Cümə günü, 30 oktyabr 2026
     

XX əs­rin əv­vəl­lə­rin­də xalq ma­a­ri­fi hə­rə­ka­tı­na dəs­tək - mət­bu­at və azər­bay­can­çı­lı­ğın vəh­də­ti...

Image


Azər­bay­can­çı­lıq ide­o­lo­gi­ya­sı­na sidq ürək­dən bağ­lı olan Azər­bay­can ma­a­rif­çi­lə­ri, zi­ya­lı­lar xal­qı ağ gü­nə çı­xar­maq üçün bö­yük iş­lər gö­rüb. Əl­bət­tə, Azər­bay­can­da ma­a­rif­çi­lik hə­rə­ka­tı­nın ba­şın­da du­ran zi­ya­lı­lar xal­qı­mı­za bö­yük fay­da ve­rib.

XX əs­rin əv­vəl­lə­rin­də Azər­bay­can­da xalq ma­a­ri­fi hə­rə­ka­tı­nın baş­lan­ma­sı və bu işə öl­kə zi­ya­lı­la­rı­nın, fi­kir adam­la­rı­nın rəh­bər­lik et­mə­si hə­qi­qə­tən də təq­di­rə­la­yiq­dir. Bil­di­yi­miz ki­mi, öl­kə­miz­də baş ve­rən xalq ma­a­ri­fi hə­rə­ka­tı bir azər­bay­can­çı­lıq işi olub və azər­bay­can­çı­lı­ğın ge­niş ya­yıl­ma­sı­na bö­yük tə­kan ve­rib.   

Ta­nın­mış alim Abu­zər Xə­lə­fov "Azər­bay­can­da ki­tab­xa­na işi­nin ta­ri­xi" ki­ta­bı­nın I fəs­lin­də ya­zır ki, XX əs­rin əv­vəl­lə­rin­də (1901-1920-ci il­lər) Azər­bay­can­da xalq ma­a­ri­fi işi bö­yük gü­cə ma­lik olub. Xalq ma­a­ri­fi­nin, mə­də­ni-ma­a­rif sa­hə­si­nin in­ki­şaf ta­ri­xi­ni araş­dı­ran alim ya­zır ki, o döv­rün sta­tis­ti­ka­sı­na gö­rə, Qaf­qaz Təd­ris Da­i­rə­si­nin rəs­mi mə­lu­ma­tı­na əsa­sən, 1915-ci il­də Azər­bay­can­da mək­tə­bə olan tə­lə­ba­tı ödə­mək üçün 1745 mək­təb la­zım idi. Hal­bu­ki, cə­mi 380 mək­təb fə­a­liy­yət gös­tə­rir­di ki, bu da eh­ti­yac olan­dan 4,5 də­fə az idi. O vur­ğu­la­yır ki, XX əs­rin əv­vəl­lə­rin­də fə­a­liy­yət gös­tə­rən gör­kəm­li ma­a­rif xa­dim­lə­ri mil­li dil­lər­də mək­təb açıl­ma­sı, mək­təb yaş­lı bü­tün azər­bay­can­lı uşaq­la­rın mək­təb­lə­rə cəlb edil­mə­si, mil­li dil­lər­də dərs de­yə bi­lə­cək kadrla­rın ha­zır­lan­ma­sı, dərslik­lə­rin, dərs və­sa­it­lə­ri­nin ya­ra­dıl­ma­sı uğ­run­da fə­al mü­ba­ri­zə apar­dı­ğın­dan, cid­di təz­yiq­lə­rə mə­ruz qa­lır­dı­lar: "Xal­qı­mı­zın gör­kəm­li, fə­da­kar ma­a­rif xa­dim­lə­ri­nin ar­dı­cıl mü­ba­ri­zə­si­nə bax­ma­ya­raq, 1917-ci il oktyabr çev­ri­li­şi ərə­fə­sin­də cə­mi 23 or­ta mək­tə­bin ol­ma­sı de­dik­lə­ri­mi­zi bir da­ha təs­diq edir. Azər­bay­can­dil­li ümum­təh­sil mək­təb­lə­ri­ni bi­ti­rən şa­girdlə­rə təh­sil­lə­ri­ni da­vam et­dir­mək üçün şə­ra­it yox idi. Pe­şə-tex­ni­ki mək­təb­lə­rin təş­ki­li ta­ma­mi­lə diq­qət­dən kə­nar­da qal­mış­dı. Ba­kı şə­hə­ri­nin neft sə­na­ye­sin­də ix­ti­sas­lı fəh­lə­lə­rə bö­yük eh­ti­ya­cı ol­du­ğu hal­da, Azər­bay­can di­lin­də təd­ris apa­ran pe­şə-tex­ni­ki mək­təb­lə­ri­nin açıl­ma­sı­na şə­ra­it ya­ra­dıl­mır­dı. Azər­bay­can­da bir­cə ali mək­təb be­lə yox idi. Hö­ku­mət isə ali mək­təb­lə­rin təş­ki­li haq­qın­da ümu­miy­yət­lə fi­kir­ləş­mir­di...".

