Bazar ertəsi günü, 11 may 2026
     

Ermənilər indi də AŞPA sədrini azərbaycançılıqda suçladı - VİDEO

Image


Dörd günlük aprel müharibəsində Azərbaycanın Qarabağ bölgəsində onilliklərdir işğal altında saxladıqları ərazidə bir neçə yüksəkliklə bərabər həm də Rusiya kimi dayağını itirən Ermənistan üstəlik artıq Qərbin də gözündən düşdüyünün, "məzlum xalq” maskasının yırtıldığının fərqindədir və belə görünür ki, bu itkilərilə qətiyyən barışmaq niyyətində deyil.

Bunun konturlarını elə bu ölkənin şər-böhtan dolu gündəlik mətbuatını izləməklə də görmək olar. Şər mətbuatının bugünkü qəhrəmanı isə deputat, "Çiçəklənən Ermənistan” partiyasının sədri Naira Zoqrabyandır.  Erməni deputat budəfəki çıxışında aprel müharibəsinin əsasının AŞPA-nın yanvar sessiyasında qoyulduğunu bildirərək bəyan edir ki, qurum Sərsəng su anbarı ilə bağlı məsələnin lehinə səs verməklə Azərbaycana "özünün genişmiqyaslı aqressiyasını yeritmək üçün kart-blanş verib”. O, eyni zamanda,  AŞPA sədri Pedro Aqramuntun "Əliyev rejimini dəstəklədiyinə görə” məsuliyyətə cəlb olunmasına çağırıb. İç üzləri açılandan sonra artıq kimləri qandırmağa hesablandığı bəlli olmayan tipik erməni iftiraları ilə dolu çıxışında erməni deputatı Azərbaycan tərəfinin dördgünlük müharibədə "törətdiyi vəhşiliklərdən” ağızdolusu danışsa da, onları daha çox ağrıdan məsələnin Qərbin himayəsindən kənarda qalmaqları olduğu aydın sezilir. Belə ki, o, AŞPA prezidenti Pedro Aqramuntu "sivil dünyanın gözü qarşısında aqressiyanı dəstəkləməkdə” günahlandırmaqla qalmayaraq,  həmin günlərdə Assambleyanın Azərbaycanı dəstəkləyən bəyanatının "hərbi cinayətkarları ruhlandırdığını” bildirir.  Bu yerdə erməni partiya lideri AŞPA prezidentini İlham Əliyevin mətbuat katibi adlandırmaqdan da çəkinmir və bildirir ki, Pedro Aqramuntun AŞPA-da "Azərbaycanın  rəsmi nümayəndəsi olduğu hər kəsə məlum həqiqətdir”.

"AŞPA-nin tarixində belə bir presedent yxdur ki, qurumun rəhbəri təşkilatçılıqla deyil, ayrı-ayrı ölkələrin maraqlarını dəstəkləməklə məşğul olsun. AŞPA prezidenti seçilməsinin ardından ilk səfərini Azərbaycana etməklə, Pedro Aqramunt  Əliyevə sədaqətini nümayiş etdirdi. O ağır günlərdə (2-5 aprel) isə verdiyi bəyanatda açıq mətnlə Azərbaycana dəstək verdi” – deyə Zoqrabyan bildirib. Onun sözlərinə görə, 47 ölkənin birləşdiyi,  800 milyon avropalının maraqlarını müdafiə etməli olan qurumun rəhbəri obyektiv olmaq əvəzinə özünü "Azərbaycan   Prezidentinin mətbuat katibi kimi” aparır.  Deputatın fikrincə, qurumun yanvar sessiyasında Azərbaycanın humanitar fəlakət kimi təqdim etdiyi Sərsəng su anbarı ilə bağlı məsələnin gündəliyə salınmasında məqsədi əslində problemi həll etmək deyil, Sərsəngi ələ keçirmək idi və son hadisələr də bunun davamı oldu: "Aqressiya günlərində Azərbaycan Ordusunun  qüvvələrinin yerdəyişməsini izləyin və o zaman əmin olacaqsız ki, Sərsəng məsələsində onların lehinə səs verməklə Azərbaycana aqressiyasını yürütmək üçün kart-blanş verdiniz”.

