Cümə günü, 30 oktyabr 2026
     

Azərbaycan və Xorvatiya prezidentləri Bakıda biznes forumda iştirak ediblər

Image


"Azərbaycan qlobal nəqliyyat qovşağına çevriləcək"

 

Bu gün Bakıda Azərbaycan-Xorvatiya biznes forumu keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç biznes forumda iştirak ediblər. Prezidentlər biznes forumda çıxış ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev forumda çıxışında deyib ki, Xorvatiya prezidentinin Azərbaycana səfərinin nəticələri olduqca müsbət olub (APA). Dövlət başçısı bildirib ki, görüşlərdə çox mühüm məsələlər müzakirə olunub: “Müzakirələrdə iqtisadi əməkdaşlığa xüsusi diqqət yetirilib. Çox məmnunuq ki, bir qrup xorvat iş adamı Xorvatiya prezidentini müşayiət edir və bu gün bu biznes foruma qatılıb. Səfər çox uğurlu olub. Biz strateji tərəfdaşlığımızı bir daha vurğuladıq, əməkdaşlığımızın əsas istiqamətlərini müəyyən etdik. Biz dost, tərəfdaşıq. İş adamları bu gözəl imkanlardan istifadə edərək əlaqələri genişləndirməlidir. Çünki sərmayə qoyuluşu, birgə fəaliyyət böyük əhəmiyyət kəsb edir. Bizim keçmişdə də birgə layihələrimiz olub. Artıq vaxt gəlib ki, idxal-ixrac əməliyyatlarımızı genişləndirək”.

Prezident İlham Əliyev bildirib ki, dünən müxtəlif formatlarda görüşlər keçirilib: “Azərbaycanın iqlim şəraitindən istifadə və Xorvatiyadan müəyyən məhsulların idxal olunması təklifləri vat. Əminəm ki, bu gün burada daha geniş müzakirələr aparılacaq. Burada qarşılıqlı faydalı əməkdaşlıqdan söhbət gedir. Biz Xorvatiyanın ixracından xəbərdarıq. Siz də bilirsiniz ki, Azərbaycan hansı məhsulları ixrac edir. Bu forumda bu istiqamətlərə diqqət yetirilməlidir”.

Dövlət başçısı qeyd edib ki, forumda qarşılıqlı sərmayə qoyuluşu da nəzərdən qaçmamalıdır: “Biz ölkəmizdə yeni sənaye sahələrinin yaradılmasında maraqlıyıq. Burada əczaçılıqdan söhbət gedir. Xorvatiyanın bu sahədə böyük təcrübəsi var. Bu baxımdan idxaldan asılı ölkəyik. Düşünürəm ki, dərman istehsalı sahəsində birgə müəssisələrin yaradılması bizim üçün faydalı olar. Çünki əhalimizin sayı artıq 10 milyon nəfərə çatır”.

“Avropanın qaza tələbatı artır, biz isə yeni mənbəyik və yeni ixrac marşrutu təklif edirik”

“Azərbaycanın dövlət və özəl şirkətləri ölkənin hüdudlarından kənarda sərmayə qoyuluşu ilə məşğuldur. Regionumuzda olan dövlətlərə, o cümlədən Xorvatiyanın olduğu regiondakı ölkələrə SOCAR, Dövlət Neft Fondu və özəl şirkətlər tərəfindən milyardlarla ölçülən sərmayələr qoyulub” - deyə Azərbaycan Prezidenti bildirib.

Dövlət başçısı bildirib ki, bu sahədə də imkanlar nəzərdən keçirilməlidir: “Əminəm ki, iş adamları bunu da müzakirə edəcəklər. Digər tərəfdən, bizim şirkətlər Xorvatiyada infrastruktur layihələrinin icrasında iştirak edə bilər. Biz eyni zamanda Xorvatiya şirkətlərini Azərbaycana dəvət edə bilərik. Bu gün Azərbaycanda o qədər də çox Xorvatiya şirkətinin fəaliyyət göstərdiyini demək olmaz. Amma dinamik inkişafı nəzərə alsaq, Xorvatiya şirkətlərini böyük məmnuniyyətlə Azərbaycana dəvət edərdik”.

