Cümə axşamı günü, 15 oktyabr 2026
     

Əzizimə məktub

Image


Mehri canım, iki gözüm, illər uzunu qəlbinin dərinliklərindən qaynayan bulağı göz çeşməndən axıtdın. Xalqın, millətin tarixin dərin qatlarından xəbərdar olması üçün neçə ilin gecəsini sabah etdin. "Karvan qıranlamı" dostlaşdın? Yoxsa adına "karvan qıran" deyilən o ulduz elə sənin qəlbində çatılan tonqalın işığından şəfəqləndi? Sən səni tanımayan milyonların nəfəsini ürəyində daşıdın. Özün üçün ayrılan bu məhdud çərçivəli, müasir elm dili ilə desək, limitli zaman dilimi olan həyat adlı kimi üçün sıradan, kiminə isə çox tilsimli bir ümman olan ulduzlu və yarı zülmət müvəqqəti müsafirlik etdiyin aləmi, səni heç tanımayan, bəlkə də bütün ömrü boyu tanımağına güman belə olmayan nadan ruhlu zahirən zəngin vətən balalarınamı adadın?

Bəli, sən məhz belə yaşadın. Həyatına neçə böyük ömür dastanını sığdırdır. Əsasən qarayandı siması ilə görünən, insanları isə buna belə çox şükür sözlərini zikr etdirməyə sövq edən, daim fırlanan bir aləmin seyrinə çıxdın. Öz deyiminlə söyləsək, nağılçı nənələr kimi ayağına dəmir çarıq geyinib el-el, oba-oba gəzdin. Öncə vətən balalarının maariflənməsi üçün kənd məktəblərinin gənc müəlliməsi oldun. Sonralar isə ərəbi, farsı, rusu daha neçə yad dilləri mükəmməl öyrənib o diyarlara üz tutub tərki vətən olan qərib soydaşlarımızın ömür kitablarını vərəqlədin. Bu kitabların hər bir səhifəsində dağlarımızda bitən nərgizlərin, bənövşənin, yarpızın, nanənin, quzuqulağı, yovşan, yemlik... daha neçə vətən ətirli otun, çiçəyin həsrətə qarışmış qoxusunu çəkdin canına. Hər ətirdən bir naləni, fəryadı, ahı hopdurdun o cismən zərif, ruhən isə kövrək varlığına. Dünyaya gələndə hansı böyük xəyallara işıq tutmuşdun, kim bilir? Ailən elmə, maarifə bağlı olan doğma yurdun səni necə böyük arzulara yuva etmişdi. Bəlkə də heç kimin xəyalından belə keçirmədiyi bir aləmin pərisi oldun, hər kəsi ana, bacı, nənə nəvazişi ilə əzizləyən milyonların təəssübkeşi olan nur üzlü anamız. İnsan bu həyata taleyi ilə doğulur, adı isə onun taleyinə tərcüman olur. Bəli, sənin də adın məhz bu qəbildən oldu. Sən təkcə sənə o adı verənlərə yox, səni özünə sələf hesab edənlərə belə əzizəlik etdin. Yaşadığın zaman səni də öz qaynar qazanında buxar etmək istədi. Yeri gəldi ziyanın bulud kimi ağlayan çeşim suyu altı çatılı qazanın buxarı ilə qarışdırılıb vücuduna dərin yanıq şırımları atılmaq istədi. Bu sobanın atəşini yaxşı tanıyan varlığın ona belə qalib gələ bildi. Aləmə səs salanların nəfəsindən güc alan el Əzizəsi oldun. Həyatı belə yaşayarlar! - deyə meydan oxudun həyadan məhrum zəka