Məsələ burasındadır ki, Qarabağ probleminin başladığı dönəmdən indiyə kimi istər özlərinin fitnəkarlıq bacarıqları, istərsə də lobbilərinin bir çox aparıcı dünya ölkələrində güclü olması səbəbindən ermənilər hər zaman müxtəlif ranqlı beynəlxalq təşkilatlarda onların lehinə qərar çıxarılmasına artıq alışıblar. Lakin Azərbaycanın bu illər ərzində özünü toparlaması zaman alsa da, artıq son illərdə bu zamanın onların lehinə işləmədiyinin fərqindədilər ki, bu da az qala onları affekt vəziyyətinə gətirir. Belə ki, Azərbaycan hazırda regionun aparıcı dövləti olmaqla haqq səsini daha ucadan səsləndirməyə başlayıb və artıq dünya bu səsi eşitməyə məhkumdur. Təklənən və arxasız durumu ilə heç cür barışmaq istəməyən Ermənistan isə, haqsız durumda olduğunu bilsə belə, daxilində saatlı bomba kimi hər dəqiqə onu təhdid edən sosial narazılığı yatırmaq üçün daxili auditoriyaya hesablanmış belə çıxışlarla emosiyaları qismən yatırmaqdan başqa çıxış yolu görmür.

Xatırlayırsınızsa, hələ ötən iln sonlarında AŞPA-nın yanvar sessiyasında Azərbaycanla bağlı gündəliyə salınan  məsələlərin dəstəklənəcəyinin "qoxusunu alan” ermənilər ciddi hərəkətə keçmişdilər və əks-həmləyə hazırlıq görürdülər. Lakin AŞPA-da səs çoxluğunun Azərbaycanın yanında olması onları susmağa vadar etdi. Partiya sədri səviyyəsində verilən son açıqlamalar isə göstərir ki, ermənilər bu fiaskonu həzm edə bilməyib və onu dördgünlük müharibənin zəmini adlandırır.  Bunu həm də "müharibəni Azərbaycan başladı” kimi dövriyyəyə buraxdıqları cəfəng fikrin şüurlara yeridilməsi cəhdi saymaq olar. Amma özləri də fərqindədirlər ki, artıq belə cəhdlər keçmir: nahaq deməyiblər ki, haqq nazilər, üzülməz...






Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

Gürcüstanla Rusiya Zəngəzur dəhlizinə alternativ hazırlayır - qonşumuzdan yeni davranış...

Azərbaycandan keçən yollar Avrasiyada müharibələrdən təsirlənməyən yeganə marşrut oldu...

SON XƏBƏRLƏR

10.05.2026 / 22:19
İrandan Britaniya və Fransaya Hörmüz xəbərdarlığı – cavab verəcəyik...

10.05.2026 / 21:28
Prezident İlham Əliyevin sosial media hesablarında Zəngilan səfəri ilə bağlı videoçarx paylaşılıb

10.05.2026 / 20:45
Hantavirusun ilk qurbanı quşları tədqiq edən alim imiş…

10.05.2026 / 20:20
ABŞ indi də Kuba ilə “məşğul olmaq” niyyətindədir - Tramp belə deyir…

10.05.2026 / 20:04
İspaniya hantavirus aşkarlanan gəmidən təxliyyələrə başladı

10.05.2026 / 19:34
Kreml Ermənistanın Zelenskinin antirusiya çıxışına qəsdən şərait yaratdığını iddia etdi - izahat verməlidirlər...

10.05.2026 / 18:52
Tehran ABŞ-ın son təklifinə cavab verdi...

10.05.2026 / 18:40
Xalq şairi Zəlimxan Yaqub haqqında unudulmaz dost xatirələri

10.05.2026 / 18:25
Kiyevdən Putinə cavab gədi - Zelenski görüşə hazırdır...