Prezident İlham Əliyev bildirib ki, turizm sahəsində Xorvatiyanın çox böyük təcrübəsi var: “Dünən müzakirəmiz zamanı Xorvatiya prezidenti mənə turistlərin sayı ilə bağlı maraqlı məlumat verdi. Biz də Azərbaycanda turizmi inkişaf etdirmək əzmindəyik. Turizm bizim üçün ənənəvi sektor olmayıb, amma artıq şaxələndirmə siyasətini həyata keçirdiyimiz üçün biz də turizmi genişləndirməkdə maraqlıyıq. Artıq turistlərin sayında artım müşahidə edirik. Bu da forumda müzakirə mövzusu ola bilər”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan hazırda kənd təsərrüfatı sahəsinə böyük sərmayə yatırır: “Biz böyük çeşiddə kənd təsərrüfatı məhsulları ixrac edirik. İnformasiya-kommunikasiya texnologiyaları, təhsil sahələri ilə bağlı da müzakirələr aparıla bilər. Ümumiyyətlə, gündəliyimizdə bir sıra məsələ var. Amma düşünürəm ki, ticarət, idxal-ixrac əməliyyatları, sərmayə qoyuluşu və Azərbaycan şirkətlərinin Xorvatiyada layihələrdə iştirakı məsələləri də bizim üçün olduqca maraqlıdır”.

Enerji siyasətindən söz açan prezident İlham Əliyev deyib ki, bu da birgə gündəliyə daxil olan məsələdir: “Azərbaycan və Xorvatiya arasında Anlaşma Memorandumu imzalanıb. Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Adriatik dənizində kəmərin inşası bizə imkan yaradacaq ki, Xorvatiya bazarına, eyni zamanda geniş Balkan bazarına daxil olaq. İmkan yaranacaq ki, bu ölkələr də Azərbaycandan təbii qaz alaraq yeni mənbə əldə etsin. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatlarının həcmi 2,5 trliyon kub/metrdir. Lakin Azərbaycanın təbii qaz ehtiyatları daha da artacaq. Çünki hələ də kəşfiyyat işləri aparılır. Biz ixracı şaxələndirmişik, bir neçə qaz kəmərimiz var. Əsas marşrut isə hazırda inşa edilir. Cənub Qaz Dəhlizinə 4 layihə daxildir, bu layihələrin hər biri icra mərhələsindədir. “Şahdəniz” dünyanın ən böyük qaz mənbələrindən biridir, orada ikinci fazanın icrasına başlayacağıq. Bununla yanaşı, Avropa istiqamətində 3 qaz kəməri inşa edilir. Sonuncu mərhələ Trans Adriatik Qaz kəməridir. Bu kəmər Xorvatiyanın yerləşdiyi regiona yaxındır. Həmin qaz kəmərinin həmin regiona uzadılması ilə məşğul ola bilərik. Bu məsələni müzakirə edəcəyik. Ümid edirəm ki, tezliklə artıq danışıqların fəal fazasına başlaya bilərik. Bu, təhlükəsizlik, enerji şaxələndirilməsi layihəsidir. Hər tərəf uduşda olacaq. Çünki biz Avropa bazarına çıxış əldə edirik, avropalı istehlakçılar isə əlavə mənbələr əldə edir. Bilirik ki, Avropanın qaza tələbatı artır. Biz isə yeni mənbəyik və yeni ixrac marşrutu təklif edirik. Bu da bizim üstünlüyümüzdür. Bununla bərabər, 5 il əvvəl Avropa Komissiyası ilə enerji sahəsində strateji tərəfdaşlıq barədə müqavilə imzalamışıq”.

Prezident onu da bildirib ki, Azərbaycan Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında danışıqlara başlayır: "Qaz kəmərinin tikintisi ilə Xorvatiya ilə strateji əməkdaşlığımız enerji sahəsini də əhatə edəcək. Bu, onilliklər boyu belə olacaq. Enerji Azərbaycanın Avropa təsisatları və Avropa İttifaqına üzv dövlətlərlə  ilə əməkdaşlığında mühüm sahədir. Qonşu dövlətlərimiz də bu layihələrdə fəal iştirak edir".

