Cümə günü, 19 iyun 2026
     

Çempion... - FOTO

Image


Üzündəki yumruq izlərinin qızartıları, sıyrıqları hələ getməmişdi. Çox çətin bir döyüşdən gəldiyi aydınca hiss olunurdu. Mən “döyüş” sözünü əbəs yerə işlətmədim. Vətinimizin adını ucaltmaq üçün hansı sahədə olursa-olsun uğura imza atan hər bir şəxs döyüşür desək, daha doğru olar. Çünki elə dünya da, həyat da döyüş meydanıdır...

Gənc olmasına baxmayaraq, kifayət qədər titullu və təcrübəli bir idmançı, özü də polis əməkdaşı ilə həmsöhbət olduqdan sonra beynəlxalq arenalarda qələbələrimizin artacağına daha çox ümidləndim.  O, keçirdiyi döyüşlərdən elə ürəklə, elə həyəcanla danışırdı ki, sanki bu an yenə də rinqə atılacaq. Həm də hiss etdim ki, idman onun həyat tərzidir və çətin də olsa o bu həyata çoxdan öyrəşib. İbrahim Məmmədov. Adı ölkəmizdə və dünyada öz çəki dərəcəsində ən güclülər sırasında birinci çəkilir.

1989-cu ildə Şərurda doğulub. Kiçik yaşlarından könlünü idmana verib. 2002-ci ildən Bakıya gəlib və böyük idmanın çətin, enişli-yoxuşlu yollarında ilk, amma möhkəm addımlarını atıb.  2003-cü ildə idman cameəmizdə ümidləri doğruldacaq bir idmançı olacağına ümidli olanlar, daha doğrusu, Azərbaycan idmanını dünyada təmsil edəcək idmançılar axtarışına çıxanlar onu diqqətdən kənar qoymayıblar. Ümidləri doğruldub. Hərbi xidmətdən sonra, 2008-ci ildə “may-tay” idman növündə respubika çempionu olub.

Yeri gəlmişkən, o, 2016-ci ildə 67 kiloqram çəki dərəcəsində kikboksdan ölkə çempionu adını qazanıb. “May-tay” üzrə beşqat ölkə çempionu titulunu qazanan idmançımızın ilk beynəlxalq uğuru 2014-cü ildə İtaliyada olub. Orada 4 döyüş keçirib və bütün rəqiblərindən daha güclü olduğunu sübut edib. Dəfələrlə yerli idmançılarla döyüş zamanı hakim haqsızlığı, qısqanclığı ilə üzləşib,  amma haqq hər zaman onun tərəfində olub. Həmkarımız, polis serjantı İbrahim Məmmədov budo döyüş növləri üzrə həm də beşqat dünya çempionudur.

“Mübariz keşikdə” qəzeti Vətənimizin, eləcə də polisin adını ucaldan idmançılarımıza səhifələrində hər zaman yer ayırıb. Haqqında qəzetimizdə bugünədək yazının getməməsi, belə deyək, onun təvəzökarlığının nəticəsidir. Ancaq bu dəfə yazmalıydıq...

Polis idmançılarımızın Birləşmiş Ərəb Əmirliklərində döyüş növləri üzrə keçirilən yarışda iştirakından bütün ölkə mətbuatı yazdı. Yeri gəmişkən, elə onunla görüşməyimizdə məqsəd həm də bu barədə ətraflı öyrənmək idi.

“Bu mənim idman karyeramda ən çətin yarış idi. 30-dan çox ölkənin ən güclü və titullu idmançıları döyüşmək və qalib olmaq üçün gəlmişdilər. Budonun Fri kontaktın K 1 versiyasında 3 döyüş keçirdim. İlk rəqibim Küveyt idmançısı idi. Ona qalib gəldim. Sonra livanlı idmançıya. Keçirdiyim döyüşlərdə zədələr almışdım. Misirli idmançı ilə qələbə uğrunda mübarizəyə başladım. Çox çətin döyüş oldu və sonrakı raundlarda təmiz qələbə ilə onu məğlub etdim...”

