Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun qızı Elizaveta Peskova Fransanın paytaxtı Parisdə keçirilən nümayişlərə qatılıb. Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Peskovun qızı özü sosial şəbəkədə məlumat yayıb.
Peskova paytaxt Parisdə keçirilən etiraz aksiyalarında çəkildiyi şəkilləri bölüşüb.
Fransa xalqının mübarizəsini tərifləyən Peskova Parisin məşhur küçələrində barikadalar qurulması qarşısında təəccübləndiyini deyib.
Fransada “sarı jiletlilər” adı ilə təşkilatlanan aksiyaçılar 17 noyabrdan bəri hökumətin bənzinin qiymətini artırma qərarına etiraz edir.