10.05.2026 / 18:02
Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan rayonundan paylaşım etdi - FOTO

10.05.2026 / 16:45
İran XİN: “AEBA-nın işi siyasi mesajlar yox, yoxlamadır”

10.05.2026 / 16:17
Paşinyandan tarixi Qarabağ etirafı – “Orada məktəb, bağça, fabrik inşa etdikmi? Xeyr, çünki bizim deyildi”... VİDEO

10.05.2026 / 15:57
Heydər Əliyevin adı ilə bağlı Naxçıvan turu... - VİDEO

10.05.2026 / 13:33
"Ucqar kənd məktəblərinin birləşdirilməsi istiqamətində iki model tətbiq edilir" - Nazir

10.05.2026 / 13:20
"Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik" - Prezident

10.05.2026 / 13:17
Prezident İlham Əliyev bu gün Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqladı

10.05.2026 / 13:16
"Bizdən Ermənistanı qorumaq lazım deyil, biz istədiyimizə nail olmuşuq" - Prezident İlham Əliyev

10.05.2026 / 13:12
Prezident: "Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, biz ayıq olmalıyıq"

10.05.2026 / 13:09
"Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək" - Prezident

10.05.2026 / 13:06
Prezident: "Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır"

10.05.2026 / 13:04
"Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur" - Prezident

10.05.2026 / 13:03
Prezident Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - FOTO

10.05.2026 / 12:56
Zəngilan şəhərində inşa olunmuş ilk yaşayış kompleksinin açılışı oldu - FOTO

10.05.2026 / 12:33
Ceyhun Bayramov: "Delimitasiya və demarkasiya prosesi ilə bağlı işlər davam edir"

10.05.2026 / 12:08
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar - FOTO

10.05.2026 / 11:58
Qeyri-adi yetənəyi ilə məşhurlar siyahısına düşən soydaşımız - Günay Həsənova

10.05.2026 / 11:50
"Əfsuslar olsun ki, Ermənistanda hələ də Azərbaycana qarşı revanşist düşüncəli şəxslər var" - Ceyhun Bayramov

10.05.2026 / 11:36
Prezident İlham Əliyev Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub - FOTO

10.05.2026 / 11:14
Prezident İlham Əliyev: "Slovakiya ilə tərəfdaşlığımızı yüksək qiymətləndirirəm"

10.05.2026 / 11:10
Ceyhun Bayramov Naxçıvana dron hücumundan danışdı

10.05.2026 / 09:53
İraqda səhranın ortasında İsrailin İrana qarşı qurduğu gizli baza aşkarlandı - əraziyə yaxınlaşan İraq ordusuna atəş açıldı...

10.05.2026 / 09:10
ABŞ UNO-larla bağlı ŞOK GÖRÜNTÜLƏR yaydı...

10.05.2026 / 08:56
Müasir Azərbaycan Heydər Əliyevin memarlıq dühasının təcəssümüdür

10.05.2026 / 08:34
Dörd illik qanlı müharibənin sonu göründü - Putindən Zelenskiyə sülh mesajı...

10.05.2026 / 00:28
Ermənilər işğal dönəmində Qarabağda törətdiyi cinayətləri elə özləri ifşa edir - VİDEO

10.05.2026 / 00:14
Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı paylaşım edib

10.05.2026 / 00:10
Prezident Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib

10.05.2026 / 00:03
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

09.05.2026 / 23:10
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Şükürbəyli sakinləri ilə görüşündən görüntülər paylaşılıb - VİDEO

09.05.2026 / 22:53
Trampdan Roma ilə gərginliyi artıracaq açıqlama - ABŞ qoşunları İtaliyadan çıxarılır...

09.05.2026 / 22:17
Fars körfəzini fəlakətə sürükləyəcək iddia... ABŞ-ın vurduğu Xark adasında neft sızması aşkarlandı - sürətlə yayılır...

09.05.2026 / 19:35
Sabah Azərbaycandan Ermənistana 16 vaqon dizel göndəriləcək

09.05.2026 / 19:11
İran körfəz ölkələrini Hörmüzlə təhdid etdi - bu riskə getməyin...

