Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) bələdiyyə seçkilərinin yekunları ilə bağlı İstanbulun 39 rayonunda nəticələrə etiraz edib.
Baki-xeber.com xəbər verir ki, bu şəhərdə nəticələrin saxtalaşdırıldığını iddia edən AKP etibarsız sayılan 319 min 570 səsin yenidən sayılmasını tələb edir.
Xatırladaq ki, martin 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. İstanbul üzrə müxalif CHP namizədi Əkrəm İmamoğlu 4,159 milyon səs topladığı halda, hakim partiyanın (AKP) namizədi Binəli Yıldırım 4, 131 milyon səs yığıb.