O dövrdə Azər­bay­can mət­bu­a­tı­nın fə­a­liy­yə­ti­nə nə­zər sa­lan alim qeyd edir ki, mil­li mət­bu­at ol­duq­ca bö­yük iş­lər gö­rüb və bu iş­lər xal­qın ma­a­rif­lən­mə­si­nə, azər­bay­can­çı­lıq ru­hun­da for­ma­laş­ma­sı­na xid­mət edib. Alim vur­ğu­la­yır ki, XX əs­rin əv­vəl­lə­ri Azər­bay­can mət­bu­a­tı­nın ta­ri­xin­də mü­hüm mər­hə­lə təş­kil edir: "Bu mər­hə­lə Azər­bay­can mət­bu­a­tı­nın, xü­su­si­lə Azər­bay­can mil­li mət­bu­a­tı­nın in­ki­şaf mər­hə­lə­si ki­mi xa­rak­te­ri­zə olu­nur. 1905-1907-ci il­lər in­qi­la­bın­dan qor­xu­ya dü­şən çar hö­ku­mə­ti yer­lər­də ye­ni mət­bu­at or­qan­la­rı­nın, xü­su­si­lə mil­li dil­lər­də qə­zet və jur­nal­la­rın ya­ra­dıl­ma­sı sa­hə­sin­də cid­di gü­zəştlə­rə get­mə­yə məc­bur ol­muş­du. İn­qi­lab cə­miy­yə­tin bü­tün ic­ti­mai-si­ya­si hə­ya­tı­na tə­sir et­miş, yer­li əha­li içə­ri­sin­də mə­də­niy­yə­tin, ma­a­ri­fin, mət­bu­a­tın in­ki­şa­fı­na can atan, müt­lə­qiy­yət qar­şı­sın­da de­mok­ra­tik, mü­tə­rəq­qi tə­ləb­lər irə­li sü­rən, mil­li mə­də­niy­yə­tin, xalq ma­a­ri­fi­nin ana di­lin­də mət­bu­a­tın in­ki­şa­fı uğ­run­da mü­ba­ri­zə apa­ran qüv­və­lə­rin mey­da­na çıx­ma­sı­na şə­ra­it ya­rat­mış­dı. Be­lə qüv­və­lə­rə xal­qı­mı­zın mü­tə­rəq­qi zi­ya­lı­la­rı, gör­kəm­li ma­a­rif, mə­də­niy­yət, ədə­biy­yat, elm, təh­sil və ic­ti­mai xa­dim­lə­ri rəh­bər­lik edir­di­lər. Xal­qı­mı­zın is­tiq­lal mü­ba­ri­zə­si ta­ri­xin­də müs­təs­na ro­lu ol­muş bu mü­tə­rəq­qi in­san­lar Azər­bay­can mil­li hə­rə­ka­tı­nın, mil­li ide­o­lo­gi­ya­sı­nın, azər­bay­can­çı­lıq ide­ya­la­rı­nın ya­ran­ma­sı və for­ma­laş­ma­sın­da bö­yük xid­mət­lər gös­tər­miş­lər.