Onun hansı xidmətin əməkdaşı olduğunu bilərəkdən sona saxladım. Polis serjantı İbrahim Məmmədov 2012-ci ildə Əlahiddə Çevik Polis Alayında xidmətə başlayıb. Xüsusi Təyinatlı Taborun  II bölüyündədir. DİN və Alay rəhbərliyinin diqqət və qayğısı, məşqçiləri Teymur Teymurovun və beynəlxalq dərəcəli idman ustası, əməkdar məşqçi, polis serjantı Habil Hümbətovun  həyatındakı rolunu minnətdarlıqla qeyd edir. 

Yeri gəlmişkən, beynəlxalq dərəcəli idman ustası olan həmkarımız dəfələrlə DİN çoxnövçülüyündə 400 və 1000 metr məsafələrə qaçışda birinci olub.

Söhbətimizin sonunda bu qədər titullu, məşhur qələbələrin sahibi olan bir idmançı oğlumuzdan ən böyük arzusunun nə olduğunu soruşdum. Uşaq təbəssümü ilə güldü və təvəzökarlıqla: “Zabit olmaq istəyirəm”,- dedi. Tezcə də əlavə etdi: “Bax, bunu qəzetə yazma, ha...”

Hafiz TƏMİROV
polis mayoru



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...

Tramp dünyanı yenə heyrətləndirdi...

SON XƏBƏRLƏR

18.06.2026 / 23:28
Düşmənə sipər və üzü... Naxşıvan diyarına baxan dağlar....

18.06.2026 / 23:14
Vüsalın Vətən sevgisi həyatı üçün istinad yeridir...

18.06.2026 / 22:50
Prezidentin sosial şəbəkə səhifələrində İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimindən görüntülər paylaşılıb - VİDEO

18.06.2026 / 21:53
Ermənistanın revanşçı müxalifəti “Qarabağ iddialarını” yenidən rəsmən qaldırdı...

18.06.2026 / 21:19
Böyük 7-lər Trampın Ukrayna siyasətinin dəyişdiyini yekun bəyanata daxil etdilər...

18.06.2026 / 20:31
Erməni məhsulları Avropa bazarına “su kimi axacaq” - ildə 420 milyon...

18.06.2026 / 19:37
Netanyahu Trampı saymadı – Livandan geri çəkilməyəcəyik...

18.06.2026 / 19:22
Bəzi ixracatçı sahibkarlar Azərbaycan dövlətindən əlavə pul alacaqlar...

18.06.2026 / 19:05
Zaxarova Kallasın açıqlamasını absurd adlandırdı

18.06.2026 / 18:41
Ermənistanın KTMT-də səsvermə hüququ ləğv edilə bilər...

18.06.2026 / 18:14
Rusiya Ermənistana nota verdi – “çaşqınlıq içindəyik”...

18.06.2026 / 17:57
Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

18.06.2026 / 17:53
Kərim Vəliyev MDB Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib

18.06.2026 / 17:40
Azərbaycanın kamandan oxatma üzrə idmançısı IV Avropa Oyunlarında iştirak etmək üçün kvota qazanıb

18.06.2026 / 17:35
"Saxta profillər rəqəmsal mühitdə ən ciddi təhlükələrdən biridir" - DİN rəsmisi

18.06.2026 / 17:22
Rusiyanın İranla aviasiya ticarəti yenidən qızışdı... Hələlik 20 helikopter...

18.06.2026 / 17:16
Avropadan Ukraynaya hərbi təyyarələrin yeni axını başladı...

18.06.2026 / 16:59
20 il idarə etdiyi müəssisəni "Korrupsiya" yoxlayır, özünə yeni vəzifə verirlər - MÜƏMMA...

