Bazar günü günü, 08 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Milli jurnalistikamızın Azərbaycanı dünyaya, xarici aləmi isə ölkəmizə yüksək peşəkarlıqla təqdim etməsi perspektivləri
Tarix: 07.11.2014 / 02:31
Bölmə: Gündəm
Azərbaycan Mətbuat Şurasının "Beynəlxalq münasibətlər mövzusu ölkəmizin kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları" layihəsinə start verməsindən bir il keçir. Bu müddətdə mövzu ilə bağlı silsilə tədbirlər təşkil olunub. "Heydər Əliyev və Azərbaycan beynəlxalq münasibətlər sistemində" mövzusunda jurnalist yazıları müsabiqəsi mediada diqqətçəkən hadisə kimi yadda qalıb.
Müsahibimiz layihənin rəhbəri, AMŞ beynəlxalq münasibətlər komissiyasının sədri, Milli Məclisin deputatı Cavanşir Feyziyevdir.
- Cavanşir müəllim, Sizin təşəbbüsünüzlə gerçəkləşdirilən bu önəmli media layihəsi hansı zərürətdən yarandı və necə ərsəyə gəldi?
- Azərbaycan Mətbuat Şurasının mediada himayə etdiyi məsələlərdən biri də jurnalistlərin peşəkarlığının yüksəldilməsi, ölkənin daxili və xarici siyasətinin prioritetlərinin professionallıqla işıqlandırılması, dünya ilə geniş inteqrasiyaya, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə hərtərəfli informasiya dəstəyi yaradılmasıdır. Bu məqsədlə müxtəlif müsabiqələr, maarifləndirici tədbirlər, tematik müşavirələr, seminar, konfrans və "dəyirmi masa"lar keçirilir. Bu sırada mediada beynəlxalq münasibətlər mövzusuna verilən önəm də təbiidir.
Ondan başlayaq ki, hər hansı sahənin gündəmə gətirilməsini zəruriləşdirən obyektiv və subyektiv səbəblər var. Bunlardan kifayət qədər söz açmaq mümkündür. Məsələn, jurnalistlərin hərbi-vətənpərvərlik mövzusunu, hüquqi məsələləri necə qələmə almalarına diqqət yetirsək, kəm-kəsirlərin mövcudluğunu görərik. Eləcə də digər istiqamətlərlə bağlı qeyri-peşəkarlıq göz önündədir. Kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının zəifliyi, jurnalistlərin spesifik sahələr üzrə peşəkar biliklərinin istənilən səviyyədə olmaması kimi səbəbləri başa düşmək olar.
Ancaq biz heç də o anı gözləməməliyik ki, Azərbaycan jurnalisti BBC-nin əməkdaşı qədər məvacib alandan sonra onun kimi peşəkara çevrilsin. O biri tərəfdən, bizim elə jurnalistlərimiz var ki, bir çox hallarda hazırladıqları mateirallarla hər hansı qabaqcıl dünya media qurumunun əməkdaşlarından nəinki geri qalmır, hətta onları üstələyirlər. İstənilən qədər olmasa da, gerçəkdə belə nümunələr var. Deməli, peşəkarlıq heç də həmişə maddi- texniki durumla ölçülmür və bu zaman dövriyyəyə subyektiv amillər girir.
Жurnalisti hazırlamaq, çağdaş anlamda maarifləndirmək, onun fəaliyyətini müəyyən mənada stimullaşdırmaq lazımdır. Artıq neçə ildir ki, "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası" qəbul olunub. Onun işləkliyini təmin etmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Bu o deməkdir ki, ölkəmizdə KİV-in problemlərinin həllinə diqqət, media işçilərinə qayğı dövlət siyasəti səviyyəsində kompleks, sistemli səciyyə daşıyır. Azərbaycan Mətbuat Şurasının medianın faəliyyət dairəsinə daxil olan bir çox istiqamətlərdə əlaqələndirici rolu, xüsusən jurnalist peşəkarlığının artırılmasına yönələn səyləri də KİV-in problemlərinin həllini sürətləndirir.
Beynəlxalq münasibətlər mövzusundakı layihəyə gəlincə, Azərbaycanın bu sahədəki siyasi, iqtisadi, elmi və mədəni əlaqələri daim kütləvi informasiya vasitələrimizin maraq dairəsindədir. Mövzuya, insafən, əksər qəzet, jurnal, informasiya agentliyi və xəbər portalı çoxsaylı material həsr edir. Lakin bir çox hallarda məsələyə yanaşma səthi, birtərəflidir. Beynəlxalq mövzulu materiallar, əsasən, xronika şəbəkəsindən götürülür, jurnalist araşdırmasına, təhlillərə, oxucunun gözlədiyi milli təfərrüatlara və yanaşma incəliklərinə o qədər də diqqət yetirilmir. Layihə çərçivəsində ilkin olaraq aparılan monitorinqin nəticələri də bunu göstərir.
