06/12/2019 12:39
728 x 90

Formula 1 Azərbaycan Qran-Prisinə alınan vauçerlərin biletlərlə dəyişdirilməsi prosesinə start verildi

img

Formula 1 Azərbaycan Qran-Prisinə bilet alan tamaşaçılar aprelin 5-dən şəhərin kassalarında vauçerlərini biletlərin əsli ilə dəyişə bilərlər. Bu proses aprelin 28-dək davam edəcək.

Baki-xeber.com “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinə ixtindən xəbər veri ki, bilet dəyişdirməyə gələn tamaşaçılar özləri ilə şəxsiyyət vəsiqələrini və çap olunmuş bilet vauçerlərini gətirməlidirlər. Vauçerləri yalnız adları onların üzərində əks olunan şəxslər dəyişdirə bilərlər. Bununla yanaşı, bilet satışı kassalarda, həmçinin onlayn qaydada davam edəcək.

Onlayn alınan vauçerlər Formula 1 Azərbaycan Qran-Prisi başlayanadək müvafiq kassalarda biletlərin əsli ilə dəyişdirilməlidir. Bilet vauçerləri ilə yarış məkanına daxil olmağa icazə verilməyəcək.

Yarış həftəsonu ərzində tamaşaçılar şəhərin kassaları ilə yanaşı, yarış məkanının girişlərində quraşdırılmış bilet satışı məntəqələrində də bilet vauçerlərini dəyişə biləcəklər. Bilet sahiblərindən xahiş olunur ki, vauçerlərin dəyişdirilməsini sonuncu günə saxlamasınlar, əks halda kassaların önündə uzun növbələr yarana bilər.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi aprelin 26-28-də Bakı şəhər halqasında keçiriləcək.

Son xəbərlər