18.06.2026 / 16:52
Azərbaycan və Rusiyanın beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri Bakıda müzakirə edildi

18.06.2026 / 16:44
Tramp Yaxın Şərqi şiə-sünni müharibələrinə çəkir - "Böyük 7-lər" niyə susdu...

18.06.2026 / 16:27
Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib

18.06.2026 / 16:19
Tramp İranı hər an yenidən bombalayacağını bəyan etdi...

18.06.2026 / 16:00
Məhkəmə qərarı ilə partiya başqanlığına gətirilmiş Kılıçdaroğlu qurultaydan niyə qorxur?..

18.06.2026 / 15:56
Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

18.06.2026 / 15:31
"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...

18.06.2026 / 15:19
Abşeronda elektrik naqillərini oğurlayan dəstə ifşa edildi

18.06.2026 / 15:00
Ermənistanın Avropa planı Rusiyanın Türkiyə ilə dəmiryolu bağlantısını gündəmdən silir...

18.06.2026 / 14:40
Paşinyan Aİİ-nin Hökumətlərarası Şurasının iclasında iştirak edəcək

18.06.2026 / 14:37
İki qadının "eqo savaşı" Avropa İttifaqını yaman günə qoyacaq...

18.06.2026 / 14:23
Kılıçdaroğlu öz oğlunun da dəstəyini ala bilmir...

18.06.2026 / 14:13
Tramp İranla saziş imzalanma planını gözlənilmədən dəyişdi...

18.06.2026 / 14:03
47 illik düşmənçilik, 119 günlük müharibədən sonra ilk ABŞ-İran sazişi... – TAM MƏTN...

18.06.2026 / 13:51
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək

18.06.2026 / 13:44
"Ermənistan rəhbərliyi soydaşlarımızın öz doğma torpaqlarına qayıdışına şərait yaratmalıdır" - Əziz Ələkbərli

18.06.2026 / 13:36
Rusiya bazarlarından qaçan Ermənistanın Avropada da işi gətirməyə bilər...

18.06.2026 / 13:33
Paşinyan seçki sonrası "üçbaşlı mafiyanın" məhvində qərarlıdır - "bunu məndən xalq istəyir"...

18.06.2026 / 13:28
Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin ilk təlimi

18.06.2026 / 12:56
Prezident İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib - FOTO

18.06.2026 / 12:55
Bir memar tanıyıram...

18.06.2026 / 12:49
Aspendosda nadir tarixi olay - Roma “çay tanrısı” kəşf edilib

18.06.2026 / 12:27
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin edildi

18.06.2026 / 12:15
İsrail mediası Trampa qarşı üsyan etdi – bizə xəyanət etdi, Netanyahu geri çəkilməməlidir...

18.06.2026 / 11:57
Təqaüdçü bölgə həkimləri yenidən işə qaytarılır... Komitədən böyük təşəbbüs...

18.06.2026 / 11:35
Tramp dünyanı yenə heyrətləndirdi...

18.06.2026 / 11:20
Axtarışda olan 148 nəfər saxlandı

18.06.2026 / 11:01
Prezident İlham Əliyev Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb

18.06.2026 / 10:49
Bakıda Neft Emalı Zavodunda yanğın...

18.06.2026 / 10:42
Bu il doğulan körpə sayı azalıb

18.06.2026 / 10:36
"Azərbaycanın daşımalar qovşağına çevrilməsi istiqamətində səylərimizi davam etdirəcəyik" - Prezident

18.06.2026 / 10:34
Prezident İlham Əliyev: "Biz Ermənistanın işğalçı qüvvələrinin xalqımıza qarşı etdiklərini heç vaxt yaddan çıxarmayacağıq"

18.06.2026 / 10:12
"İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik" - Prezident

18.06.2026 / 10:03
Prezident İlham Əliyev: "İqtisadiyyatımızın şaxələndirilməsi artıq reallıqdır"