düşmənlərinə. Uzun zəhmətli günlərin bəhrəsi olan ilk kitabın çap edilib yer üzündən silindi. Sanki səsi beşiyində boğulmaq istəyən körpənin heç vaxt eşidilməyəcək harayı kimi sənin də fəryadın qəlbinin yarğanlarını doldurdu. Ancaq yaz günəşindən güc alan dağ çayının qarşısındakı bəndləri yuyub apardığı kimi sənin də selinə tab gətirə bilməyənlərin sayı çox oldu. Qarnına incə telli ipəyin ilk tumurcuqlarını sığdıran baramalar kimi səsi, sözü, klassik və müasir poeziyanı, ahəngdar musiqinin iliklərə qədər işləyən sehrini, avazını sığdırdın mənliyinə. Daha doğrusu, sən kökünü böyük bir tarixdən götürən millətin mənliyini yaşatdın."Bakı 1501" yazıb Azərbaycan adlı diyarın başı çox bəlalardan keçmiş millətinə Səfəvi dövrünün qürurunu xatırlatdın. Əsli-nəsli kasıb zümrədən olan cəngavər nazəninin ər namusu və vətən təəssübünü milyonları qarşısında titrədən bir hökmdara belə necə böyük əzəmət və qadın vüqarı ilə təslim etmədiyini ustalıqla təsvir etdin. Bakını fəth edən böyük ordu belə dağ vüqarlı zərif vücudun dəyanəti qarşısında fəxarətini və ehtiramını gizlədə bilmədi. Bəli sən məhz belə qələm daşıdın. Ağ kağıza nəqş etdiyin hər kəlmən ürək dağladı, qürur bəxş etdi, zəka aşıladı ziyaya həssas beyinlərə. Özün üçün yaşamadın, "Eldən elə" söyləyib bizə hələ tarixin elmdən, maarifdən məhrum çağlarında dünyanı dolanıb səyahət edən, hər səfərinə isə böyük bir həqiqət dastanı sığdıran məhşur Azərbaycan səyyahı Hacı Zeynalabdin Şirvanini anlatdın. Bu müsahiblik tək tərəfli olsa da, həm sualı, həm də cavabı daşıdı bətnində. Sən yazdın, biz isə yaşadıq. Şirinbəyim ananı ər gücü ilə vətənindən didərgin olan, dili dilindən, dini dinindən olmayıb əqidəsi isə ona tamam yad kəslərlə qonşuluq etdi. Yer üzünün milyonlarla zəvvar qəbul edən müqəddəs torpaqlarında belə qürbəti dadıb həsrəti sirdaş bəllədi. Üzü heç gülmədi, fəqət balalarına xatir dözdü. Son nəfəsinə kimi oğul həsrəti çəkən ananın son nəfəsi yenə Şamaxı oldu. Yollardan başlayan, Gülüstan qüdrətindən güc alıb Pirdirəki əzəməti ilə buludlara meydan oxuyan, Nanəli bulağının suyu uzun yoldan yorulanlara can verən, yayın qızmarında belə sərinlik çağlayan Pirqulu dağlarına sahib olan yaşı əsrlərdən qoca qədim loğman Şamaxı. Sənin qucağında kimlər həyat tapdı, neçə canlar torpaq olub haqq səsləri nadan əli ilə boğulmaq istədi, doğma diyarım? Sənə zülm edib nifrət bəsləyənlərdən belə üz çevirmədin. Yamanlığa yaxşılıq ər kişinin işidi deyib hər zaman bu şüardan güc aldın. Balalarını da məhz bu ruhda böyütdün. Belə ürəyin atəşindən qovrulan vətən, yurd aşiqi övladların adını daim uca etdilər.

