ABŞ prezidenti Donald Trampın prezident seçkilərindən əvvəl Rusiyada tikməyi planlaşdırdığı otelin 50 milyon dollarlıq ən üst mərtəbəsini Rusiya prezidenti Vladimir Putinə verməyi təklif etdiyi iddia edilir.
Baki-xeber.com xəbər verir ki, bu barədə ABŞ-ın "Buzzfeed News" xəbər portalı mövzuya yaxın mənbələrə istinadən məlumat yayıb.
Iddialara görə, Trampın, şirkətinin Moskvada tikilməsi planlaşadırılan “Trump Hotel”in ən üst mərtəbəsini Putinə verməyi təklif edib. Məsələni Trampın keçmiş vəkili Maykl Koen və Putinin mətbuat katibi Dmitri Peskov müzakirə ediblər.
Qeyd edək ki, bundan əvvəl Nyu York Federal Məhkəməsində hakim qarşısına çıxan Koen, Trampın Rusiyada mülk planları haqqında Konqresə yanlış məlumatlar verdiyini etiraf etmişdi.
Koen Moskvada Trump Tower tikilməsi planı ilə bağlı keçən il ABŞ Konqresinə yalan söylədiyini deyib və "Rusiya işi”nə görə, Konqresə yanlış məlumat verilməsi ittihamını qəbul edib.