Cümə axşamı günü, 29 oktyabr 2026
     

Dünya Xəbər Agentliklərinin Konqresinin bəyannaməsi qəbul edildi

Image


Dünya Xəbər Agentliklləri Konqresinə sədrlik Azərbaycana keçib. Trend-in məlumatına görə, bu barədə qərar Dünya Xəbər Agentliklərinin Bakıda keçirilən V Konqresində verilib. AZƏRTAC Dövlət Xəbər Agentliyi 2016-cı ildən 2019-cü ilə qədər Konqresə sədrlik edəcək. AZƏRTAC-ın baş direktoru Aslan Aslanov 2019-2022-ci illər üçün Dünya Xəbər Agentliklləri Konqresin prezidenti seçilib.

Konqresin bağlanış mərasimində həmçinin bəyanat qəbul edilib. APA-nın məlumatına görə, bəyannamədə qeyd edilib ki, rəqəmsal erada müstəqil və qərəzsiz xəbərlər verilməli, jurnalistlərin təhlükəsizliyi təmin olunmalıdır.

Bəyanatda vurğulanıb ki, informasiya cəmiyyətində universal dəyərlərə, qanunun aliliyinə, irqi və etnik müxtəlifliyə hörmət media fəaliyyətində başlıca şərtdir: "Hamını plagiatlığa qarşı mübarizəyə səsləyirik. Qərəzli məlumatların qarşısının alınmasında hamının səylərini birləşdirməyə çağırırıq".

Bəyannamədə Konqresin növbəti iclasının 2017-ci ildə Bolqarıstanın Sofiya şəhərində keçiriləcəyi əksini tapıb.

Qeyd edək ki, 2013-cü ildə Dünya Xəbər Agentlikllərinın Ər-Riyadda keçirilən konqresində AZƏRTAC bir neçə xəbər agentliyi arasında gizli səsvermə yolu ilə daha çox səs tolpayaraq 2016-cı ildən 2019-cu ilə qədər konqresə sədrlik etmək hüququ qazanıb.

 

Pan Gi Mun Azərbaycana təşəkkür etdi

Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin bağlanış mərasimində BMT baş katibi Pan Gi Munun müraciəti oxunub. Müraciətdə söz və ifadə azadlığının qlobal yol xəritəsi üçün vacib olduğu qeyd olunub. Vurğulanıb ki, xəbər agentlikləri informasiyanın yayılmasında mühüm rol oynayır.

Müraciətdə bildirilib ki, internet sayəsində daha çox insanlar informasiya ala bilirlər. Səhv informasiyaların yayılması münaqişələrə, nifrətə zəmin yaradır.

Müraciətdə həmçinin Konqresin yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür ifadə edilib.

 

Mikloş Haraşti Bakıda keçirilən tədbiri çox faydalı adlandırdı

ATƏT-in KİV azadlığı üzrə sabiq nümayəndəsi Mikloş Haraşti deyib ki, Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyası dünya xəbər agentliklərinin bir-birini daha yaxından tanıması üçün yaxşı bir imkandır.

O qeyd edib ki, dünyada media azadlıqlarının, jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi üçün bir çox işlər görülməlidir: “Bu və ya digər mühüm məsələlərin müzakirəsi üçün Bakıda keçirilən bu tədbir çox faydalıdır”.

 

Azərbaycanın dünya mediasının inkişafına töhfəsi...

Dünya Xəbər Agentlikləri Konqresinin baş katibi Uffe Riis Sorensen isə deyib ki, Bakıda keçirilən tədbir təcrübə mübadiləsi aparmaq üçün çox yaxşı imkandır.  O bildirib ki, Konqres çərçivəsində səmərəli görüşlər keçirilir və xəbər agentlikləri qarşısında duran çağırışlarla bağlı müzakirələr aparılır:

“Bu baxımdan da tədbirin əhəmiyyəti çox böyükdür. Azərbaycan tədbiri yüksək səviyyədə təşkil edib və bu, Azərbaycanın dünya mediasının inkişafına verdiyi bir töhfədir”.

Artıq 4-cü dəfədir Bakıya gəldiyini deyən U.R.Sorensen şəhəri çox bəyəndiyini diqqətə çatdırıb: “Hər dəfə Bakıya gələndə şəhəri çox gəzməyə imkanım olmur, amma çox sevimli bir şəhərdir”.

 

Bakıdakı tədbirin dünya informasiya siyasətində yeri…

“Azərtac”ın baş direktoru Aslan Aslanov deyib ki, Dünya informasiya siyasətində Dünya Xəbər Agentlikləri Konqresinin çox mühüm yeri var. A.Aslanov deyib ki, dünyanın 7 böyük regional təşkilatı bu konqres ətrafında birləşir: “İlk dəfə 1956-cı ildə Avropa ölkələri xəbər agentlikləri bir araya gəlib Avropa xəbər agentliklərinin işinin istiqamətləndirilməsi, təcrübə mübadiləsi, idarəetmənin təkmilləşdirilməsi və digər məsələlərin həlli məqsədilə Avropa Ölkələri Xəbər Agentlikləri Alyansını yaradıblar. Bu təcrübə səmərəli olduğu üçün sonradan bu cür təşkilatlar digər regionlarda da yaradılmağa başlandı. UNESCO-nun köməkliyi ilə Ərəb ölkələri İnformasiya Agentlikləri Alyansı yarandı, Afrika ölkələri bir təşkilat yaratdı, Latın Amerikası ölkələri başqa bir təşkilatda birləşdilər. Ancaq 2004-cü ildə bu beynəlxalq təşkilatlar qərara aldılar ki, dünya informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirmək üçün üst qurum lazımdır ki, regional təşkilatları öz ətrafında birləşdirsin, təcrübə mübadiləsi daha geniş şəkildə aparılsın və beləliklə də, Dünya Xəbər Agentlikləri Konqresi yaradıldı”.

