Səudiyyə Ərəbistanının, qətlə yetirilən səudiyyəli jurnalist Camal Kaşıkçının övladlarına milyonlarla dollarlıq evlər verdiyi iddia edilir. Baki-xeber.com xəbər verir ki, bu barədə “Washington Post” keçmiş və yeni Səudiyyə rəsmilərinə istinadən məlumat yayıb.
Iddialara görə, Kaşıkçının dörd övladının hər birinə aylıq 10 min dollar odənilməsi və evlərin verilməsi, keçən il sonunda kral Salman tərəfindən təsdiq edilib.
Kaşıkçının uşaqlarına verilən evlər Ciddədə olduğu və onların hər birinin dəyərinin təxminən 4 milyon dollar olduğu deyilir.
Qeyd edilir ki, pul və evlər, Kaşıqçı ailəsinin üzvlərinin atalarının öldürülməsilə bağlı mediaya açıqlama verməmələri məqsədilə uzun müddətli bir razılaşma çərçivəsində verilib.
Ailə ilə danışıqlara Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri və şahzadənin qardaşı Halid bin Salman rəhbərlik edir. Ailə adından Səudiyyə hakimiyyət orqanları ilə danışıqları isə Camal Kaşıkçının, ötən ilin oktyabr ayında şahzadə Məhəmməd bin Salmanla görüşən oğlu Salih aparır. Salihin Camal Kaşıkçının Səudiyyə Ərəbistanında yaşamağı qəbul edən yeganə oğlu olduğu deyilən xəbərdə bildirilir ki, Kaşıkçının ABŞ-da yaşayan digər övladlarının isə Səudiyyə Ərəbistanındakı mülklərini satacağı gözlənir.
Bundan başqa, uşaqlarının, Kaşıkçının qətlilə bağlı məhkəmə prosesinin gələcək aylarda yekunlaşmasının ardından "qan pul" danışıqları çərçivəsində on milyonlarla dollar ala biləcəkləri deyilir.
Kaşıkçının övladları iddialarla bağlı heç bir açıqlama verməyib. Ailənin vəkili isə danışmaqdan imtina edib.