Mətbuat Şurası problemin həlli yolunu, ilk növbədə, Azərbaycanın beynəlxalq əlaqələrini KİV-lərdə işıqlandıran jurnalistlərimizin ixtisaslaşmalarında, qazanılan peşəkarlıq vərdişlərinin inkişafı üçün stimullaşdırıcı kompleks tədbirlərin həyata keçirilməsində görür. Qeyd etdiyim kimi, mövcud layihə Azərbaycanın beynəlxalq nüfuzunun və xarici əlaqələrinin daim yüksəlişdə olduğu indiki məqamda müstəsna önəm daşıyır. Düşünürük ki, jurnalistlərin beynəlxalq siyasət sahəsində ixtisaslaşması qlobal proseslərin ölkə oxucusuna daha səriştəli çatdırılmasına, bu sahədə obyektiv və faydalı ictimai rəyin formalaşdırılmasına kömək edə bilər.
Dünyada, xüsusən regionda baş verən hadisə, proseslərə doğru-düzgün, sistemli jurnalist yanaşması, ilk növbədə, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasını, həmçinin Qarabağ məsələsində daxili ictimai rəyin monolitliyini təmin etməyi hədəfə almalıdır. Layihə bu kimi məsələlərə fəal təsir göstərməyi, medianın səfərbəredici missiyasını məhz Azərbaycanın beynəlxalq əlaqələri müstəvisində gücləndirməyi nəzərdə tutur.
- Ötən bir ildə layihə hansı yeniliklərə yol açıb, jurnalistlərin beynəlxalq münasibətlər mövzusuna yanaşmasında müsbət meyllər müşahidə olunurmu?
- Düşünürəm ki, hələ konkret, ciddi dəyərləndirmə aparmaq tezdir. Layihə çərvivəsində monitorinq davam edir. Ötən müddət ərzində beynəlxalq mövzudakı materialların təqdimatında janr müxtəlifliyinə görə "Xalq cəbhəsi", "Olaylar" qəzetlərinin seçildiyini demək mümkündür. Eyni zamanda, "Xalq qəzeti" və "Azərbaycan" qəzetində verilmiş materiallarda peşəkarlıq səviyyəsinin yüksək olduğunu qeyd etmək olar. Elektron media resurslarından APA-nı və AzərTAc-ı fərqləndirmək mümkündür.
Əlbəttə, qənaətbəxş meyllər az deyil. Bu yaxşılaşma özünü təkcə Azərbaycanın beynəlxalq münasibətlərdə fəallaşan mövqeyinin işıqlandırılmasında deyil, dünyada baş verən hadisələrin təhlili ilədə bağlı göstərir. Belə materiallar komissiyada qruplaşdırılır və mütəxəssislər onları dəyərləndirirlər. Жurnalistlər arasında keçirdiyimiz müsabiqədə, qaliblərdən əlavə, beynəlxalq münasibətlər mövzusunu daha çox diqqətdə saxlayan KİV-lər də mükafatlandırıldı. Bununla belə, arzuladığımız nəticələrə çatmaq üçün hələ çox iş görməliyik.
Biz beynəlxalq prosesləri də, bununla bağlı dünyanın aparıcı KİV-lərində gedən şərhləri də izləyirik. Bəzən hansı fikirlərin nə məqsədə kökləndiyi aydın görünür. Əslində, ictimai rəy də məhz belə formalaşdırılır. Əksər hallarda aparıcı xarici ölkələrin mediasında formalaşdırılan ictimai rəy nəticə etibarilə hədəfə alınan ölkə və regionlara yönəlik ikili standartların formalaşmasına gətirir. Azərbaycan da ikili standartlar siyasətindən əziyyət çəkən ölkədir. Жurnalistikamız məhz bu kimi məqamlar üzərində düşünməlidir. Digər bir cəhət proseslərin özünün dərindən öyrənilməsidir. Bu, iki baxımdan vacibdir: birincisi, xaricdən olan təsirlərə zəruri reaksiyanın verilməsi, ikincisi, daxili ictimai rəyin yanlış yönləndirilməsinin qarşısının alınması.
Daha bir məqam isə nəhəng xarici media korporasiyalarının apardığı məqsədyönlü təbliğatdakı stereotiplərin aşkarlanmasıdır. Göründüyü kimi, bütün bunların həyata keçirilməsi məsələlərə sistemli yanaşan jurnalistika institutunun mövcudluğu şəraitində mümkündür. Hələlik bu iş media tədqiqatları üzrə ixtisaslaşan ayrıca mərkəzlər tərəfindən koordinasiya edilməlidir. Amma hər halda, öyrənilməli və jurnalist fəaliyyətində tətbiq olunmalı cəhətlər çoxdur.
