Yerevan şəhər məhkəməsi Ermənistan səhiyyə nazirinin müavini Arsen Davtyanın həbs olunması barədə qərar çıxarıb. Baki-xeber.com Sputnik-ə istinadən xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) mətbuat katibi Samson Qalstyan bildirib.
"Səhiyyə nazirinin müavini barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib", - deyə Qalstyan bildirib.
Qeyd edək ki, daha əvvəl MTX əməkdaşları Davtyanı Ermənistanın baş mama-ginekoloqu Razmik Abramyandan rüşvət alarkən saxlayıb.
Dövlət sifarişi zamanı maliyyə çatışmazlığını aradan qaldırmaq üçün tibbi müəssisəsinin direktoru martın 30-u nazir müavinin kabinetində böyük həcmdə rüşvəti şəxsən verib. Verilən məbləğ Ermənistan MTX-nin nəzarətində olub.