycana və Ermənistana avtomagistral çəkilişi niyə ləngidildi?..

17.08.2026 / 13:48
Rusiya Türkiyənin Qara dənizdə atəşkəs təklifini qəbul etmədi...

17.08.2026 / 12:56
İlk dəfə açıqlandı - ABŞ İrana Vyetnam müharibəsindəkindən daha çox bomba atıb…

17.08.2026 / 12:36
Ərdoğan İsraillə mümkün müharibədən danışdı – “Türkiyə bundan çəkinməyəcək”…

17.08.2026 / 12:21
İran müharibəsi İraqı pulsuz qoydu - neft gəlirləri bir gecədə 6,8 milyarddan 2 milyard dollara düşdü…

17.08.2026 / 12:15
Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi

17.08.2026 / 12:12
Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi

17.08.2026 / 12:10
Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verildi - SƏRƏNCAM

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