Be­lə gör­kəm­li zi­ya­lı­lar­dan H.Zər­da­bi­ni, C.Məm­məd­qu­lu­za­də­ni, N.Nə­ri­ma­no­vu, Ü.Ha­cı­bə­yo­vu, M.Ə.Sa­bi­ri, M.Rə­sul­za­də­ni, Ə.Hü­seynza­də­ni, Ə.Ağa­ye­vi, A.Ta­lıb­za­də­ni, H.Ca­vi­di, Ə.Top­çu­ba­şo­vu, M.F.Axun­do­vu, Ə.Haq­ver­di­ye­vi və di­gər­lə­ri­ni mi­sal gös­tər­mək olar. XX əs­rin əv­vəl­lə­rin­də döv­ri nəşrlə­rin ya­ra­dıl­ma­sın­da və on­la­rın ide­ya is­ti­qa­mə­ti­nin mü­əy­yən­ləş­di­ril­mə­sin­də Azər­bay­can zi­ya­lı­la­rı­nın ro­lu əvəz­siz­dir. Əgər XIX əs­rin son­la­rın­da Azər­bay­can döv­ri mət­bu­a­tın nəş­ri sa­hə­sin­də axı­rın­cı yer­lər­dən bi­ri­ni tu­tur­du­sa, yə­ni cə­mi beş ad­da döv­ri mət­bu­at nəşr edi­lir­di­sə, bu rə­qəm XX əs­rin əv­vəl­lə­rin­də xey­li ço­xal­mış­dı. 1903-cü il­də Tif­lis­də Qaf­qaz­da ye­ga­nə qə­zet- "Şər­qi-Rus" qə­ze­ti çıx­ma­ğa baş­la­mış­dı. Bu qə­ze­tin tə­sis­çi­si Məm­mə­da­ğa Şah­taxtlı öz döv­rü­nün təh­sil­li zi­ya­lı­la­rın­dan bi­ri ol­maq­la, tez­lik­lə qə­ze­tin ət­ra­fın­da bö­yük zi­ya­lı­lar qru­pu­nu top­la­ma­ğa mü­vəf­fəq ol­muş­du. "Şər­qi-Rus" qə­ze­tin­də C.Məm­məd­qu­lu­za­də, H.Zər­da­bi, M.Ə.Sa­bir, A.Səh­hət, M.S.Or­du­ba­di, F.Kö­çər­li, Ömər Fa­iq Ne­man­za­də və s. ki­mi bir çox məş­hur ədib və şa­ir­lər iş­ti­rak edir­di­lər. "Şər­qi-Rus" qə­ze­ti mə­də­niy­yət, ədə­biy­yat və dil mə­sə­lə­lə­ri­nə bö­yük diq­qət ye­ti­rir­di. 1905-1907-ci il­lər in­qi­la­bı döv­rün­də Azər­bay­can­da bö­yük in­ki­şaf baş ver­di. On bir ye­ni mət­bu­at or­qa­nı mey­da­na gəl­di. 1906-cı il­də bü­tün Şərqdə və qon­şu döv­lət­lər­də bö­yük əks-sə­da do­ğu­ran sa­ti­rik "Mol­la Nəs­rəd­din" jur­na­lı­nın nəş­ri Azər­bay­can mət­bu­a­tı ta­ri­xin­də bö­yük ha­di­sə ol­du. Öz ide­ya is­ti­qa­mə­ti­ni mil­li azər­bay­can­çı­lıq ide­o­lo­gi­ya­sı­nın təb­li­ği­nə yö­nəltmiş "Mol­la Nəs­rəd­din" jur­na­lı o dövrdə Şərq öl­kə­lə­rin­də və Ru­si­ya­da bü­tün türkdil­li xalqlar tə­rə­fin­dən ən çox oxu­nan jur­nal idi. Azər­bay­can mət­bu­a­tı ta­ri­xin­də çox mü­hüm yer tu­tan bu jur­nal XX əs­rin əv­vəl­lə­rin­də­ki mil­li mət­bu­a­tı­mı­zın de­mok­ra­tik, si­vil yol­la in­ki­şa­fı üçün tə­məl da­şı ol­maq­la, mil­li azər­bay­can­çı­lıq ide­ya­la­rı­nın, ma­a­rif­çi­lik ide­ya­la­rı­nın ya­yıl­ma­sın­da, Azər­bay­can ədə­biy­ya­tı­nın, el­mi­nin, in­cə­sə­nə­ti­nin təb­li­ğin­də mü­hüm rol oy­na­yıb. Bu jur­na­lın Azər­bay­can mət­bu­a­tı ta­ri­xin­də ən bö­yük xid­mət­lə­rin­dən bi­ri "Mol­la Nəs­rəd­din"çi­lər ədə­bi pub­li­sist mək­tə­bi­nin ya­ra­dıl­ma­sı olub. Bu mək­tə­bin for­ma­laş­ma­sın­da iş­ti­rak edən gör­kəm­li Azər­bay­can zi­ya­lı­la­rı mil­li mət­bu­a­tın gə­lə­cək in­ki­şa­fın­da ol­duq­ca bö­yük xid­mət­lər gös­tər­miş­lər. "Mol­la Nəs­rəd­din" jur­na­lı­nın bi­la­va­si­tə tə­si­ri al­tın­da 1905-1917-ci il­lər ara­sın­da Azər­bay­can­da "Bəh­lul", "Tu­ti", "Zən­bur", "Mə­zə­li", "Ba­ba­yi-Əmir" ad­lı sa­ti­rik jur­nal­lar nəşr edil­mə­yə baş­la­dı. Doğ­ru­dur, bu jur­nal­lar "Mol­la Nəs­rəd­din" sə­viy­yə­si­nə yük­səl­mə­sə­lər də, xal­qı­mı­zın hə­ya­tın­da ol­duq­ca mü­hüm rol oy­na­maq­la öz ət­raf­la­rın­da xey­li oxu­cu küt­lə­si top­la­ya bil­miş­lər. Həm­çi­nin öl­kə­mi­zin ma­a­rif xa­dim­lə­ri­nin bi­la­va­si­tə rəh­bər­li­yi və kö­mə­yi ilə uşaq­lar və va­li­deynlər üçün "Də­bis­tan", "Rəh­bər", "Mək­təb" ad­lı jur­nal­la­rın nəş­rə baş­la­ma­sı təq­di­rə­la­yiq idi. Be­lə jur­nal­lar təh­sil sis­te­mi­nin for­ma­laş­ma­sı, təd­ris pro­se­si­nin tək­mil­ləş­mə­si üçün bö­yük el­mi-me­to­dik əhə­miy­yə­tə ma­lik idi. XX əs­rin əv­vəl­lə­ri Azər­bay­can­da xü­su­si­lə qə­zet­çi­li­yin in­ki­şa­fı, bu sa­hə­də bö­yük şə­bə­kə­nin ya­ran­ma­sı ilə fərqlə­nir. 1905-1907-ci il­lər­də mət­bu­at or­qan­la­rı­nın sa­yı 12-yə çat­mış­dı. Çar müt­lə­qiy­yə­ti tə­rə­fin­dən hə­ya­ta ke­çi­ri­lən hər cür tə­qib­lə­rə, bü­rok­ra­tik ən­gəl­lə­rə bax­ma­ya­raq, 1917-ci ilə qə­dər Azər­bay­can­da 227 döv­ri mət­bu­at or­qa­nı nəşr edi­lib. 1917-ci ilə qə­dər nəşr edi­lən qə­zet və jur­nal­la­rın 60 fa­i­zi 1905-1907-ci il­lə­rin pa­yı­na dü­şür. Bu mət­bu­at or­qan­la­rın­dan 66 ad­da, yə­ni 30 fa­i­zi­nin Azər­bay­can di­lin­də nəşr edil­mə­si qı­sa za­man kə­si­yin­də Azər­bay­can zi­ya­lı­la­rı­nın bö­yük qə­lə­bə­si idi.

