İran parlamentinin Təbrizdən seçilən millət vəkili Əhməd Əli Rza Beygi türk millət vəkillərinin Azərbaycan Türkcəsi Dil Akademiyasının yaradılması tələbi ilə çıxış etdiklərini söyləyib.
İranlı Tələbələr xəbər agentiliyinin (ISNA) məlumatına görə, Beynəlxalq Aşıqlar Məclisinin açılış mərasimində çıxış edən Rza Beygi Azərbaycan əyaləti millət vəkillərinin bu akademiyanın açılması ilə bağlı tələbində israrlı olduqlarını bildirib.
Rza Beygi deyib ki, Azərbaycan Türkcəsi Dil Akademiyasının yaradılması ölkədəki azərbaycanlı türklərin mədəniyyət, incəsənət və ədəbiyyat irsinin qorunmasında mühüm rol oynayacaq. Akademiyanın yaradılmasına hökumət əhəmiyyət verməlidir. Millət vəkili olaraq bu məsələni təqib edəcəyik.
Qeyd edək ki, Beynəlxalq Aşıqlar Məclisinin açılışına Türkiyə, İran, Azərbaycan və Gürcüstandan 300-dən çox aşıq qatılıb.