Layihə çərçivəsində aparılan aylıq monitorinqlərin nəticəsi göstərir ki, kütləvi informasiya vasitələrinin materiallarında əhatəli jurnalist araşdırmasına, dərin, obyektiv təhlillərə və oxucunu ayıq-sayıq qənaətə gətirən məsələlərə az rast gəlinir. Bu baxımdan qəzetlərdə vəziyyət nisbətən yaxşıdır. Onlarda analitik məzmunlu materialların təqdimatına xüsusi yanaşma mövcuddur. Beynəxalq hadisə və proseslərlə əlaqədar analitik müsahibələr verilməsi baxımından da qəzetlər seçilir. Hazırda ənənəvi mediadan onlayn mediaya keçidin sürətlənməsini nəzərə alsaq, əlbəttə, internet üzərindən yayımlanan KİV-lərin beynəlxalq məsələlərə daha çox önəm verməsi xüsusilə vacibdir.
- Bütün bunlar kifayət qədər dərin məzmun daşıyır, əhatəlidir. Azərbaycanın hazırkı media reallıqları baxımından bu hədəflərə çatmaq o qədər də asan deyil.
- Elədir, amma gözləməkdənsə, nəyəsə başlamaq lazımdır. Heç kəs bizə BBC-ni və ya CNN-i bağışlayan deyil. Amma hədəfimiz o olmalıdır ki, bizdə də bunlara bənzər qurumlar, orada çalışan mütəxəssislər səviyyəsində kadrlar olsun. Əlbəttə, bu təşkilatların arxasında dayanan dövlətlər həm ərazisinə, həm əhalisinə, həm də iqtisadi imkanlarına görə nəhəng dövlətlərdir. Bu isə həmin media qurumlarının beynəlxalq nüfuzunu artıran əlavə amildir. Lakin unutmaq lazım deyil ki, onlar da bir zaman sıfırdan başlayıblar, nüfuzu və etimadı, eləcə də iqtisadi imkanları zaman-zaman peşəkarlığı artırmaqla qazanıblar.
Azərbaycanda KİV-in hazırkı maddi durumu nüfuzlu media korporasiyalarının iqtisadi imkanları ilə müqayisə oluna bilməz. Mediamızın bu gün beynəlxalq siyasi proseslərdə ölkəmizin mənafeyini ifadə edən avanqard rolunda çıxış etməsini gözləmək də sadəlövhlük olardı. Bununla belə, bu prioritet mövzunu diqqətdən kənarda qoymaq da düz olmazdı. Çünki bir ölkənin müəyyən maraqlarının müdafiəsində bəzən jurnalistlər siyasətçilərdən də üstün söz sahibi olurlar. Bu xüsusda siyasətçilərin jurnalistlərlə birgə fəaliyyət praktikası da var.
Belə birgə mövqe nəticəsində bir çox hallarda rəsmi səviyyədə açıqlanması mümkünsüz görünən məsələlər incə jurnalist qələmi ilə çox aydın şəkildə bəyan olunur. Qarşı tərəf də məsələnin hansı nəticələrə səbəb ola biləcəyinin mümkünlüyünü qabaqcadan görür. Biz də bu cür xidmət missiyasını üzərinə götürə bilən jurnalistikanın yetişməsinə çalışmalıyıq. Baxışlarını, mülahizələrini dünya ictimai rəyinin nəzərə alacağı jurnalistikamızın formalaşması olduqca vacibdir. Bu məqam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışlarında da ifadə olunub. Dövlət başçısı 2010-cu ildə Mətbuat Şurasının yeni binasının açılışı zamanı idarə heyəti üzvləri ilə görüşdə "biz imkan verməməliyik ki, Azərbaycan hansısa qüvvələrin, xarici dairələrin qarşıdurma arenasına çevrilsin" söyləyərkən mütəşəkkil ictimai institut kimi məhz jurnalistikamızın milli maraqlara sadiqliyini önə çəkmişdi.
O zaman ölkə rəhbəri xarici qüvvələrin sifarişi ilə hansısa mövzu ətrafında yanlış rəy formalaşdırmaq cəhdlərinə son qoyulmasının vacibliyini ifadə etmiş, jurnalistləri vətənpərvərliyə çağırmışdı. Göründüyü kimi, cənab Prezident prinsipial olaraq məsələnin həllini vətənpərvərlik üzərinə yönləndirib. Əlbəttə, bu onun jurnalist peşəsinə verdiyi yüksək dəyərdir. Digər tərəfdən, belə yanaşma milli jurnalistikamız qarşısında yeni vəzifələr qoyur. Aydındır ki, regionda və ya dünyada müəyyən siyasi dairələrin əli ilə ölkəmiz barədə yanlış rəy formalaşdırmaq istəyənlər var. Bu tendensiyaya qarşı mübarizədə isə yenə də beynəlxalq proseslərin mahiyyətini anlayan vətənpərvər qələm sahiblərimizin çox olması vacibdir.