A.Aslanov bildirib ki, ilk konqres 2004-cü ildə Moskvada keçirildi və dünyanın təxminən 60 ölkəsinin xəbər agentlikləri burada təmsil olundu: “Bu gün konqres dünyanın 100-ə yaxın xəbər agentliklərini öz ətrafında birləşdirir. İndiyə qədər Dünya Xəbər Agentliklərinin bir neçə konqresi keçirilib. Çox sevindirici haldır ki, 2013-cü ildə Ər-Riyadda keçirilən konqresdə biz bir neçə agentlik arasında gizli səsvermə yolu ilə daha çox səs tolpayaraq və 2016-cı ildən 2019-cu ilə qədər konqresə sədrlik etmək hüququ qazanmışıq”.

 

IRNA konqresin mətbuatın inkişafında yeni yollar tapmağa imkan verəcəyini dedi

Dünya Xəbər Agentliklərinin V Konqresinin keçirilməsi kütləvi informasiya vasitələri nümayəndələrinin bir-birini tanımasına imkan verir. Bu sözləri isə Trend-ə İranın IRNA informasiya agentliyinin icraçı direktoru Məhəmməd Xodadi deyib. O qeyd edib ki, adətən biz həmkarlarımızla ünsiyyət qurmuruq: "Biz evdə oturub ətrafda baş verənlərdən xəbəri olmayan insanlara oxşayırıq. Yeni imkanlardan istifadə etmək və çağırışlarla üzləşə bilmək üçün əməkdaşlığı artırmalıyıq. Fikrimcə, Bakıdakı Konqres mətbuatın gələcək inkişafı üçün yeni yollar tapmağa imkan verəcək”.

O qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi mətbuatın yeni simasını yaratmağa imkan verir.

M.Xodadi deyib: “Jurnalistikanın peşəkarlığını artırmaq, eləcə də jurnalistlərin bacarıq səviyyəsini yüksəltmək lazımdır. Eyni zamanda, təqdim olunan informasiyanın həcmini genişləndirmək lazımdır. Bu sualları müzakirə etmək üçün imkan yaratdığına görə Azərbaycana minnətdarlığımı bildirirəm”.

 

Azərbaycan üçün çox möhtəşəm bir hadisə…

Ukrayna Milli İnformasiya Agentliyinin baş redaktoru Natalya Kostina isə Bakıda keçirilmiş Dünya Xəbər Agentliklərinin V Konqresinin çox uğurlu tədbir olduğunu deyib. Onun sözlərinə görə, tədbir təkcə ayrı-ayrı mövzulara görə yox, ümumi proqramına görə çox zəngin keçib.

N.Kostina bu Konqresin Azərbaycan üçün çox möhtəşəm bir hadisə olduğunu qeyd edib və bu tədbir çərçivəsində dünyanın müxtəlif xəbər agentliklərinin nümayəndələri ilə ünsiyyət yaratmaq imkanı olduğunu vurğulayıb.

 

Bakıda əldə edilən təcrübə dünya mediası üçün vacib əhəmiyyət kəsb edir

Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasında əldə edilən təcrübə dünya mediası üçün vacib əhəmiyyət kəsb edir. Bunu isə Portuqaliyanın “Lusa” xəbər agentliyinin prezidenti Teresa Marques deyib.

Dünya Xəbər Agentlikləri Konqresində birinci dəfə iştirak etdiyini deyən T.Marques yeni təcrübə qazandığını bildirib: “Əlbəttə, bu çox yaxşı haldır. Biz hamımız eyni sahədə fəaliyyət göstəririk və bu cür tədbirlər vasitəsilə bir-birimizi daha yaxından tanıyırıq, qarşımızda duran vacib çağırışlarla bağlı müzakirələr aparırırq və onların həlli yollarını araşdırırıq”.

O, tədbirin ev sahibi olan Azərbaycan üçün əhəmiyyətini də qeyd edib: “Dünyanın aparıcı xəbər agentliklərinin rəhbərlərinin gəlib ölkəni tanıması əlbəttə ki, çox yaxşı haldır. Elə mən də birinci dəfədir Bakıya gəlirəm və şəhəri çox bəyəndim, çox gözəl şəhəriniz var”.

 

“Ukrinfo”nun baş direktoru Bakıdakı Konqresi peşəkarlılıq cəhətdən çox böyük təcrübə hesab edir

Ukrayna Milli İnformasiya Agentliyinin baş direktoru Aleksandr Xarçenko isə deyib ki, Dünya Xəbər Agentliklərinin V Konqresi peşəkarlılıq cəhətdən çox məlumat verir, bu çox böyük təcrübədir. O bildirib ki, burada mətbuat nəhənglərinin inkişafının sirlərini başa düşmək, onların iş üslubu və texnologiyaları ilə tanışmaq olar:

"Çox qısa müddət ərzində bu qədər böyük təcrübə qazanmaq yalnız belə tədbirlər zamanı mümkün ola bilər”.

 

Dünya Xəbər Agentliklərinin V Konqresi çox vacib tədbirdir

Dünya Xəbər Agentliklərinin V Konqresi çox vacib tədbirdir. Bu sözləri isə Rusiyanın TASS informasiya agentliyinin baş direktoru Sergey Mixaylov deyib.

O qeyd edib ki, yüzə yaxın xəbər agentliklərinin bir yerdə toplanması bu sahədə olan problemlərin müzakirəsinə, təcrübə mübadiləsinə, yeni imkanların və texnologiyaların müzakirə olunmasına imkan verir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