Böyük Britaniya parlamenti “Brexit”in gələcəyilə bağlı 4 fərqli variantı da qəbul etməyib.
Baki-xeber.com xəbər verir ki, parlament ölkənin Avropa İttifaqından ayrılması şərtlərini tənzimləyən müqavilənin alternativ variantlarına səs vermək üçün ikinci dəfə toplanıb.
Ancaq deputatlar üçün təqdim edilən 4 variantdan heç biri səs toplaya bilməyib.
İcmalar Palatasının rəhbəri Con Berkov seçdiyi 8 təklifin arasından 4-nü səsə qoyub. Bunlar Birləşmiş Krallığın Gömrük İttifaqında, Avropa İqtisadi Zonası və Avropa Azad Ticarət Assosiasiyasında qalması təklifləri olub. Gömrük İttifaqı ilə bağlı variant 3 səs fərqi ilə rədd edilib.