“Neftin qiymətindən asılılığımızı azaltmışıq”

Prezident İlham Əliyev qeyd edib ki, neft qiymətinin kəskin azalması Azərbaycanın gəlirlərini azaldıb. Dövlət başçısı bildirib ki, Azərbaycanın builki dövlət büdcəsində neftin qiyməti 25 dollar təsbit olunub: “Bu gün neftin qiyməti artıq 2 dəfə bahadır. Düşünürəm ki, biz bu vəziyyətdən minimal zərərlə çıxacağıq. Azərbaycan iqtisadiyyatı şaxələndirmə siyasəti həyata keçirir. Uzun illərdir ki, bunu həyata keçiririk. Bunun sayəsində neft Azərbaycanın ümumdaxili məhsulunun 33 faizini təşkil edir. Biz ümumdaxili məhsulumuzu şaxələndirməyə nail olmuşuq və neftin qiymətlərindən asılılığımızı azaltmışıq. Bu gün ixracımızın şaxələndirilməsi ilə məşğuluq. İstərdik ki, Avropa bazarlarına rəqabət qabiliyyətli qeyri-neft məhsulları ilə daxil olaq”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda çox münbit sərmayə atmosferi var: “Azərbaycan postsovet məkanında adam başına düşən ümumdaxili məhsulun həcminə görə birinci yerdədir. Bu günə qədər Azərbaycana 200 milyard dollar yatırılıb, bunun yarısı xarici sərmayə olub. Bu gün Avropada və dünyanın digər bölgələrində böhrana baxmayaraq, biz hələ də neft-qaz və digər sahələrə sərmayə cəlb etmək iqtidarındayıq. Biz işsizliyin səviyyəsini kəskin şəkildə azalda bilmişik, bu gün işsizliyin səviyyəsi 5 faizdir. Regional infrastruktur proqramları həyata keçirilir. Bunun sayəsində yoxsulluq da 5 faizə endirilib. Biz böyük həcmdə valyuta və qızıl ehtiyatları toplamağa nail olmuşuq. Bunun sayəsində neft qiymətləri kəskin düşəndə böyük manevr imkanları əldə etmişik”.

"Azərbaycan qlobal nəqliyyat qovşağına çevriləcək"

Azərbaycan Prezidenti bildirib ki, nəqliyyat sahəsində layihələrin həyata keçirilməsi nəticəsində Azərbaycan qlobal nəqliyyat qovşağına çevriləcək. Dövlət başçısı deyib ki, Şərq-Qərb nəqliyyat dəhlizi artıq yekunlaşır: “Həmin nəqliyyat dəhlizi Çindən Xəzər dənizi üzərindən, Azərbaycandan keçməklə Avropaya uzanır. Ümid edirəm ki, bir neçə aydan sonra biz həmin layihənin başa çatmasını qeyd edəcəyik. Bu, Asiyadan Avropaya ən qısa nəqliyyat marşrutu olacaq. Təbii ki, biz bu layihədə də bərabər çalışa bilərik. Bu il başqa bir layihənin də icrasına başlanıb. Bu, Hindistandan, Pakistandan, Fars körfəzindən, İrandan, Azərbaycandan, Rusiyadan Şimali Avropaya uzanan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsidir. Bu da bizə imkan verəcək ki, 10 milyon tonlarla yükü öz üzərimizdən nəql edək. Bu da hazırda mövcud olan marşrutlardan ən qısasıdır. Təbii ki, bu, gözəl imkanlar açır. Xəzər dənizi üzərindən keçən nəqliyyat dəhlizində Xorvatiyanın təklif edə biləcəyi özəl bərə gəmiləri istifadə oluna bilər. Biz uzun illərdir ki, bu gəmilərdən istifadə edirik. Bu layihə də davamlı inkişaf və davamlı gəlir mənbəyi olacaq”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda bütün sərmayələr dövlət tərəfindən qorunur: “Azərbaycanda sabitlik hökm sürür. Neft qiymətləri ilə bağlı böhran da yaxşı imkan yaradıb və Azərbaycana sərmayə qoya bilərsiniz. Azərbaycan öz ehtiyatlarına arxalanan, özünü təmin edən, davamlı inkişafı bərqərar edən bir ölkədir. Biz neft qiymətlərini unutmaq əzmindəyik. Mən Azərbaycana daha çox xorvat sərmayələrinin qoyulmasını istərdim. Amma bu, qarşılıqlı maraq, fəaliyyət üzərində qurulan bir prosesdir. Sərmayələr, şirkətlər iqtisadi əməkdaşlığımızın aparıcı qüvvəsi olmalıdır.  Ümid edirəm ki, biznes dairələrimizin əlaqələri də gözəl siyasi əlaqələrimizə uyğun formada inkişaf edəcək”.

