Bazar günü günü, 08 noyabr 2026
     

Miqrantlar Rusiyadan dollar göndərmək imkanlarından məhrum ola bilər

Image


Bu günə qədər şimal qonşumuzda çalışan miqrantlar əldə etdikləri vəsaiti öz ölkələrinə daha çox dollar şəklində göndərir. Lakin Rusiyanın ABŞ sanksiyalarına görə dollara qarşı başladığı yeni siyasət bu prosesdə ciddi maneələr yaratmaq iqtidarındadır. Proseslər göstərir ki, şimal qonşumuz dolların ölkə daxilində istifadəsini məhdudlaşdırmaq israrlıdır. Bu isə miqrantlara da təsirsiz ötüşməyəcək.
Qeyd edək ki, Rusiya ərazisində ABŞ dollarının dövriyyəsinin və saxlanmasının qadağan edilməsini nəzərdə tutan qanun layihəsi Dövlət Dumasının gündəliyinə çıxarılıb. Sözügedən qanun layihəsi qəbul olunacağı təqdirdə Rusiya vətəndaşları Rusiya banklarında olan dollar hesablarını bir il ərzində bağlamağa, özlərində olan nağd dollar əskinaslarını isə rus rubluna, yaxud digər ölkələrin valyutalarına dəyişməyə məcbur ediləcəklər. Qanun layihəsində belə qadağa da nəzərdə tutulur ki, kimsə öz dollar hesabını bir il ərzində bağlamasa, həmin hesab avtomatik surətdə dondurulacaq və sahibi puldan əlini üzməli olacaq. Həmçinin polis, sərhəd, gömrük, vergi və miqrasiya xidmətlərinin əməkdaşları kimdə nağd dollar görsə, həmin əskinaslar dövlət nəfinə müsadirə olunacaq. Belə vəziyyət banklar və digər vasitələrlə dollar göndərilməsində də ciddi problemlər yaradacaq. Qeyd edək ki, miqrantlar ölkələrinə gələndə də əllərində olan vəsaiti dollara çevirirdi. Lakin artıq onların dollarla Rusiyadan çıxması da çətinləşir. Belə vəziyyət azərbaycanlı miqrantlara təsirsiz ötüşməyəcək. Xatırladaq ki, miqrantlar hər il Rusiyadan Azərbaycana dollarla böyük həcmdə vəsait göndərir. 2012-ci ilin statistik rəqəmlərinə görə, Rusiyadan Azərbaycana qanuni yollarla köçürülən məbləğin həcmi 600 milyon dollar olub. Rusiyanın iqtisadi qurumlarının verdiyi məlumata görə, təqribən bir o qədər vəsait də qeyri-bank yolu ilə, müxtəlif digər kanallar vasitəsilə köçürülür. Ötən il də rəqəmlər buna yaxın olub. Cari il ərzində isə qismən azalma gözlənir. Belə çıxır ki, aşağı-yuxarı bu ölkədən Azərbaycana ildə 1-1,2 milyard dollar göndərilir. Bu isə heç də az vəsait deyil. Lakin görünən odur ki, artıq bu vəsaitin dollarla göndərilməsi müşkülə çevriləcək.
Rusiya ölkə xaricində də dollara qarşı sərt mübarizə aparır. Belə ki, Kreml dollara alternativ valyutanın yaradılması istiqamətində fəal iş aparanlar sırasındadır. Bununla bağlı olaraq Qərbin sanksiyalarına məruz qalan Rusiyada şirkətlər ABŞ dollarına alternativ valyuta tapıb. Məsələn, artıq "Meqafon" və "Nornikel" depozitlərini Çin banklarına keçirib. Bir çox iri Rusiya kompaniyaları da Honkonq valyutası ilə işləməyə üstünlük verir. Məlumatlara görə, Honkonq dollarında yatırılan valyutanın həcmi 20-25 milyard dollara çatacaq. Bu isə Asiya regionunda ABŞ dollarına olan etimadı sarsıdacaq. Hadisələrin bu səpkidə inkişafında, Rusiya ilə yanaşı, Çin də xüsusi maraqlıdır. Xatırladaq ki, Rusiyanın VTB bankı ilə Çin bankı arasında dollar yox, milli valyutalardan istifadə ilə bağlı razılaşma əldə olunub. Rusiya və Çin arasında əldə olunan razılığa görə, ticarətdə rubl və yuandan istifadə ediləcək. Onu da bildirək ki, Rusiya Dövlət Dumasının "Ədalətli Rusiya" fraksiyasının başçısı Sergey Mironov da bundan əvvəl BRICS ölkələrinin iqtisadiyyatı əsasında yeni beynəlxalq rezerv valyutası yaratmağı təklif edib. Mironov belə bir valyutanın daha dayanaqlı və daha lazımlı olacağını bildirib. Xatırladaq ki, beş sürətlə inkişaf edən ölkədən ibarət olan BRICS-ə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası daxildir.
Bundan başqa, Mironov həm də təklif edib ki, Beynəlxalq Valyuta Fondunun (BVF) funksiyalarını yerinə yetirə biləcək yeni beynəlxalq kredit strukturu lazımdır. O, beynəlxalq ticarət üçün hesab sistemində dolların keçərli olmadığı, müstəqil fəaliyyət göstərən birjalar yaratmağı da təklif edib. Alternativ kimi Mironov qızılla hesablaşmağı təklif edib. Hesab olunur ki, indiki şəraitdə dollar ətrafında yaşananlar digər dövlətləri də alternativ valyuta axtarışına stimullaşdırır. Hər halda, proseslər dolların lehinə inkişaf etmir. Düzdür, Ukrayna böhranı üzündən ticarət, investisiya və maliyyə bazarlarında yaşanan problemlər Rusiya iqtisadiyyatına mənfi təsir edir. Lakin Rusiya da sakit dayanmayaraq dollara qarşı mübarizəni genişləndirir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 14:42
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilir

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