Bu dövrdə Azər­bay­can di­lin­də həm­çi­nin "Şər­qi-Rus", "Hə­yat", "Tər­cü­man", "Fü­yu­zat", "İr­şad", "Tə­ka­mül", "Də­vət-Qoç", "Yol­daş", "Ba­kı hə­ya­tı", "Ta­zə hə­yat", "Tə­rəq­qi", "İt­ti­faq", "Hə­qi­qət", "İq­bal", "Ye­ni iq­bal", "Açıq söz", "Hüm­mət", "Ye­ni Fü­yu­zat" və s. mət­bu­at or­qan­la­rı nəşr edi­lib. XX əs­rin əv­vəl­lə­ri Azər­bay­can mət­bu­at or­qan­la­rı­nın hə­ya­tın­da həm də mət­bu­at təş­ki­lat­çı­la­rı­nın, pe­şə­kar jur­na­listlər nəs­li­nin ye­tiş­mə­si ilə fərqlə­nib. Azər­bay­ca­nın qa­baq­cıl zi­ya­lı­la­rı içə­ri­sin­dən on­lar­la qə­zet və jur­nal re­dak­tor­la­rı­nın ye­tiş­mə­si de­dik­lə­ri­mi­zi təs­diq edir. Məhz be­lə zi­ya­lı­la­rın bö­yük pe­şə­kar­lı­ğı sa­yə­sin­də Azər­bay­can mət­bu­a­tı bö­yük in­ki­şaf yo­lu keç­miş, mil­li şü­u­run for­ma­laş­ma­sın­da, azər­bay­can­çı­lıq ide­ya­la­rı­nın təb­li­ğin­də, öl­kə­də de­mok­ra­ti­ya­nın in­ki­şa­fın­da, çar Ru­si­ya­sı­nın mil­li müs­təm­lə­kə zül­mü­nə qar­şı mü­ba­ri­zə apa­rıl­ma­sın­da bö­yük rol oy­na­yıb. Be­lə re­dak­tor­la­ra mi­sal ola­raq M.A Şah­taxtlı­nı ("Şər­qi-Rus"), Ə.Ağa­ye­vi ("Hə­yat", "İr­şad", "Tə­rəq­qi"), Ə.Hü­seynza­də­ni ("Hə­yat", "Tə­rəq­qi"), C.Məm­məd­qu­lu­za­də­ni ("Mol­la Nəs­rəd­din"), H.Və­zi­ro­vu ("İr­şad", "Ta­zə hə­yat", "İt­ti­faq", "Sə­da", "Sə­da­yi-Və­tən", "Sə­da­yi-Haqq", "Sə­da­yi Qaf­qaz"), M.Rə­sul­za­də­ni ("İr­şad", "İq­bal", "Ye­ni iq­bal", "Açıq söz"), Ü.Ha­cı­bə­yo­vu ("Tə­rəq­qi", "Hə­qi­qət", "Ye­ni iq­bal", "Azər­bay­can") və s. gös­tər­mək olar".

