Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunda hakim Gürcü Arzusu Partiyası tərəfindən dəstəklənən Salome Zurabişvili liderlik edir.
Trend-in Mərkəzi Seçki Komitəsinə istinadən verdiyi məlumata görə, S.Zurabişvili səsələrin yarısından çoxunun hesablanmasından sonra 58,03 faiz, onun rəqibi, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 41,97 faiz səs toplayıb.
Seçkilərinin ikinci turu ilə bağlı "exit-poll"un nəticələri də açıqlanıb. “Rustavi 2” telekanalının sifarişi ilə “Edison Research” şirkətinin keçirdiyi “exit-poll”un nəticəsinə əsasən, Salome Zurabişvili 55% səs toplayıb.
Seçkidə müstəqil namizəd kimi iştirak edən S.Zurabişvili hakim Gürcü Arzusu Partiyası tərəfindən dəstəklənir. Onun rəqibi, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 45% səs toplayıb.
"Imedi" telekanalının sifarişi ilə “Gallup International” beynəlxalq assosiasiyasının keçirdiyi “exit-poll”un nəticəsinə əsasən, Salome Zurabişvili 57 faiz səs toplayıb. Seçkidə müstəqil namizəd kimi iştirak edən S.Zurabişvili hakim Gürcü Arzusu Partiyası tərəfindən dəstəklənir.
Onun rəqibi, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 43 faiz səs toplayıb.
Gürcüstanda prezidenti seçkilərinin ikinci turunda seçici fəallığı saat 20:00 üçün 56,23 faiz təşkil edib. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Anna Mikeladze brifinq zamanı bildirib.
A.Mikeladze deyib: "Saat 20:00 üçün olan məlumatlara əsasən, xaricdəki seçicilərin fəalliğı nəzərə alınmadan ölkədə seçici fəallığı 56,23 faiz ( 1 975 845 seçici) təşkil edib".
Xatırladaq ki, seçkilərdə müstəqil namizəd kimi iştirak edən S.Zurabişvili hakim Gürcü Arzusu Partiyası tərəfindən, onun rəqibi, Qriqol Vaşadze isə Vahid Milli Hərəkat Partiyası tərəfindən dəstəklənir.