09.05.2026 / 18:50
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO

09.05.2026 / 18:22
Prezident: "Yaşayışla, təhsillə bağlı məsələlər həll olunduqca, məşğulluq məsələləri də həll edilir"

09.05.2026 / 18:16
"Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir" - Prezident

09.05.2026 / 17:45
Cəbrayılın Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışı oldu - FOTO

09.05.2026 / 17:43
Prezident və Birinci xanım Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar - FOTO

09.05.2026 / 17:40
ABŞ və İran gələn həftə İslamabadda görüşə bilər...

09.05.2026 / 17:38
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

09.05.2026 / 17:28
Zaqatalada silahlı insident - restorandan çıxarkən qapıda güllələndi...

09.05.2026 / 17:20
Prezident və Birinci xanım Şükürbəyli kəndində fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar - FOTO

09.05.2026 / 17:11
Cəbrayılın Şükürbəyli kəndinin açılışı oldu - FOTO

09.05.2026 / 17:07
Putin qələbə paradında NATO-nu hədəf aldı, Kimdən də dəstək gəldi...

09.05.2026 / 16:13
BTQ Fransadan BMT-nin çağırışlarına dərhal əməl etməyi tələb etdi...

09.05.2026 / 15:40
“Bakı-Xankəndi” velosiped yarışının mükafat fondu açıqlandı - 50 min avrodan çox...

09.05.2026 / 15:12
"Müharibə qabaqdadır" - Ohanyan yenə sarsaqladı...

09.05.2026 / 14:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıla səfər ediblər

09.05.2026 / 13:55
Suraxanıda 12 kiloqram narkotik aşkarlanıb - VİDEO

09.05.2026 / 13:11
DİN-in şəxsi heyəti Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO/VİDEO

09.05.2026 / 12:28
Qobustanda elektrik stansiyası ərazisində güclü yanğın olub

09.05.2026 / 12:02
Tərtərdə gənc oğlan asma bronxid xəstəliyindən ölüb

09.05.2026 / 11:55
Prezident Birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar - FOTO

09.05.2026 / 11:52
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO

09.05.2026 / 11:25
Azərbaycan Tibb Universiteti Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır

09.05.2026 / 11:16
2 cüdoçumuz "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayır

09.05.2026 / 11:03
Azərbaycandan Ermənistana 8 vaqon dizel göndərildi

09.05.2026 / 10:59
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlandı

09.05.2026 / 10:11
Yol Polisi qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi

09.05.2026 / 06:39
Bu gün QƏLƏBƏ günüdür

09.05.2026 / 06:28
Paşinyan Ermənistanın Qarabağ iddiasını ölümcül səhv adlandırdı

09.05.2026 / 06:14
İran BMT-yə çağırış etdi - “ABŞ-ı qınayın”…

09.05.2026 / 06:04
Trampı tabutda təsvir etdi, altına “kaş ki…” yazdı - Ağ Ev şokda…

08.05.2026 / 23:06
ABŞ UFO-larla bağlı arxivləri açdı – ŞOK GÖRÜNTÜLƏR...

08.05.2026 / 21:22
Fransa Hindistandan Gürcüstana Ermənistan üzərindən dəhliz çəkir...

08.05.2026 / 20:45
Ermənistan ordusunu qurmaq Fransanın prioriteti elan olundu...

08.05.2026 / 20:07
Rusiya XİN Paşinyandan qisas alınacağını rəsmi bəyan etdi... “Zelenski...”

08.05.2026 / 19:44
Gənc istedadın ilk fərdi sərgisi açıldı - FOTO

08.05.2026 / 19:18
ABŞ Ukrayna müharibəsində vasitəçilikdən imtina edir – danışıqlar dalana dirənib...

08.05.2026 / 18:59
İran Hörmüz boğazında nəhəng neft tankerini ələ keçirdi...

08.05.2026 / 18:41
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu

“Böyük qayıdış” müasir şəhərsalma mədəniyyətinə böyük töhfələr verir...

XƏBƏR ARXİVİ