Türkiyə parlamentinin spikeri Binəli Yıldırım səlahiyyətlərini təhvil verməyə hazırlaşır.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə bu gün Türkiyə mətbuatı xəbər yayıb.
Xəbərə görə, buna səbəb onun İstanbul Bələdiyyə başqanlığına namizəd irəli sürülməsidir.
Hələlik bu barədə rəsmi açıqlama verilməyib. Lakin yerli mətbuat yazır ki, prezident Rəcəb Tayyib Ərdoğan Latın Amerikası səfərindən döndükdən sonra onun sözügedən posta namizədliyini irəli sürəcək.
Xatırladaq ki, Türkiyə prezidentinin Argentina və Paraqvaya səfəri dekabrın 4-də bitir. Türkiyədə bələdiyyə seçkiləri isə gələn il martın 31-nə təyin olunub.