“Xorvatiya Aİ və NATO-da Azərbaycanın tərəfdaşı olaraq qalacaq”

“Azərbaycan prezidentinə, xanımına qonaqpərvərliyə görə təşəkkür edirəm. Mənim həyat yoldaşım və mən özümüzü evdə hiss edirik”. Bunu Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç forumda söyləyib.

Xorvatiya prezidenti Azərbaycanla Xorvatiya arasında biznes əlaqələrinin yaradılması imkanlarına görə prezident İlham Əliyevə təşəkkür edib: “Burada söhbət təkcə enerji və nəqliyyat sahəsindən getmir. İqtisadiyyatın digər sahələrində də böyük imkanlar var və Xorvatiya şirkətləri bundan bəhrələnməlidir. Mən bir neçə dəfə qeyd etmişəm, dünən ADA Universitetində çıxışımda da qeyd etdim ki, təəssüflər olsun ki, işgüzar dairələrimiz gözəl siyasi əlaqələrimiz səviyyəsində fəaliyyət göstərə bilmir. Bunu eyni qaydada Azərbaycana da şamil etmək olar. Azərbaycanla Xorvatiya arasında çox gözəl siyasi əməkdaşlıq var, heç bir açıq məsələmiz yoxdur. Sizi əmin edirəm ki, Avropa İttifaqı və NATO-da da Xorvatiya Azərbaycanın dostu və tərəfdaşı olaraq qalacaq. Ümid edirəm ki, tezliklə Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sazişin müzakirəsi başa çatacaq və bizim Zaqrebdə imzaladığımız Strateji tərəfdaşlıq sənədi də buna bir təkan verəcək”.

Kolinda Qrabar-Kitaroviç bildirib ki, onun tərəfindən “3 dəniz” təşəbbüsü irəli sürülüb: “Adriatik, Baltik və Qara dənizlərin birləşdirilməsi layihəsindən söhbət gedir. Təəssüf ki, bizim iqtisadi əməkdaşlığımızın neft qiymətindən və ya Azərbaycanın sifariş etdiyi bərə gəmilərinin sayından asılı olduğunu görürük. İqtisadi əməkdaşlığımız üçün daha güclü zəmin yaratmalıyıq. Mən şadam ki, bu gün bu forumda böyük sayda iş adamları iştirak edir. Azərbaycana rəsmi səfərimdə məni 50-dən artıq şirkət nümayəndəsi müşayiət edir. Xorvatiyada son 6 ildə müşayiət edilən tənəzzüldən sonra iqtisadiyyatımız inkişaf mərhələsinə qədəm qoyub, ümumdaxili məhsulun həcmi artır. Bu şirkətlər Xorvatiya iqtisadiyyatına həm Avropa, həm də qlobal bazarlarda öz töhfələrini veriblər. Bu gün bu şirkətlər Xorvatiyanın aparıcı şirkətləridir. Mənim məqsədim kiçik və orta şirkətlərin iqtisadiyyatın artım generatoru, aparıcı qüvvəsi olmasına nail olmaqdır. Bu şirkətlər də Azərbaycanla əlaqələrimizə mahiyyət verə bilsinlər”.

