Türkiyənin Rusiya ilə razılaşaraq S-400 raketdən müdafiə sistemi almasına qarşı çıxan ABŞ, Türkiyəyə F-35 döyüş təyyarələri üçün hissələrin tədarükünü dayandırıb. Baki-xeber.com Euronews-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentlik adı açıqlanmayan yükək rütbəli rəsmilərdən birinə istinadən bildirir ki, ABŞ F-35 təyyarələri üçün təlim avadanlıqlarının göndərilməsini dayandırıb.
Qeyd edək ki, Türkiyənin Rusiya istehsalı S-400 sistemləri almasına qarşı çıxan Vaşinqton bunun NATO üçün təhlükəsizlik risqi yaratdığını deyir.
Bir neçə gün əvvəl isəRusiya xarici işlər naziri Sergey Lavrovla bir araya gələn Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu "Rusiya ilə S-400-lə bağlı razılaşma imzaladıq, mövzu qapandı" demişdi.