Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqının (Aİ), “Brexit”lə bağlı Böyük Britaniyadakı siyasi böhranın girov olmayacağını bildirib.
Baki-xeber.com xəbər verir ki, Makron "Brexit” razılaşmasının parlamentdə üç dəfə rədd edilməsi və bu mərhələdə hər hansı alternativ bir planın olmamasının Britaniyanı razılaşmasız ayrılığa apardığını deyib.
Makron qeyd edib ki, Britaniya Brüsseldə aprelin 10-da keçiriləcək “Brexit” zirvəsinə qədər alternativ bir plan təqdim etməlidir: "Bu olmasa Britaniya razılaşmasız ayrılığı öz seçmiş olacaq. Bunun qarşısını Britaniyanın əvəzinə biz ala bilmərik".