Suriyada ABŞ və Rusiya əsgərləri arasında qarşıdurma olub. Baki-xeber.com xəbər verir ki, bu barədə ABŞ-ın Suriyadakı xüsusi nümayəndəsi Ceyms Ceffri açıqlama verib.
"Russia Today" məlumat verir ki, ABŞ və Rusiya əsgərlərinin Suriyada qarşıdurmaya girdiyini deyən C.Ceffri, tərəflər arasında qaşıdurmanın nə vaxt baş verdiyini və itkilər barədə açıqlama verməyib.
Rusiyaya çağırış edən Amerika nümayəndəsi, İranın əsgərlərini bölgədən çıxarması üçün Moskvaya təzyiq göstərdiklərini deyib.
Rusiyanın "sanksiyaları ləğv edin, İranı Suriyadan çıxaraq” təklifinə gəlincə C.Ceffri deyib ki, İranın Suriyadan çıxması qarşılığında sanksiyalar yumşaldılmayacaq.
ABŞ-ın Suriyadakı hədəfləri barədə də danışan nümayəndə deyib ki, "Suriyadakı məqsədimiz Əsədin devirmək deyil".