İstanbulda CHP-nin namizədi Əkrəm İmamoğlu ilə AKP-nin namizədi Binəli Yıldırım arasında səs fərqinin 30 minə çatacağı gözlənir.
Baki-xeber.com xəbər verir ki, bunu “Sözçü” qəzet CHP-dəki mənbələrə istinadən yazıb.
Qeyd edək ki, dünən Türkiyənin hakim partiyası AKP-nin etirazı ilə bələdiyyə seçkilərinin yekunları ilə bağlı İstanbulun bəzi rayonlarında etibarsız səslərin yenidən sayılmasına başlanıb.
“Sözçü” yazır ki, yenidən sayılan qutularda Əkrəm İmamoğlunun leyihə artım müşahidə edilir. Tərəflər arasında səs fərqinin 30 minə çatacağı gözlənir.