G-20 Zirvəsində iştirak etmək üçün Argentinaya gedən Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salman qaldığı lüks oteldən Səudiyyə Ərəbistanının bu ölkədəki səfirliyinə köçmək məcburiyyətində qalıb.
Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu iddia ilə “Human Rights Watch” təşkilatı çıxış edib.
Iddialara görə, şahzadə Salman, argentinalı prokurorların səudiyyəli yazar Camal Kaşıqçı cinayəti ilə bağlı başlatdığı araşdırmalara görə, qaldığı lüks oteldən Səudiyyə səfirliyinə köçüb.
Məlumata görə, argentinalı prokurorlar Kaşıqçı cinayəti, Yəməndə Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələrinin törətdiyi müharibə cinayətləri və insan hüquqlarının pozulması ilə bağlı iş qaldırıb.
İstintaq iddiaları ilə bağlı açıqlama verən Argentina baş nazirinin müavini Daniel Raimondi Səudiyyə şahzadəsinin ölkəsinin təmsilçisi kimi Argentinada toxunulmazlıq hüququna sahib olduğunu deyib.
“Human Rights Watch” Argentina federal prokurorluğuna Salmanın, Yəməndə vətəndaş müharibəsində Səudiyyə liderliyindəki koalisiya qüvvələrinin müharibə cinayətlərinə görə günahkar olduğunu dair materiallar təqdim edib.