“Xorvatiya-Azərbaycan münasibətləri Avrasiyada sabitliyə xidmət edəcək”

Kolinda Qrabar-Kitaroviç bildirib ki, bir neçə gün əvvəl Xorvatiyada yeni hökumət formalaşıb. Yeni hökumət iş yerlərinin artırılması və ölkədə sərmayə qoyuluşu üçün daha yaxşı mühit yaradılması istiqamətində olduqca iddialıdır.

Xorvatiya prezidenti deyib ki, iki ölkə arasındakı müştərək iqtisadi komissiyanın fəaliyyətinə də təkan verilməlidir: “Komissiyanın ilk iclasının keçirilməsi üçün lazımi işlər görülməlidir. Komissiya ölkələrimiz arasında biznes əlaqələrini genişləndirəcək. İnanıram ki, Xorvatiyanın Azərbaycandakı ticarət nümayəndəliyi də uğurlu səfirlik statusu əldə edəcək. Biz Xorvatiyanın Azərbaycandakı səfirliyinin daha fəal olmasına çalışacağıq. Siyasi məsələləri bu səhər də müzakirə etdik. Düşünürəm ki, bizim münasibətlər daha geniş regionda, Avrasiya məkanında sülh və sabitliyin bərqərar olmasına xidmət edəcək”.

Kolinda Qrabar-Kitaroviç bildirib ki, Xorvatiya enerji sektorunda əməkdaşlığa sadiqdir: “Enerji təhlükəsizliyi tək bizim üçün deyil, bütün qonşularımız üçün olduqca vacibdir. Cənub-Şərqi Avropada irəli sürdüyüm “3 dəniz” təşəbbüsü də olduqca vacibdir. Cənub-Şərqi Avropada qaz qovşaqlarının yaradılması da ümumi sabitliyə öz töhfəsini verəcək, insanların yaşayış səviyyəsini artıracaq. Ümid edirəm ki, İon-Adriatik qaz kəmərinin inşası, Xorvatiyada maye qaz terminalının inşası perspektivli layihələrdir. Bunlar Azərbaycan şirkətlərinin Xorvatiya ilə əməkdaşlıq etməsi üçün gözəl imkanlardır. Mən bu səhər SOCAR prezidenti ilə faydalı görüş keçirdim. İnsanlar arasında əlaqələr baxımından da maraqlı layihələr var”.

Xorvatiya prezidenti gəmiqayırma sahəsində əməkdaşlıq perspektivinə də toxunub: “Burada böyük bərə gəmilərdən söhbət getmir. Kiçik həcmli, mobil kater və gəmilərdən söhbət gedir. Bu gəmilər regional təhlükəsizlik baxımından da olduqca əhəmiyyətli ola bilər. Mühəndislik, turizm, informasiya texnologiyaları, kənd təsərrüfatı, qida məhsullarının emalı sahəsində böyük təcrübəmiz var. Çox məmnunam ki, bu gün iş adamlarımız bu forumda birbaşa əlaqələr quracaqlar. Xorvatiya Ticarət Palatasına təşəkkür edirəm ki, məni və işgüzar dairələrimizi dəstəkləməkdə davam edir. AZPROMO-ya bu forumu təşkil etdiyi üçün təşəkkür edirəm. İnanıram ki, qarşılıqlı mübadilələr sayəsində işgüzar fəaliyyətin daha çox genişləndirilməsinin, eyni zamanda müxtəlif innovasiyaların və texnologiyaların mübadiləsinin şahidi olacağıq. Bizim müxtəlif sahələrdə təklif edəcəyimiz təcrübəmiz var. Minalardan təmizlənmə sahəsində böyük təcrübəmiz var. Biz bu sahədə aparıcı texnologiyaya malik ölkəyik. Təəssüf ki, Azərbaycanın bu sahədə müəyyən problemləri var. Biz bu sahədə də Azərbaycana yardım etməyə hazırıq. Əczaçılıq da sahəsində də geniş əməkdaşlıq imkanları var”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