A.Xə­lə­fov qeyd edir ki, XX əs­rin əv­vəl­lə­rin­də Ba­kı­da rus di­lin­də 119 ad­da qə­zet və jur­nal nəşr edi­lib ki, bu da çap edi­lən döv­ri mət­bu­at or­qan­la­rı­nın 50 fa­i­zi­ni təş­kil edir­di. Onun yaz­dı­ğı­na gö­rə, o dövrdə rus di­lin­də "Kas­pi", "Ba­ku", "Ba­kinski­ye iz­ves­ti­ya", "Ba­kinskiy ra­bo­çiy" və s. qə­zet­lər nəşr edi­lir­di. Alim qeyd edir ki, rus­dil­li mət­bu­at­da Azər­bay­ca­nın iq­ti­sa­di, si­ya­si, mə­də­ni və so­si­al du­ru­mu haq­qın­da mə­sə­lə­lər qal­dı­rı­lır, öl­kə­də bü­tün sa­hə­lər­də olan ge­ri­lik tən­qid edi­lir, Azər­bay­can xal­qı­nın ta­ri­xi, mə­də­niy­yə­ti, mə­nə­vi ənə­nə­lə­ri haq­qın­da mə­qa­lə­lər dərc edi­lir­di. A.Xə­lə­fo­vun yaz­dı­ğı­na gö­rə, Azər­bay­can­da və Ru­si­ya­nın di­gər şə­hər­lə­rin­də dərc edi­lən rus­dil­li mət­bu­at or­qan­la­rın­da mil­li mət­bu­at xa­dim­lə­ri­miz­dən H.Zər­da­bi­nin, Ə.Ağa­ye­vin, Ə.Hü­seynza­də­nin, E.Sul­ta­no­vun, M.Şah­taxtlı­nın, Ü.Ha­cı­bə­yo­vun çı­xış et­mə­si xal­qı­mı­zın elm, mə­də­niy­yət və mə­nə­vi ənə­nə­lə­ri­nin təb­li­ğin­də bö­yük rol oy­na­yır­dı.