- Layihə çərçivəsində gələcəkdə hansı işlərin görülməsi planlaşdırılır?
- Beynəlxalq münasibətlərin strukturu olduqca çoxşaxəlidir. Qərb dövlətləri ilə əməkdaşlıq, MDB ölkələri ilə əlaqələr, Türk dünyası, Asiya regionu ilə işbirliyi və sair yönlərdə ölkəmizin maraqları mediadan həssas, ardıcıl, çevik yanaşma tələb edir. Bu və ya digər istiqamətlərdə həm Azərbaycanın strateji mənafeyini dəqiq ifadə edə bilən, həm də həmin areallardakı siyasi proseslərin mahiyyətini dərindən bilən və oxucuya anlatmağı bacaran jurnalistlərimizin çoxalmasına ehtiyac var. Bu isə, öz növbəsində, beynəlxalq münasibətlər mövzusunu işıqlandıran qələm sahiblərinin özlərinin də konkret istiqamətlər üzrə ixtisaslaşmasını labüdləşdirir. Layihənin gələcək mərhələlərində məhz bu cəhətə diqqət yetirəcəyik.
Mövzunu diqqətdə saxlamaq məqsədilə bundan sonra da müxtəlif tematik tədbirlər təşkil olunacaq. Aylıq monitorinqlər isə davam etdiriləcək və beynəlxalq münasibətlər mövzusunu ən çox işıqlandıran KİV-lərin siyahısı mütəmadi olaraq açıqlanacaq.
Daha çox oxucu rəğbəti qazanan fəal jurnalistlərin gələcəkdə qabaqcıl ölkələrdə təcrübə kurslarına göndərilməsi də nəzərdə tutulur. Xarici media mütəxəssislərinin treninqləri təşkil olunacaq. Beynəlxalq münasibətlər mövzusunda yazı müsabiqələrini davam etdirmək də faydalı olacaq.
Komissiya layihəni davamlı şəkildə icra edəcək. Ümumən, çalışacağıq ki, beynəlxalq münasibətlər mövzusu, xüsusən Dağlıq Qarabağ münaqişəsi bütün spektrləri ilə daim milli mediamızda ən yüksək səviyyədə işıqlandırılsın.
- Maraqlı müsahibəyə görə sağ olun. Komissiyanızda yeni- yeni layihələr gerçəkləşdirilməsini arzu edirik.
Söhbəti hazırladı:
DİGƏR XƏBƏRLƏR
Tarix: 08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası -
“Zəfər arzuları”
Tarix: 08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu
Tarix: 08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi
Tarix: 07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub
Tarix: 07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...
Tarix: 05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...
Tarix: 05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..
SON XƏBƏRLƏR
08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilir
08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib
08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi -
dünya qədrimizi bildimi?..
08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...
08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi
08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir"
- - Müdafiə naziri
08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!"
- Prezident
08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"
08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir"
- Prezident
08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"
08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür"
- Prezident İlham Əliyev
08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"
08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin"
- Prezident
08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"
08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib"
- Prezident
08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"
08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi"
- Prezident
08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"
08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi"
- Prezident
08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi"
- Prezident
08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi
- FOTO/VİDEO
08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi
08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək
08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib
- FOTO
08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur"
- Şahbaz Şərif
08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər
- FOTO
08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan
- VİDEO
08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
- FOTO
08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib"
- Mətbuat Şurası
08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır
08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib
08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası -
“Zəfər arzuları”
08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu
08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi
08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü -
İranın ticarət yolları tam qapanır
08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür
08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...
07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb
- VİDEO
07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı
07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir
07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...
07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar -
Zəfərin kökündə müzakirə edilən məqamlar...
07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər
07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi
- 20 milyon dollar...
07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər
- FOTO
07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm"
- Lukaşenko 1917-ci il hadisələrinə qarşı…
07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?
07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq
- müharibə Avropaya da yayılacaq...
07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...
07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir?
- DOSYE
07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı
- FOTO
07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub
- FOTO
07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu
...
07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi
- SƏRƏNCAM
07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir"
- Vüqar Rəhimzadə
07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...
07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib
- FOTO
07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu
- FOTO
07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub
- FOTO
07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
- FOTO
07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir
- FOTO
07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib
- FOTO
07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi”
- Əhliman Əmiraslanov yazır...
07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu
- FOTO
07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır
- NATO-nun baş katibi
07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.
07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...
07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub
07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...
07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib
- FOTO
07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub
07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib
07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar
06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...
06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" -
iddia və həqiqət...
06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...
06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...
Tarix: 28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi -
Yunanıstan dəstəkləndi...
XƏBƏR ARXİVİ