Bazar günü günü, 08 noyabr 2026
     

Əli Həsənov Avropa Şurasının baş katibinin "Azərbaycan tənqidlərinə" tutarlı "Britaniya arqumenti" ilə cavab verdi

Image


"Azərbaycan demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu keçib və bunu heç kim inkar edə bilməz"

"Qondarma "siyasi məhbus" məsələsinin süni şəkildə qabardılması, əsassız, qeyri-obyektiv iddialarla Azərbaycanı ləkələmək cəhdləri Avropa Şurası çərçivəsində əməkdaşlıq mühitinə zərbə vurur"

Azərbaycan Respublikası Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Avropa Şurasını baş katibi Tyorbyorn Yaqlandın "The Guardian" nəşrində dərc olunmuş məqaləsində Azərbaycanda insan hüquqlarının vəziyyəti, məhkəmə sistemini tənqid etməsinə, eyni zamanda Azərbaycan Prezidentinin son əfv sərəncamı, məhbusların məsələləri ilə bağlı İşçi Qrupun yaradılması və digər addımların bu problemlərin həll olunacağına müəyyən ümidlər yaratdığı barədə fikirlərinə münasibət bildirib.
Ə.Həsənov "AzərTAc" dövlət agentliyinə müsahibəsində qeyd edib ki, Azərbaycan demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu keçib və bunu heç kim inkar edə bilməz: "İstər demokratik cəmiyyət quruculuğu, insan hüquq və azadlıqlarının təmin edilməsi, istərsə də məhkəmə-hüquq sistemində demokratik islahatların həyata keçirilməsi baxımından Azərbaycan Avropa Şurasına üzv dövlətlərin heç birindən geri qalmır. Beynəlxalq standartlara uyğunlaşdırılmış Azərbaycan qanunvericiliyi vətəndaş cəmiyyətinin davamlı inkişafına, söz və məlumat, sərbəst toplaşmaq azadlığına, insan hüquqlarının səmərəli müdafiəsinə tam təminat verir. Bildiyiniz kimi, Azərbaycanda üç pilləli məhkəmə sistemi mövcuddur, ölkəmiz Avropa Şurasının üzvü kimi İnsan Haqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasına daxildir. Dünya təcrübəsinə nəzər salsaq, aydın görə bilərik ki, indiki zamanda bu, insan hüquqlarının müdafiəsini təmin edən ən mükəmməl mexanizmdir".
Şöbə müdiri bildirib ki, Azərbaycan üzv olduğu bütün beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Şurasında aktiv fəaliyyəti, təşəbbüskarlığı, prinsipial mövqeyi ilə seçilir, qarşısında duran bütün vəzifələri, öhdəlikləri yerinə yetirir: "Biz Avropa Şurasını xarici əlaqələrimizi inkişaf etdirmək, üzv dövlətlərlə səmərəli əməkdaşlıq yolu ilə mövcud potensialımızı daha da gücləndirmək, formalaşmış beynəlxalq münasibətlər sisteminin möhkəmlənməsinə töhfəmizi vermək, ümumavropa proseslərinin fəal iştirakçısı olmaq, həmçinin milli maraqlarımızı müdafiə etmək və haqq səsimizi dünya ictimaiyyətinə çatdırmaq istiqamətində platforma, tribuna kimi qiymətləndiririk. Haqlı olaraq həm Avropa Şurasının rəhbərliyindən, həm də üzv dövlətlərdən Azərbaycana qarşı adekvat münasibət gözləyirik. Nə qədər məyusedici olsa da, bildirməliyəm ki, bir sıra hallarda, Avropa Şurası da daxil olmaqla, bəzi nüfuzlu beynəlxalq qurumlar ayrı-ayrı qüvvələrin üzv ölkələrə təsir və təzyiq mexanizmi funksiyasını yerinə yetirir. Qondarma "siyasi məhbus" məsələsinin süni şəkildə qabardılması, əsassız, qeyri-obyektiv iddialarla Azərbaycanı ləkələmək cəhdləri həm Avropa Şurası çərçivəsində əməkdaşlıq mühitinə zərbə vurur, onu öz missiyasının icrasından yayındırır, həm də bu təşkilata olan etimadı sarsıdır. Hesab edirəm ki, Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandın məqaləsində əks olunmuş bəzi iddialar müəyyən anti-Azərbaycan qüvvələrin təsirinin nəticəsidir və heç bir əsası olmayan subyektiv mülahizələrdən başqa bir şey deyil".
Ə.Həsənov xatırladıb ki, nə Azərbaycan qanunlarında, nə də beynəlxalq qanunvericilikdə konkret cinayət əməli törətmiş hər hansı peşə sahibi ilə bağlı xüsusi imtiyaz nəzərdə tutulub: "Hər bir demokratik ölkədə olduğu kimi, Azərbaycanda da məhkəmələr qərar çıxararkən ayrı-ayrı siyasi dairələrin, fərdlərin iddialarını, arzu və istəklərini deyil, qanunun aliliyini əsas götürürlər. Buna görə də, müəyyən maraqlara hesablanmış bəyanatlar, açıqlamalar, müsahibələr, habelə müxtəlif təsir və təzyiq metodları ilk növbədə hüququn aliliyinə hörmətsizlik kimi qiymətləndirilə bilər. Digər tərəfdən, hər hansısa bir ölkənin İnsan Haqları üzrə Avropa Məhkəməsindən çıxmaq təşəbbüsünün qarşısını almaq üçün bu prosesə heç bir aidiyyəti olmayan digər ölkəyə hücum təşkil etmək, bunun üçün qondarma səbəblər göstərmək cəhdini sağlam məntiqlə izah etmək mümkün deyil. Cənab Yaqlanda məsləhət görərdik ki, Böyük Britaniyanın Avropa İnsan Haqları Məhkəməsindən çıxmaq istəməsi problemini ya Avropa Məhkəməsində, ya da Böyük Britaniyanın özündə axtarsın. Görünür, kənar qüvvələrin təzyiqi altında ayrı-ayrı üzvlərə təşkil olunan əsassız hücumlar, bütün çərçivələri aşan ikili standartlar, qərəzli iddialar Böyük Britaniya kimi demokratik ənənəyə malik bir ölkənin də Avropa Şurasına və Avropa Məhkəməsinə etimadını azaldıb ki, o, belə radikal addım atmaq niyyətini ortaya qoyub. Cənab Yaqland haqlı şəkildə bildirir ki, Avropada milli azlıqların hüquqlarının, ifadə azadlığının və məhkəmə sisteminin eroziyası müşahidə olunur. Həqiqətən də, Azərbaycan bir çox Avropa ölkələri ilə müqayisədə milli, dini və insan hüquqlarının müdafiəsi baxımından kifayət qədər tolerant ölkədir və bir növ model rolunda çıxış edə bilər. Hesab edirəm ki, Avropada mövcud durumun səbəblərini ciddi araşdırmaq əvəzində günahı gənc demokratiyaların üzərinə atmağa çalışmaq çox bəsit və vəziyyəti daha da mürəkkəbləşdirən yanaşmadır. Cənab Yaqlandı bu problem üzərində daha dərindən düşünməyə dəvət edirik".





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilir

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