İsrailin naqliyyat naziri və xarici işlər naziri əvəzi Yisrael Katz Braziliyanın Qüdsdə diplomatik ofis açdığını söyləyib. Baki-xeber.com xəbər verir ki, Yisrael Katzın bu barədə öz “Twitter” səhifəsində yazıb
Katz açıqlamasında, Braziliya prezidenti Jair Bolsonaraya İsrailə səfəri zamanı Qüdsdə açdığı diplomatik ofisə görə təşəkkür etdiyini bildirib.
Qeyd edək ki, daha əvvəl səfirliklərinin Qüdsə köçürələcəyi barədə məlumat verən Braziliya prezidenti Bolsonara kəçən həftə yaydığı açıqlamada ölkəsinin Qüdsdə ticarət ofisi aça biləcəyini elan etmişdi.