Pakistanla Hindistan sərhədində yerləşən Kəşmir nəzarət xəttində yenidən gərginlik yaranıb. Iki ölkənin hərbi qüvvələri arasında atışma zamanı 7 nəfər ölüb.
Hadisə ilə bağlı Pakistan ordusu tərəfindən açıqlama verilib, bildirilib ki, Hindistan əsgərlərinin Kəşmir nəzarət xəttinin Pakistana aid hissəsindəki hərbi mövqeləri hədəf alması nəticəsində 3 əsgər həlak olub.
Hindistan ordusu isə qarşı tərəfi atəşkəsi pozmaq və Hindistan tərəfdəki Punç bölgəsini hədəf almaqda günahlandırıb. Hindistandan bildirilib ki, insident nəticəsində 1 hind əsgəri, 1 qadın və 1 azyaşlı qızın öldüyünü, 18 dinc sakin və 5 əsgərin yaralandığını deyib.