18.06.2026 / 09:51
"Biz infrastruktura çox böyük sərmayələr yatırırıq" - Prezident İlham Əliyev

18.06.2026 / 09:45
Prezident: "Azərbaycan bu gün qaz təchizatının coğrafiyası baxımından birinci yerdədir"

18.06.2026 / 09:41
"Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib" - Prezident İlham Əliyev

18.06.2026 / 09:37
Prezident: "Azərbaycanda keçirilən beynəlxalq tədbirlər göstərir ki, bizim fəaliyyətimizin gündəliyi çoxşaxəlidir"

18.06.2026 / 09:32
"Qlobal səhnədə güclü əlaqələri ilə Azərbaycan artıq mühüm iştirakçıya çevrilib" - Prezident

18.06.2026 / 09:25
Prezident İlham Əliyev: "Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır"

18.06.2026 / 09:20
"Azərbaycanın sabit, uğurlu inkişafı var" - Prezident

18.06.2026 / 09:04
Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İİB Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - FOTO/YENİLƏNDİ

18.06.2026 / 05:58
Deputatın qatili Putinin dostu çıxdı

18.06.2026 / 05:25
İran-ABŞ Anlaşma Memorandumu Vaşinqtonun məğlubiyyət sənədidir - Qalibaf

17.06.2026 / 22:55
Dron zərbələri Putini qeyri-adi qərara məcbur etdi - 95 standartı ilə 92 benzin...

17.06.2026 / 22:39
Bakı və Abşeron bələdiyyələri reklam gəlirlərini gizlədir - iddia...

17.06.2026 / 22:11
Tramp İran məsələsində “günah keçisi”ni tapdı - Vens “gedəcək”…

17.06.2026 / 21:48
Tramp İran müharibəsindən sonra “yeni Ukrayna siyasətinə başlayır” - kimin yanında?...

17.06.2026 / 21:35
G7-də "Beyrut gərginliyi" - Tramp Netanyahuya Livanla bağlı xəbərdarlıq etdi

17.06.2026 / 20:38
Putin Zelenskinin Fransada G-7 zirvəsində görüş təklifindən imtina etdi...

17.06.2026 / 20:15
Qəbul imtahanının nəticəsi açıqlandı...

17.06.2026 / 20:14
Professor Asif Rüstəmlinin yeni kitabı çap olunub

17.06.2026 / 19:50
MSK icazə verdi - Köçəryana cinayət işi açılır...

17.06.2026 / 19:35
Britaniya Baş nazirinin iki əmlakı və avtomobili yandırıldı - arxasından Rusiya kəşfiyyatı çıxdı...

17.06.2026 / 19:09
Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Xocalıda meyvə bağları ilə tanış olublar - FOTO

17.06.2026 / 19:02
Mingəçevir Dövlət Universitetində nəticəyönümlü akademik fəaliyyətin qiymətləndirilməsi üzrə rəqəmsal idarəetmə modeli istifadəyə verilib

17.06.2026 / 18:46
“Psixiatriya yardımı haqqında” qanunda dəyişiklik müzakirəyə çıxarıldı - FOTO

17.06.2026 / 18:29
"907-ci düzəliş Azərbaycan-ABŞ tərəfdaşlığının səviyyəsi ilə uzlaşmır" - XİN rəhbəri

17.06.2026 / 18:16
Lukaşenko artıq Avropanın onu diktator hesab etmədiyini deyir – o dövr çoxdan geridə qalıb...

17.06.2026 / 17:45
Bakıda xarici narkotacirlərlə işləyən şəxs yaxalandı - 51 kq marixuana, 2000 ədəd həb...

17.06.2026 / 17:31
Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

17.06.2026 / 17:25
Deputat Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib

17.06.2026 / 17:18
Paşinyan bir müxalifət liderindən başqa digərlərini məhv etmək istəyir - Sarkisyan niyə "gözüqara" olub...

Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

XƏBƏR ARXİVİ