"XX əs­rin əv­vəl­lə­rin­də öl­kə­miz­də nəşr edi­lən iri mət­bu­at or­qan­la­rı­nı azər­bay­can­lı sa­hib­kar­lar ma­liy­yə­ləş­di­rir­di­lər. Bu sa­hə­də xal­qı­mı­zın gör­kəm­li xey­riy­yə­çi oğ­lu H.Z.Ta­ğı­ye­vin xü­su­si ro­lu təq­di­rə­la­yiq olub. "Kas­pi", "Hə­yat", "Açıq söz" qə­zet­lə­ri və "Fü­yu­zat" jur­na­lı onun və­sa­i­ti he­sa­bı­na nəşr edi­lir­di. Be­lə­lik­lə, mil­li mət­bu­at ta­ri­xin­də xü­su­si mər­hə­lə təş­kil edən XX əs­rin əv­vəl­lə­rin­də hər cür çə­tin­lik­lə­rə, tə­qib­lə­rə bax­ma­ya­raq, 1917-ci ilin fev­ra­lı­na qə­dər Azər­bay­can­da 227 döv­ri mət­bu­at or­qa­nı nəşr edi­lib ki, on­lar­dan 30 fa­i­zi, yə­ni 66 ad­da Azər­bay­can di­lin­də, 50 fa­i­zi, yə­ni 119 ad­da isə rus di­lin­də olub" - de­yə ya­zan A.Xə­lə­fov vur­ğu­la­yır ki, məhz bu il­lər­də gör­kəm­li Azər­bay­can zi­ya­lı­la­rı­nın mil­li mət­bu­a­tın ya­ran­ma­sın­da, təş­ki­lin­də və for­ma­laş­ma­sın­da iş­ti­ra­kı onun məz­mun­ca in­ki­şaf edib tək­mil­ləş­mə­si­nə, cə­miy­yət hə­ya­tı­nın bü­tün sa­hə­lə­rin­də həl­le­di­ci möv­qe tut­ma­sı­na, mil­li şü­u­run for­ma­laş­ma­sın­da mü­hüm rol oy­na­ma­sı­na sə­bəb olub.

XX əs­rin əv­vəl­lə­rin­də Azər­bay­can­da bö­yük xalq ma­a­ri­fi hə­rə­ka­tı güc­lə­nir, mət­bu­at in­ki­şaf edir­di. Xalq ma­a­ri­fi hə­rə­ka­tı­na bu­gün­kü nə­zər­lər­lə bax­dıq­da onu mü­kəm­məl bir azər­bay­can­çı­lıq hə­rə­ka­tı ad­lan­dır­maq olar. Bu işin ba­şın­da Azər­bay­ca­nın gör­kəm­li zi­ya­lı­la­rı və on­la­rın gör­dü­yü xoş əməl­lər da­ya­nır­dı...

İra­də SA­RI­YE­VA

Ya­zı Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ma­liy­yə dəs­tə­yi­lə çap olu­nur. 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