Mövti-cismani ilə sanma mənim ölməyimi,

Seyyida, ölmərəm, aləmdə səsim var mənim - söyləyən Əbdüləzimi, yəni böyük söz xiridarı olan Seyid Əzim Şirvanini yetirdin bu cahana. Özü üçün yaşamayıb xalqın təəssübünü çəkən son nəfəsinə qədər vətən balalarının elmi, təhsili üçün mübarizə etdi. Pisliyə, şərə qarşı olub xalqın malını mənimsəyənlərə qarşı həcvlər yazdı. Yazılarında etdiyi ifşalara görə ona düşmən olanların sayı az olmadı. Amma dost çöhrəsinin bir təbəssümü bütün kini, nifrəti məhv etməyə kifayət etdi. Seyidə də bacı olub onu onun dili ilə əxs etdirdin özündən sonra gələn nəsillərə. Bizə əsil Əzizə dili ilə candan, ruhdan anlatdın Seyidli, Mahmud ağalı, hacı Hüsülü, Məhəmmədhəsənli ədəbi məclisləri. Gənc şairin evində toplanıb həzin-həzin deyilən qəzəllərin dili ilə könül dünyamızın ən mübhəm qatlarına hopdurdun Beytül səfa məclisinin yaranmasını. Sonra isə gənc şairin düçar olduğu şər süngüsündə qardaş əli ilə necə can verdiyini. Seyid Əzimin pərilər soltanı olan Sonanı da sənin dilinlə tanıdıq. O zamanın cahil zehinlərinə qazınan şeirə, musiqiyə şeytan əməli kimi baxılmasını da məhz səndən eşitdik. Məktəbin, maarifin ilk qaranquşlarını da sən pıçıldadın qulaqlarımıza. Ağlar-güləyən həyatı olan Sabiri də səndən duyduq, Bayat tayfasından olan böyük füzun Füzulinin söz dünyasına da sənin təsvirinlə daha fərqli nəzər saldıq. Eh, el təəssübçüsü, millət vurğunu olan bacımız, sənin öz həyatın da solğun rənglərdən uzaq olmadı. Amma sən son nəfəsinə kimi vətən dedin, el söylədin. Əziz dostum, nur üzlü bacım, milyonları əziz bəlləyən el qızı Əzizəmiz bu məktubu sənə sənin yazılarından təsirlənərək yazıram. Daha doğrusu neçə-neçə dahilərin ilham pərisi əlvan boyalarla təsvir edən qələmiin sələflərinə ən böyük ilham pərisi olduğundan xəbərin belə olmayacaqmış. Şirvan elindən yola çıxan şifahi xalq ədəbiyyatını canına, qanına hopduran nurani el anası sənə sənin bir zamanlar sakini olduğun müvəqqəti aləmdən yazıram bu sətirləri. Səni nə qədər çox sevib əsərlərindən qidalansam və sənə yazı həsr etsəm də bu cümlələrin səni anlatmağa yetərsiz olacağını yaxşı bilirəm. Ancaq əgər ruhun bu yazıdan xəbərdar olacaqsa gərək məni qınamayasan. Çünki, sənin daşıdığın ruhun feyzi o qədər böyükdür ki, bu mərtəbəyə yetişmək hər kəsə nəsib olmayacaq. Sən əməllərinlə qazandığın əbədiyaşarlığınla ədəbiyyat sevənlərə bu aləmin tilsimini məhz sənin bildiyin dillə anlatdın. Mənim könül sirdaşım yanlışımla, doğrumla bu yazını sənə ithaf etdim. Məqsədim sənin kimi ölümsüzü xatırlayıb xatırlatmaq idi. Əziz oxucu, bəli, bu həyatda belə bir aləm də var idi. Adına Əzizə deyilən, soyadını Cəfərzadə deyə yaddaşlara qazıyan. İllərdən bəri isə soyuq daşlara qazınan böyük ömür, əzəmətli mənəviyyat, dəyanət, mətanət yiyəsi. Səni lap kiçik yaşlarımda bəyaz telli Azərbaycan qadını kimi tanıyıram. Hər telində qayğı, zəhmət izləri duyulan ağ birçəkli Azərbaycan anası. Iki gözüm, əzizim, yazını bu məqamda nöqtələməyi münasib bilirəm. Oxuyanlara sonsuz hörmət və ehtiramla, tarix soyuq bir qış günü, il ikinci minilliyin ikinci onilliyinin sonu.

Rəfiqə RAFİQQIZI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